Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bərdə rayon sakini R.Süleymanovdan şəxsi axtarış zamanı 14 qrama yaxın, yaşadığı evdən 19 qrama yaxın heroin, metamfetamin və 16 qramdan artıq marixuana götürülmüşdür
26.01.2022
Sabunçu RPİ 13-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş R.Süleymanov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 14 qrama yaxın heroin aşkar edilmişdir.Davam etdirilən tədbirlərlə onun Bakıxanov qəsəbəsində kirayədə yaşadığı evdən 19 qrama yaxın heroin, metamfetamin və 16 qramdan artıq marixuana götürülmüşdür.
Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Qasımov müəyyən edilərək saxlanılmışdır
Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə yanvarın 21-nə keçən gecə N.Hacıyev küçəsindəki apteklərin birindən 700 manat pulun oğurlanması barədə məlumat daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Qasımov müəyyən edilərək saxlanılmışdır.Araşdırma aparılır.
Sumqayıt şəhər sakini E.Rəsulovdan 221 qrama yaxın heroin və elektron tərəzi aşkar edilərək götürülmüşdür
Sumqayıt ŞPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş E.Rəsulov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 221 qrama yaxın heroin və elektron tərəzi aşkar edilərək götürülmüşdür.
4 baş qoyun oğurlamaqda şübhəli bilinən Göygöl rayon sakini Ş.Rzayev saxlanılmışdır
Xocalı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 23-də Goranboy rayonunun Erkəc kəndi ərazisindəki bir fermadan 4 baş qoyun oğurlamaqda şübhəli bilinən Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Rzayev saxlanılmışdır.
Şirvan rayon sakini B.Məmmədovdan 2 kiloqram 850 qram marixuana aşkar edilərək götürülmüşdür
Şirvan ŞPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini B.Məmmədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 2 kiloqram 850 qram marixuana aşkar edilərək götürülmüşdür.
Lənkəran şəhər sakini R.Əliyev heroin aşkar edilərək götürülmüş və 2 evdən məişət əşyaları oğurlaması da müəyyən edilmişdir
Lənkəran ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülmüşdür.Araşdırmalarla onun rayon ərazisindəki 2 evdən məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.
Siyəzən şəhər sakini E.Nəzərovun evinə baxış zamanı oradan 180 qram marixuana götürülmüşdür
Siyəzən RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş E.Nəzərov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilərək götürülmüşdür.Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan 180 qram marixuana götürülmüşdür.
Xaçmaz şəhər sakini M.Musayevdən 450 qram marixuana aşkar edilərək götürülmüşdür
Xaçmaz RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini M.Musayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 450 qram marixuana aşkar edilərək götürülmüşdür.
Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satılması aşkar edilib
Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının yanvarın 26-da rayon ərazisində keçirdikləri tədbirlər nəticəsində bir köşkdə, bir mağazada və bir şərab evində satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib. Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu və energetik içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) inzibati tənbeh tədbiri tətbiq olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Sumqayıtda məktəbliyə tütün məmulatı satan şəxs inzibati qaydada cərimə edilib
Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Növbəti tədbir Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib. Tədbir zamanı şəhər ərazisində fəaliyyət göstərən köşklərdən birinin satıcısı Nahid Pirməmmədovun məktəbliyə tütün məmulatı satması polislər tərəfindən müəyyən olunub. Aşkar edilən faktla bağlı həmin obyektin sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.Yetkinlik yaşına çatmayanlara spirtli içki və tütün məmulatları satan şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.