Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bakı şəhər sakini S.Liftiyevdən heroin və metamfetamin aşkar edilərək götürülmüşdür
02.02.2022
Sabunçu RPİ 14-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Liftiyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar edilərək götürülmüşdür.
Oğurluqda şübhəli bilinənlər Şirvan şəhər sakini R.Həsənov və Salyan rayon sakini A.Bağırov müəyyən edilərək saxlanılmışlar
Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 20-də rayon ərazisində Ş.Abdullayevə məxsus avtomobildən 500 manat dəyərində mobil telefon və gödəkcə oğurlamaqda şübhəli bilinənlər - əvvəllər məhkum olunmuşlar - Şirvan şəhər sakini R.Həsənov və Salyan rayon sakini A.Bağırov müəyyən edilərək saxlanılmışlar.
Su sayğaclarını oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini A.Məmmədov saxlanılmışdır
Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda 4 nəfər sakinin evlərinə quraşdırılmış su sayğaclarını oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov saxlanılmışdır.
Oğurluqda şübhəli bilinən Biləsuvar şəhər sakini S.Əzimzadə saxlanılmışdır
Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 1-də İ.Məmmədovun həyətyanı sahəsindən 1340 manat dəyərində 2 ədəd elektrik mühərriki, 2 ədəd kondisioner, kondisioner mühərriki və avtomobil ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən şəhər sakini S.Əzimzadə saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin götürülmüşdür. Araşdırmalarla onun “VAZ-2106” markalı bir avtomobildən 140 manat dəyərində səsgücləndiricilər oğurlaması da müəyyən edilmişdir.
Astara rayonunun Kolatan kənd sakini C.Məmmədovdan ümumilikdə 31 qramdan artın heroin götürülmüşdür
Astara RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Kolatan kənd sakini C.Məmmədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 20 qramdan artıq heroin aşkar edilmişdir.Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan 11 qramdan artıq heroin götürülmüşdür.
Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi
Fevralın 2-də saat 18 radələrində Səbail rayonu ərazisində Lənkəran rayon sakini E.Səfərov idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Həqiqət Məlikovanı vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Səbail RPİ-də araşdırma aparılır.
Tovuz rayonunun Əyyublu kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Fevralın 2-də saat 16 radələrində Tovuz rayonunun Əyyublu kəndi ərazisində Şəmkir rayon sakini Vüqar Əliyevin idarə etdiyi “VAZ-2106” və Bakı şəhər sakini N.Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş V.Əliyev orada ölmüş, xəsarət almış 1 sərnişinin vəziyyəti qənaətbəxşdir.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Qanunsuz ov edən Sabirabad rayonunun Cavad kənd sakini S.Mahmudovdan müvafiq sənədləri olan ov tüfəngi götürülmüşdür
Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən Cavad kəndi ərazisində qanunsuz ov edən kənd sakini S.Mahmudov saxlanılmışdır. Ondan müvafiq sənədləri olan “TOZ-16” markalı ov tüfəngi götürülmüşdür.
Gün ərzində törədilmiş 62 cinayətin üstü “isti izlər”lə açılmışdır
01.02.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 62 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində fevralın 1-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 7 ədəd ov tüfəngi götürülüb. Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 1 silah könüllü olaraq polisə təhvil verilib.Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.