Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb
01.02.2022
Fevralın 1-də polis əməkdaşları tərəfindən respublika ərazisində 16 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Rels avadanlıqlarını oğurlamağa cəhd göstərmiş Astara rayonunun Şahağacı kənd sakini H.Zəkiyev saxlanılmışdır
Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən yanvarın 31-də Astara-Qamışlıq mənzilinin 179-cu km-də rels avadanlıqlarını oğurlamağa cəhd göstərmiş Şahağacı kənd sakini, əvvəllər məhkum olunmuş H.Zəkiyev saxlanılmışdır.Araşdırma aparılır.
Su borularını oğurlamağa cəhd göstərən Sumqayıt şəhər sakinləriS.Nurullayev və B.Abdullayev saxlanılmışlar
Fevralın 1-də saat 3 radələrində Sumqayıt şəhəri 43-cü məhəllə ərazisindən su borularını oğurlamağa cəhd göstərən 2 nəfər Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışlar. Onların şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – S.Nurullayev və B.Abdullayev olmaları müəyyən edilmiş və Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə təhvil verilmişlər.Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini R.Qasımov saxlanılmışdır
Bakı ŞBPİ və Səbail RPİ 41-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Səbail rayonu ərazisindəki 1 evdən 600 manat pul, 2 aptekdən isə pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini R.Qasımov saxlanılmışdır.
546 manat dəyərində çay oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini X.Əsgərov saxlanılmışdır
Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 6-dan 28-dək olan müddətdə rayon ərazisindəki marketlərin birindən 546 manat dəyərində çay oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini X.Əsgərov saxlanılmışdır.
Narkotik vasitə ilə tutulmuş Ə.Həsənovun törətdiyi digər cinayət əməlləri də müəyyən edilmişdir
Sabunçu RPİ 15-ci PB-nin əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Ə.Həsənovun ətrafında aparılan tədbirlərlə onun rayon ərazisindəki evlərin birindən 2500 manat dəyərində məişət əşyaları və “Daf” markalı bir avtomobildən 2 ədəd akkumulyator oğurlaması da müəyyən edilmişdir.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini C.Quliyev saxlanılmışdır
Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 25-də T.Teymurovun həyətindən 25 baş qoyun, 1 ədəd generator, 1 ədəd paltaryuyan maşın, 1 ədəd nəzarət kamerası və avtomobilə aid ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Quliyev saxlanılmışdır.Araşdırma aparılır.
Xızı rayon sakini E.Qasımovdan 225 qram heroin aşkar edilərək götürülmüşdür
Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Xızı rayon sakini, əvvəllər məhkum olunmuş E.Qasımov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 225 qram heroin aşkar edilərək götürülmüşdür.
Elektrik avadanlıqlarını oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini Ə.Vəliyev saxlanılmışdır
Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 16-da şəhər ərazisindəki şirkətlərin birindən işıqlandırma layihəsində istifadə olunan 1392 manat dəyərində elektrik avadanlıqlarını oğurlamaqda şübhəli bilinən şəhər sakini Ə.Vəliyev saxlanılmışdır.
Masallı şəhər sakini C.Bəyəliyevdən 440 qram marixuana, qanunsuz saxladığı lüləsi kəsilmiş tüfəng və 1 ədəd patron aşkar edilərək götürülmüşdür
Masallı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini C.Bəyəliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 440 qram marixuana, qanunsuz saxladığı lüləsi kəsilmiş tüfəng və 1 ədəd patron aşkar edilərək götürülmüşdür.