Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sabirabad rayonunun Qalaqayın kənd sakini R.Orucovun yaşadığı evə baxış zamanı oradan 5 kiloqram 634 qramdan artıq marixuana aşkar edilərək götürülmüşdür
29.01.2022
Sabirabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qalaqayın kənd sakini R.Orucovun yaşadığı evə baxış zamanı oradan 5 kiloqram 634 qramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.
Sabirabad rayonunun Qalaqayın kənd sakini E.Məmmədova məxsus həyətyanı sahədən 140 qram marixuana aşkar edilərək götürülmüşdür
Sabirabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qalaqayın kənd sakini E.Məmmədova məxsus həyətyanı sahəyə baxış zamanı oradan 140 qram marixuana aşkar edilərək götürülmüşdür.
Bakı-Sumqayıt elektrik qatarlarında polis əməkdaşları karantin rejimi qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək məqsədi ilə reyd keçirilib
Bakı-Sumqayıt elektrik qatarlarında sərnişin daşımaları karantin rejimi qaydalarına uyğun həyata keçirilir. Qatarlarda, bütün vağzal ərazisində, stansiyalarda müntəzəm olaraq dezinfeksiya işləri aparılır. Stansiyalarda xüsusi ilə də elektrik qatarlarında tibbi maskadan istifadə digər qapalı məkanlarda olduğu kimi zəruridir. Vağzal ərazisində və qatarlarda karantin qaydalarına nəzarət isə Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilir. Polislər nəinki vağzalda, eləcə də vaqonları daxilində sərnişinlərin tibbi maskadan düzgün istifadə etməsinə yol boyu nəzarət edirlər. Karantin qaydalarına əməl etməyən sərnişinlər isə Bakı-Sumqayıt qatarlarına buraxılmır və onlar barəsində qanunla nəzərdə tutulan qaydada inzibati tədbir görülür. Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının Bakı-Sumqayıt elektrik qatarlarında keçirdikləri növbəti profilaktik tədbir zamanı karantin qaydalarına əməl etməyən 20-yə yaxın şərnişin İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilib.Qeyd edək ki, İdarə əməkdaşları tərəfindən xidməti ərazidə sanitar-karantin qaydalarına əməl olunmasına nəzarətin təmin olunması məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.
Sabunçu rayonunda yanvar ayının əvvəlindən keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 40 nəfər saxlanılıb
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının cari ilin yanvar ayının əvvəlindən bu günə qədəər həyata keçirdikləri silsilə əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zabrat, Bakıxanov, Balaxanı, Pirşağı, Maştağa və digər qəsəbələrində narkotik maddələrin qanunuz dövriyyəsi ilə məşğul olan daha 40 nəfər saxlanılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan bu şəxslərin hər biri barəsində Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar başlanılıb. Saxlanılan şəxslərdən ümümilikdə 4 kiloqrama yaxın müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə aşkar edilib. Narkotik vasitələrin Sabunçu rayonu ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması və bu şəxslərin daxil olduğu şəbəkənin digər üzvlərinin aşkar olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Səbail rayonunda qonaq getdikləri evdən 21 min manatlıq oğurluq edən şəxslər saxlanılıblar
Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı inzibati ərazidə baş verən bir neçə oğurluq faktını törədən şəxslər saxlanılıblar. Tədbir zamanı əvvəlcə Səbail rayonunda yerləşən mənzildən oğurluq edən paytaxt sakinləri İlkin Rəsulov, onun tanışları Nuranə Məmmədova və Elçin Ağayev tutulublar. Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər hadisə günü Səbail rayonunda yaşayan İlkin Rəsulovun dostunun evinə qonaq gediblər. Bir neçə gün orada qalandan sonra isə ev sahibinin olmamasında istifadə edərək mənzildən 8700 manat, 1600 dollar, 7000 manat dəyərində qızıl-zinət əşyaları və dəyəri 3000 manat olan 1 ədəd kürk oğurlayıblar. Saxlanılan şəxslər ifadələrində törətdikləri hadisəni etiraf ediblər. 9-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir tədbir zamanı isə bank kartlarından oğurluq edən şəxs saxlanılıb. Əməliyyat zamanı paytaxt sakini İbrahim Əhmodov tutularaq istintaqa təqdim edilib. Araşdırma zamanı müəyyən edilib ki, o müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərin bank kartlarında ümumilikdə 4000 manata yaxın pul oğurlayıb. Bölmə əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyat zamanı isə metronun “İçərişəhər” stansiyasının yaxınlığında vətəndaşlardan birinin çantasını oğurlayan şəxs saxlanılıb. Tədbir nəticəsində Bakı şəhər sakini Ruslan Novruzov tutularaq Bölməyə gətirilib. Onun oğurladığı çantanın içində dəyəri 3000 manat olan mobil telefon və 600 manatlıq elektronika məhsulları olub. Ruslan Novruzov oğurladığı əşyaları paytaxt ərazisindəki mağazalardan birinə satıb.Qeyd edək ki, saxlanılan şəxslərin etdikləri oğurluqlar təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb. Faktlarla bağlı saxlanılan barəsində 9-cu Polis Bölməsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Gün ərzində törədilmiş 58 cinayətin üstü “isti izlər”lə açılmışdır
28.01.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 58 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 28-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 4 ədəd ov tüfəngi götürülüb. Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 2 silah könüllü olaraq polisə təhvil verilib.Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb
Yanvarın 28-də polis əməkdaşları tərəfindən respublika ərazisində 14 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 1 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Bakı şəhərində və respublika ərazisində 173 toy şənliyinin monitorinqini həyata keçirib
Yanvarın 28-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 173 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinq 171 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:- 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; - 61 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış Şəki rayon sakini Natiq Cəlilov hadisə yerində ölmüşdür
Yanvarın 27-də saat 23 radələrində Bərdə rayonunun Əyricə kəndi ərazisində rayon sakini F.Nəbiyev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırmış və nəticədə sərnişini, Şəki rayon sakini Natiq Cəlilov hadisə yerində ölmüşdür. Bərdə RPŞ-də araşdırma aparılır.