Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bakı şəhər sakini A.Ağaxanovdan nömrəsi silinmiş silah aşkar edilərək götürülmüşdür
10.01.2022
Qusar RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Ağaxanovdan nömrəsi silinmiş “AKM” markalı silah, 1 ədəd səsboğucu, 6 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülmüşdür.
Hacıqabul şəhər sakini M.Nəcəfov və ona metamfetamin satmaqda şübhəli bilinən həmyerlisi H.Osmanov saxlanılmışlar
Hacıqabul RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş M.Nəcəfov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilmişdir.Polis əməkdaşları tərəfindən narkotik vasitəni ona satmaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş H.Osmanov da müəyyən edilərək saxlanılmışdır. Ondan 1 kiloqram 28 qram heroin, metamfetamin və marixuana aşkar edilərək götürülmüşdür.
Şuşa şəhəri ərazisindən silah-sursat aşkar edilərək aidiyyəti üzrə təhvil verilmişdir
Şuşa Rayon Polis Şöbəsi əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin və Minatəmizləmə Agentliyinin təmsilçiləri ilə birgə keçirdikləri tədbirlər zamanı Şuşa şəhəri ərazisindən 6 ədəd raket (faqot), 62 ədəd müxtəlif markalı raket, 1 ədəd bomba, 1 ədəd minaatan mərmisi, 8 ədəd “F-1” qumbarası, 1 ədəd “RPK” markalı pulemyot, 1 ədəd “RPQ” markalı minaatan, 1 ədəd tüstüverici şaşka, 2762 ədəd müxtəlif çaplı patron, 3 ədəd patron darağı və 2 ədəd avtomat lüləsi aşkar edilərək aidiyyəti üzrə təhvil verilmişdir. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Abşeron rayonunda silahlı narkotacir saxlanılıb
Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı üzərində qanunsuz olaraq odlu silah gəzdirən və narkotik vasitələr saxlayan şəxs saxlanılıb. Əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Masazır qəsəbəsində yaşayan Sərdar Talıbov tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd Naqan tipli tapança, 2 ədəd patron və narkotik maddə olan marixuana aşkar olunub. Araşdırma zamanı bu şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün əvvəllər məhkum edildiyi məlum olub.Faktla bağlı bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Abşeron rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Sabunçu rayonunda oğurlanan 2 yaşlı uşaqla bağlı cinayət işi başlanılıb
Sabunçu rayonunda 2 yaşlı M.Şıxalıyevin oğurlanması ilə bağlı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə Cinayət İşi başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini Gültəkin Muradova təqsirləndirilən şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hadisə ilə bağlı Gültəkin Muradova ilə birlikdə qeyri-rəsmi nigahda olan Ağdam rayon sakini Şamil Əliyev, uşağın atası Elgün Nəsirov da istintaqa cəlb ediliblər. İstintaq hərəkətləri davam etdirilir.Qeyd edək ki, 2 yaşlı uşaq və ailənin digər övladları müvafiq dövlət qurumlarının qərarı ilə sənədləşmə aparılaraq sığınacağa yerləşdirilib.
Nardaran qəsəbəsində bağ evindən 5 min manatlıq təmir-tikinti ləvazimatları oğurlayan usta və onun tanışları saxlanılıblar
Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Nardaran qəsəbəsi Ləhiş bağlarında yerləşən yeni tikilməkdə olan evlərdən birindən oğurluq edən şəxslər saxlanılıblar. Əməliyyat zamanı paytaxt sakinləri Cavidan Namazov tanışları Tural Həşimoov və Nihat Əliyev tutulublar. Araşdırma zamanı onların qeyd edilən bağ evindən ümumilikdə 5 min manatlıq təmir-tikinti ləvazimatları, həmçinin digər əşyalar oğurladıqları məlum olub. Qeyd edək ki, saxlanılan şəxslərdən biri Cavidan Namazov hadisə baş verən evdə usta işləyib. Onun təklifi ilə dəstə üzvləri həmin mənzildən oğurluq ediblər.Faktla bağlı 42-ci Polis Bölməsində toplanan materiallar Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. Bu şəxslərin digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.
Xəzər rayonunda 18 min manat dəyərində 136 ədəd yağış sularının axıdılması üçün nəzərdə tutulan dəmir barmaqlıqları oğurlayan şəxs saxlanılıb
Xəzər rayonu Buzovna-Zaqulba yolunun kənarında yerləşən yağış sularının axıdılması üçün nəzərdə tutulan 136 ədəd dəmir barmaqlıq 1-5 yanvar tarixləri arasında naməlum şəraitdə oğurlanıb. Bu barədə müvafiq dövlət qurumundan polisə şikayət daxil olaraq ümumilikdə hadisə nəticəsində yol infrastrukturuna 18 min manata yaxın maddi ziyan dəydiyi qeyd edilib. Xəzər Rayon Polis İdarəsi və 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Şahin Şəfaqətov saxlanılıb. Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxs oğurladığı dəmir barmaqlıqları şəxsi avtomobili ilə metal qəbulu məntəqələrindən birinə apararaq orada satıb.Faktlarla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.
Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir
09.01.2022
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 8-də və 9-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 6 ədəd ov tüfəngi götürülüb. Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 2 silah könüllü olaraq polisə təhvil verilib.Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb
Yanvarın 8-də və 9-da polis əməkdaşları tərəfindən respublika ərazisində 3 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 1 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Respublika ərazisində 617 toy şənliyinin monitorinqini həyata keçirib
8-9 yanvar tarixlərində Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 617 toy şənliyinin monitorinqini həyata keçirib.Monitorinq 611 şadlıq sarayında, 6 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:- 8 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; - 98 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.