Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Xəzər rayonunda 10 avtomobilin akkumlyatorunu oğurlayan 4 nəfər saxlanılıb
09.12.2021
Xəzər rayonu Qala qəsəbəsi sakini olan bir nəfər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə məlumat verərək ona məxsus avtomobilin akkumlyatorunun naməlum şəxslər tərəfindən oğurlandığını bildirib. Həmin ərazidə yaşayan daha 9 sakindən Polis Bölməsinə daxil olan eyni məzmunlu şikayət ərizəsində onların da avtomobillərindən müxtəlif vaxtlarda akkumlyatorların oğurlandığı qeyd edilib. Hadisələrin bir-birinə yaxın yaşayış mərkəzlərində və oxşar üsullarla baş verməsi polis əməkdaşlarında oğurluqların eyni şəxslər tərəfindən törədildiyinə dair əsaslı şübhələr oyadıb.
Dekabrın 4-də paytaxt sakini A.Məmmədovanın pulunu və mobil telefonunu oğurlamaqda şübhəli bilinən S.İsmayılzadə saxlanılmışdır
Yasamal rayonu ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən T.Sadıqov saxlanılmışdır
Yasamal RPİ 29-cu PŞ-nin əməkdaşları tərəfindən noyabrın 18-də rayon ərazisindəki evlərin birindən 50 ABŞ dolları, 300 avro və 100 lirə oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini T.Sadıqov saxlanılmışdır.
Şübhəli şəxs qismində saxlanılmış Tovuz rayon sakini S.Hüseynovdan heroin, metamfetamin və metadon aşkar edilərək götürülmüşdür
Yasamal RPİ 27-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş S.Hüseynov şübhəli şəxs qismində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 42 qramdan artıq heroin, 27 qramdan artıq metamfetamin və 30 ədəd metadon aşkar edilərək götürülmüşdür.
Nizami rayonu ərazisindəki lombardların birindən 2 ədəd noutbuk və məişət əşyaları oğurlamaqda şübhəli bilinən X.Eyyubov saxlanılmışdır
Quba şəhər sakini H.Cılqamlının yaşadığı evdən heroin, marixuana və metamfetamin aşkar edilərək götürülmüşdür
Baş Narkotiklərlə Mübarizə İdarəsi və Quba RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Quba şəhər sakini, əvvəllər məhkum olunmuş H.Cılqamlının yaşadığı evə baxış zamanı oradan heroin, marixuana və metamfetamin aşkar edilərək götürülmüşdür.
Qazax rayonunun Daş Salahlı kəndi ərazisində “Opel” markalı avtomobillə piyada vurulmuşdur
Dekabrın 9-da saat 18 radələrində Qazax rayonunun Daş Salahlı kəndi ərazisində kənd sakini E.İsgəndərov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən anası Nərminə İsgəndərovanı vurmuşdur. Nəticədə qadın xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Xuliqanlıq zəminində Biləsuvar rayon elektrik şəbəkəsinin işçisinə xəsarət yetirmiş rayon sakini Ə.Rufullayev saxlanılmışdır
Biləsuvar Rayon Polis Şöbəsinə dekabrın 9-da Yuxarı Cürəli kəndi ərazisində rayon sakini M.Abbasovun qol nahiyəsinə kəsici alətlə xəsarət yetirilməsi barədə məlumat daxil olmuşdur.
Evinə gələn elektrik enerjisini kəsdiyinə görə Lənkəran rayon işıq idarəsinin işçisinin avtomobilini benzinlə yandırmış şəhər sakini S.Əliyev saxlanılmışdır
Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə dekabrın 9-da şəhər sakini S.Əliyevin evinə gələn elektrik enerjisini kəsdiyinə görə rayon işıq idarəsinin işçisi R.Kərimova məxsus “VAZ-21015” markalı avtomobili benzinlə yandırması barədə məlumat daxil olmuşdur.
“Azərişıq” ASC-nin Ağdam rayonu üzrə nəzarətçi mühəndisləri F.Mirzəyevə və Ş.Mirzəyevə bıçaqla xəsarət yetirmiş Oğuz rayon sakini R.Kərimov saxlanılmışdır
Ağdam Rayon Polis Şöbəsinə dekabrın 9-da Quzanlı qəsəbəsi ərazisində Oğuz rayon sakini, əvvəllər məhkum olunmuş R.Kərimovun münaqişə zəminində “Azərişıq” ASC-nin Ağdam rayonu üzrə nəzarətçi mühəndisləri F.Mirzəyevə və Ş.Mirzəyevə bıçaqla xəsarət yetirməsi barədə məlumat daxil olmuşdur.