Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində “Daewoo” markalı avtomobillə Zərdab rayon sakini A.Əhmədov vurulmuşdur
11.01.2022
Yanvarın 11-də saat 2 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində qəsəbə sakini E.Nəcəfli idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən Zərdab rayon sakini Anar Əhmədovu vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Sabunçu RPİ-də araşdırma aparılır.
Xəzər rayonunun Binə qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobillə qəsəbə sakini R.Qəhrəmanova vurulmuşdur
Yanvarın 11-də saat 20 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində R.Nəbiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Radə Qəhrəmanovanı vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.Xəzər RPİ-də araşdırma aparılır.
Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində baş vermiş YNH nəticəsində bir nəfər aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür
Yanvarın 11-də saat 3 radələrində Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində Samux rayon sakini B.Məmmədov “KamAZ” markalı avtomobili idarə edərkən onu yolun kənarında dayanmış “Chrysler E-220” markalı avtomobilə vurmuş və sonradan yaxınlığında dayanmış həmin avtomobilin sahibi, Gəncə şəhər sakini Rauf Əhmədova dəymişdir. Nəticədə R.Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində “Mercedes” markalı avtomobillə Gəncə şəhər sakini R.Bayramova vurulmuşdur
Yanvarın 11-də saat 22 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində şəhər sakini A.Şükürov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakini Ramidə Bayramovanı vurmuşdur. Nəticədə piyada xəstəxanaya yerləşdirilmiş və orada ölmüşdür.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən K.İsabəyli saxlanılmışdır
Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindəki evlərin birindən 9500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini K.İsabəyli saxlanılmışdır.
Binəqədi rayonu ərazisindəki 6 evdən oğurluq törətməkdə şübhəli bilinən Abşeron rayon sakini E.Əliyev saxlanılmışdır
Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki 6 evdən ümumilikdə 800 manat dəyərində naqil, 180 manat dəyərində inşaat materialları, 480 manat dəyərində təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini E.Əliyev saxlanılmışdır.
Səbail rayonu ərazisində bir avtomobildən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini S.Yusifov saxlanılmışdır
Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 22-də rayon ərazisində “Mercedes” markalı bir avtomobildən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş S.Yusifov saxlanılmışdır.
Nərimanov rayonunun Baksol yolunda idarə etdiyi avtomobillə Lənkəran rayon sakini F.İbrahimovu vuraraq hadisə yerindən yayınmış sürücü R.Məmmədov saxlanılmışdır
Yanvarın 10-da saat 18 radələrində Nərimanov rayonunun Baksol yolunda müəyyən edilməmiş avtomobillə yolu keçən Lənkəran rayon sakini Fəzail İbrahimov vurulmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "Daf" markalı avtomobillə törədilməsi müəyyən edilmişdir. Yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin avtomobilin sürücüsü, Şəki rayon sakini R.Məmmədov saxlanılmışdır.
Bakı şəhər sakini R.Aslanovdan heroin və metamfetamin aşkar edilərək götürülmüşdür
Yasamal RPİ 26-cı PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Aslanov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar edilərək götürülmüşdür.
Bakı şəhər sakini İ.Mirzəliyevin idarə etdiyi avtomobilə sərnişin qismində oturaraq ona qarşı quldurluq əməlini törətməkdə şübhəli bilinən S.Orucov müəyyən edilərək saxlanılmışdır
Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə dekabrın 28-də saat 22 radələrində A.M.Şərifzadə küçəsində Bakı şəhər sakini İ.Mirzəliyevin idarə etdiyi “Daewoo” markalı avtomobilə sərnişin qismində oturmuş bir nəfərin onu bıçaqla hədələyib 70 manat pulunu və mobil telefonunu alması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş S.Orucov müəyyən edilərək saxlanılmışdır.Araşdırma aparılır.