Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində törədilmiş 50 cinayətin üstü “isti izlər”lə açılmışdır
29.01.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 50 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Yanvarın 30-da saat 2 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində Əli Əliyev idarə etdiyi “Hyundai İX35” markalı avtomobili elektrik dirəyinə vurub aşırmışdır. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.Araşdırma aparılır.
Soyğunçuluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini R.Mustafayev saxlanılmışdır
Yanvarın 29-da paytaxtın Nəsimi rayonu ərazisindəki bazarda bir nəfər oradakı satıcı qadının əlindən 140 manat pulunu soyğunçuluq yolu ilə talayıb. Ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının çevikliyi və opertaivliyi nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən həmin şəxs saxlanılıb. Araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər də soyğunçuluğa görə məhkum olunmuş R.Mustafayev olduğu müəyyən edilib. Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Beyləqan rayonunun 1-ci Şahsevən kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Yanvarın 29-da saat 20 radələrində Beyləqan rayonunun 1-ci Şahsevən kəndi ərazisində 2-ci Şahsevən kənd sakini Elşad Məmmədov idarə etdiyi “VAZ-21099” markalı avtomobili ağaca vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölmüşdür. Beyləqan RPŞ-də araşdırma aparılır.
Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Şabran rayon sakini Zülfiyyə Abışova hadisə yerində ölmüşdür
Yanvarın 29-da saat 14 radələrində Sumqayıt şəhəri ərazisində Qubadlı rayon sakini, əvvəllər məhkum olunmuş S.Cəbiyev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Şabran rayon sakini Zülfiyyə Abışovanı vurmuşdur. Nəticədə piyada aldığı xasarətlərdən hadisə yerində ölmüşdür.Sumqayıt ŞPİ-də araşdırma aparılır.
Evlərin birindən 3200 manat pul və 4000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Z.Verdiyev saxlanılmışdır
Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 3200 manat pul və 4000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Z.Verdiyev saxlanılmışdır.
Sumqayıt şəhər sakini V.Şıxalıyevdən 750 qram heroin və 99 qramdan artıq metamfetamin aşkar edilərək götürülmüşdür
Sumqayıt ŞPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş V.Şıxalıyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 750 qram heroin və 99 qramdan artıq metamfetamin aşkar edilərək götürülmüşdür.
Sumqayıt şəhər sakini A.Rəcəbovdan 360 qram marixuana aşkar edilərək götürülmüşdür
Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş A.Rəcəbov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 360 qram marixuana aşkar edilərək götürülmüşdür.
Oğurluq etməkdə şübhəli bilinən Tovuz rayonunun Aşağı Öysüzlü kənd sakini C.Həsənov müəyyən edilərək saxlanılmışdır
Tovuz Rayon Polis Şöbəsinə yanvarın 28-nə keçən gecə M.Musayev küçəsində Qazıqulu kənd sakini Q.Böyükkişiyevə məxsus "KamAZ" markalı avtomobildən 1280 manat dəyərində 16 kisə kartofun oğurlanması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş C.Həsənov müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
Parkların birindən 5 ədəd elektrik dirəyi oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini E.İbrahimov saxlanılmışdır
Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 11-də şəhər ərazisindəki parkların birindən 5 ədəd elektrik dirəyi oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.İbrahimov saxlanılmışdır.