Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində törədilmiş 59 cinayətin üstü “isti izlər”lə açılmışdır
08.01.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 59 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd sakini Cavid Mahmudovu qətlə yetirməkdə şübhəli bilinən qohumu N.Mahmudov tutularaq istintaqa cəlb edilmişdir
Xaçmaz Rayon Polis Şöbəsinə yanvarın 8-də saat 21 radələrində Köhnə Xaçmaz kənd sakini Cavid Mahmudovun odlu silahdan açılan atəşlə xəsarət yetirilməsi barədə məlumat daxil olmuşdur.Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qohumu N.Mahmudovun münaqişə zəminində ov tüfəngindən atəş açaraq Cavid Mahmudovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır. N.Mahmudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.Hadisə yerinə baxış zamanı N.Mahmudovun qanunsuz saxladığı nömrəsi silinmiş “İJ” markalı ov tüfəngi götürülmüşdür.Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Yanvarın 8-də saat 18 radələrində Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində Privolnoye kənd sakini Böyükxan Xubalıyev idarə etdiyi “VAZ-21074” markalı avtomobili qarşıda gedən Ağdaş kənd sakini R.Abdullayevin idarə etdiyi “Bomag BW 231 DH-2” markalı asfalt çəkən maşına vurmuşdur. Nəticədə B.Xubaliyev və sərnişini - qardaşı arvadı Yaxşıxanım Muradova xəstəxanaya yerləşdirilmiş və orada ölmüşlər.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Beyləqan rayonunun Şərq qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Yanvarın 8-də saat 21 radələrində Beyləqan rayonunun Şərq qəsəbəsi ərazisində Xocavənd rayon sakini E.Hüseynov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Yeganə Hacıyevanı vurmuş və nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Bakı şəhər sakinləri İ.Axundov, İ.Rəsulov və Z.Zeynallıdan heroin və metamfetamin aşkar edilərək götürülmüşdür
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xudat dəmir yolu stansiyasının ərazisində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – İ.Axundov, İ.Rəsulov və Z.Zeynallı saxlanılmışlar. Şəxsi axtarış zamanı onlardan heroin və metamfetamin aşkar edilərək götürülmüşdür.
Göyçay şəhər sakini Zabit Qasımov yerləşdirildiyi xəstəxanada ölmüşdür
Yanvarın 8-də saat 9 radələrində Göyçay şəhərində şəhər sakini T.Nuriyev idarə etdiyi “Ford” markalı avtomobillə geriyə hərəkət edərkən qonşusu Zabit Qasımovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.Faktla əlaqədar cinayət işi başlanmışdır.Göyçay RPŞ-də araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini E.Qəsəbov saxlanılmışdır
Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 25-də rayon ərazisində bir avtomobildən 3380 manat dəyərində ətir, pul kisəsi, 2 ədəd bıçaq və 4 ədəd eynək oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Qəsəbov saxlanılmışdır.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Y.Romanov saxlanılmışdır
Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 30-da İ.Əliyevanın içərisində 1000 manat pul, sənədlər və geyim əşyaları olan çantasını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Y.Romanov saxlanılmışdır.
Oğurluqda şübhəli bilinən Zərdab rayon sakini S.Məmmədova saxlanılmışdır
Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 6-da M.Hadi küçəsində yerləşən ticarət mərkəzində satıcı G.Axundovanın içərisində 950 manat pul və mobil telefonu olan çantasını oğurlamaqda şübhəli bilinən Zərdab rayon sakini, əvvəllər məhkum olunmuş S.Məmmədova saxlanılmışdır.
23000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Qobu Qıraq kənd sakinləri C.Səfərəliyev və E.Hacıbabayev saxlanılmışlar
Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il iyulun 31-də rayon ərazisindəki evlərin birindən 23000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Qobu Qıraq kənd sakinləri C.Səfərəliyev və E.Hacıbabayev saxlanılmışlar.