Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Şirvan şəhəri ərazisində şəhər sakini M.Əsgərov idarə etdiyi avtomobillə yolu keçən üç piyadanı vurmuşdur
06.01.2022
Yanvarın 6-da saat 8 radələrində Şirvan şəhəri ərazisində şəhər sakini M.Əsgərov idarə etdiyi “VAZ-2121” markalı avtomobillə yolu keçən həmyerliləri Vaqif Hüseynovu, V.Xudiyevi və S.Mehdiyevi vurmuşdur. Nəticədə V.Hüseynov hadisə yerində ölmüş, digərləri xəstəxanaya yerləşdirilmiş vəziyyətləri orta-ağırdır.Şirvan ŞPŞ-də araşdırma aparılır.
Narkotik vasitə ilə saxlanılmış Bakı şəhər sakini Ə.Səfərovun törətdiyi digər cinayət əməlləri də müəyyən edilmişdir
Suraxanı RPİ 33-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Ə.Səfərov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülmüşdür.Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun bir aptekin divarından kondisionerin 500 manat dəyərində boru və naqilini, bir bərbərxanadan 500 manat dəyərində məişət əşyaları, bir məktəbdən 2093 manat dəyərində kompüter və monitor, 3 avtomobildən isə səsgücləndirici, 400 manat pul və sənəd oğurlaması da müəyyən edilmişdir.
Naxçıvan şəhər sakini Ə.Nəbiyevdan heroin aşkar edilərək götürülmüşdür
Suraxanı RPİ 33-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Naxçıvan şəhər sakini Ə.Nəbiyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülmüşdür.Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun bir avtomobildən maqnitofon və bir velosipedi oğurlaması da müəyyən edilmişdir.
Sumqayıt şəhər sakini E.Qasımovdan 189 qrama yaxın heroin aşkar edilərək götürülmüşdür
Sumqayıt ŞPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş E.Qasımov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 189 qrama yaxın heroin aşkar edilərək götürülmüşdür.
Oğurluq etməkdə şübhəli bilinən Biləsuvar rayonunun Əsgərabad kənd sakini Z.İbrahimli müəyyən edilərək saxlanılmışdır
Biləsuvar RPŞ-yə ötən il dekabrın 29-da Aşağı Cürəli kəndi ərazisində 2-ci Qarabağ müharibəsi şəhidi Cavid Mahmudovun xatirəsinə tikilmiş abidənin qarşısından 4 ədəd gül dibçəyinin oğurlanması barədə məlumat daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Əsgərabad kənd sakini Z.İbrahimli müəyyən edilərək saxlanılmışdır.Araşdırma aparılır.
Salyan rayon sakini A.Həsənova məxsus çantaya baxış zamanı oradan 2 kiloqrama yaxın heroin, 4 kiloqram 465 qram metamfetamin, 75 qramdan artıq marixuana və 70 ədəd metadon həbləri aşkar edilərək götürülmüşdür
Biləsuvar RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Salyan rayon sakinləri A.Həsənov və Ş.Hüseynov saxlanılmışlar. A.Həsənova məxsus çantaya baxış zamanı oradan 2 kiloqrama yaxın heroin, 4 kiloqram 465 qram metamfetamin, 75 qramdan artıq marixuana və 70 ədəd metadon həbləri aşkar edilərək götürülmüşdür.
Oğurluq etdiyinə görə tutulmuş T.Babayevin əvvəllər törətdiyi digər cinayət əməlləri də müəyyən edilmişdir
Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş T.Babayevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun 3-cü Tala kəndindəki evlərin birindən 500 manat pul, 1200 ABŞ dolları və 15.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir.
Oğurluq etdiyinə görə tutulmuş Zaqatala rayon sakini T.Babayevin Tala kəndindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilmişdir
10 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini D.Qasımov saxlanılmışdır
İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 19-da rayon ərazisindəki mağazaların birindən 241 manat pul və 4160 manat dəyərində 10 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş D.Qasımov saxlanılmışdır.
Şirvan şəhər sakini R.İbrəhimovdan 1 kiloqram 270 qram metamfetamin və 1 kiloqram 243 qrama yaxın heroin aşkar edilərək götürülmüşdür
Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş H.Məmmədovun ətrafında aparılan əməliyyat tədbirləri ilə ona narkotik vasitəni satmaqda şübhəli bilinən Şirvan şəhər sakini R.İbrəhimov da müəyyən edilərək saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 1 kiloqram 270 qram metamfetamin və 1 kiloqram 243 qrama yaxın heroin aşkar edilərək götürülmüşdür.