Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bakıda keçmiş məhkum “Kalaşnikov” markalı avtomat silahla saxlanılıb
15.02.2022
Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib. Daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Rahim Şəfəqqətov saxlanılaraq Polis Bölməsinə gətirilib. Onun üzərinə baxış zamanı 3 ədəd parton aşkar edilib. Saxlanılan şəxs ifadəsində yaşadığı Sabunçu rayonu Ramana qəsəbəsində odlu silah-sursat gizlətdiyini qeyd edəndən sonra həmin ünvana da baxış keçirilib. Oradan isə Rahim Şəfəqqətova məxsus 1 ədəd atəşə yararlı “AK-74” markalı avtomat silah, 1 ədəd daraq və 2 ədəd parton aşkar olunaraq götürülüb. Rahim Şəfəqqətov odlu silahı bir müddət əvvəl əldə etdiyini və polisə təhvil verməyərək gizlətdiyini bildirib. 9-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Rahim Şəfəqqətov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.
Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir
14.02.2022
Polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbirləri nəticəsində fevralın 14-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 3 ədəd ov tüfəngi götürülüb. Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 1 silah könüllü olaraq polisə təhvil verilib.Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Gün ərzində törədilmiş 49 cinayətin üstü “isti izlər”lə açılmışdır
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 49 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb
Fevralın 14-də polis əməkdaşları tərəfindən respublika ərazisində 15 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 1 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Bakı şəhərində və respublika ərazisində 174 toy şənliyinin monitorinqi həyata keçirilib
Fevralın 14-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 174 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinq 172 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:- 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; - 54 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Tovuz rayonunun Hunanlar kəndində odlu silahdan atəş açaraq 75 yaşlı atasını öldürməkdə şübhəli bilinən ruhi xəstə C.Əliyev tutularaq istintaqa təhvil verilmişdir
Tovuz Rayon Polis Şöbəsinə fevralın 14-də Hunanlar kəndində yaşayan ruhi xəstə C.Əliyevin evində münaqişə zəminində odlu silahdan açdığı atəşlə atası 75 yaşlı Qaməti öldürməsi barədə daxil olmuş məlumatla əlaqədar rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülmüşdür. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində C.Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir. Ondan cinayətin aləti olan qanunsuz saxladığı "Vinçester" markalı silah götürülmüşdür. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanmışdır.
Hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Siyəzən şəhər sakini R.Quliyev müəyyən edilərək saxlanılmışdır
Siyəzən Rayon Polis Şöbəsinə müraciət edən Şuşa şəhər sakini olan bir kişi özünün və həyat yoldaşının barələrində rüsvayedici məlumatların yayılması ilə hədələnərək ondan 200 manat pul alınmasını bildirmişdir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Siyəzən şəhər sakini, əvvəllər dələduzluğa görə məhkum olunmuş R.Quliyev müəyyən edilərək saxlanılmışdır.Siyəzən RPŞ-də araşdırma aparılır.
Göygöl rayonunun Sərkarlı kəndindəki evlərdən birinə girərək 82 yaşlı ev sahibəsinə qarşı soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən kənd sakini R.Novruzov müəyyən edilərək saxlanılmışdır
Fevralın 14-də saat 6 radələrində Göygöl rayonunun Sərkarlı kəndindəki evlərdən birinə girmiş naməlum şəxsin yatmış vəziyyətdə olan 82 yaşlı ev sahibəsinin boynundakı qızıl boyunbağını götürüb qaçması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən kənd sakini R.Novruzov müəyyən edilərək saxlanılmışdır. Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə cinayət işi başlanmışdır. Araşdırma aparılır.
Abşeron rayonu ərazisindəki 1 evdən qızıl-zinət əşyaları və 3 avtomobildən ümumilikdə 14.500 manat pul oğurlamaqda şübhəli bilinən S.Mirzəyev saxlanılmışdır
Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki 1 evdən 820 manat dəyərində qızıl-zinət əşyaları və 3 avtomobildən ümumilikdə 14.500 manat pul oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş S.Mirzəyev saxlanılmışdır.
Beyləqan rayonu ərazisindəki 1 evdən məişət əşyaları, B.Ağayevə məxsus 2 baş və Q.Süleymanova məxsus 1 baş inəyi oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki 1 evdən 420 manat dəyərində məişət əşyaları, B.Ağayevə məxsus 2 baş və Q.Süleymanova məxsus 1 baş inəyi oğurlamaqda şübhəli bilinən Yuxarı Aran qəsəbə sakinləri E.Kərimov və əvvəllər məhkum olunmuşlar - B.Əlizadə və C.Quliyev saxlanılmışlar.