Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sabunçu rayonu ərazisində Bakı şəhər sakini O.Əliyevin idarə etdiyi avtomobildə onu bıçaqla hədələyərək 30 manatını quldurluq yolu ilə almaqda şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılmışdır
15.02.2022
Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə fevralın 14-də Maştağa qəsəbəsi ərazisində Bakı şəhər sakini O.Əliyevin idarə etdiyi "Fiat" markalı avtomobildə sərnişin qismində olan 2 nəfərin onu bıçaqla hədələyərək 30 manatını quldurluq yolu ilə talamaları barədə məlumat daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ə.Əliyev müəyyən edilərək saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülmüşdür.Araşdırma aparılır.
Sumqayıt şəhər sakini Z.Cəfərovanı münaqişə zəminində boğaraq qəsdən öldürməkdə şübhəli bilinən atası S.Cəfərov tutularaq istintaqa cəlb edilmişdir
Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinə fevralın 15-də Stansiya Sumqayıt qəsəbəsində yaşayan Zəminə Cəfərovanın öldürülməsi barədə məlumat daxil olmuşdur.Şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. İstintaq-əməliyyat tədbirləri ilə həmin gün Z.Cəfərovanın evinə gəlmiş atası, Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş S.Cəfərovun münaqişə zəminində onu boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir. S.Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Göygöl şəhəri ərazisindəki çay evlərinin birində şəhər sakini C.Məmmədovu qəsdən öldürməkdə şübhəli bilinən C.Apiyev tutularaq istintaqa təhvil verilmişdir
Göygöl Rayon Polis Şöbəsinə fevralın 15-də rayon sakini Cavidan Məmmədovun öldürülməsi barədə məlumat daxil olmuşdur. Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. İstintaq-əməliyyat tədbirləri ilə həmin gün şəhər ərazisindəki çay evlərinin birində şəhər sakini C.Apiyevin münaqişə zəminində C.Məmmədova bıçaq xəsarətləri yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində C.Apiyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Xətai rayonunun Babək prospektində “Mercedes” markalı avtomobillə paytaxt sakini A.Heydərov vurulmuşdur
Fevralın 15-də saat 23 radələrində Xətai rayonunun Babək prospektində Bakı şəhər sakini M.Əsgərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Anar Heydərovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.Xətai RPİ-də araşdırma aparılır.
Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində “Toyota” markalı avtomobillə Xırdalan şəhər sakini Y.İsmayılov vurulmuşdur
Fevralın 15-də saat 19 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Müşfiq qəsəbə sakini V.Məmmədəliyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Xırdalan şəhər sakini Yaqub İsmayılovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.Abşeron RPİ-də araşdırma aparılır.
Bakı şəhər sakini S.Sultanovanın mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən İ.Vahabov saxlanılmışdır
Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində fevralın 8-də Bakı şəhər sakini S.Sultanovanın mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən İ.Vahabov müəyyən edilərək saxlanılmışdır.Araşdırma aparılır.
Binəqədi rayonu ərazisindəki 4 evdən oğurluq etməkdə şübhəli bilinən Abşeron rayon sakini A.Ağayev saxlanılmışdır
Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki 4 evdən televizor, geyim əşyası, musiqi aləti, 1500 manat dəyərində məişət əşyaları və spirtli içki oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş A.Ağayev saxlanılmışdır.
Sabunçu rayonu ərazisindəki 3 mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılmışlar
Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki 3 mağazadan pul, mobil telefon, şirniyyat və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş T.Məmmədova, Bakı şəhər sakinləri C.Göyçayev və N.İsmayılov saxlanılmışlar.
Kürdəmir rayonunun Atakişili kənd sakini T.Rasulovdan marixuana aşkar edilmişdir
Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Atakişili kənd sakini, əvvəllər məhkum olunmuş T.Rasulov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 6 qrama yaxın marixuana aşkar edilmişdir.Davam etdirilən tədbirlərlə onun kəndin ərazisində gizlətdiyi 3 kiloqram 50 qram marixuana da aşkar edilərək götürülmüşdür.
Avtobusda qadın sərnişinin 2900 manatlıq mobil telefonunu soyğunçuluq yolu ilə ələ keçirən şəxslər saxlanılıblar
Fevralın 4-də paytaxtın Yasamal rayonu ərazisində sərnişin avtobusunda vətəndaşa qarşı soyğunçuluq edilib. Naməlum şəxslər avtobusda olan qadın sərnişinin əlindən dəyəri 2900 manat olan “İphone 12” markalı mobil telefonu soyğunçuluq yolu ilə alıb hadisə yerindən yayınıblar. Zərərçəkənin şikayəti əsasında Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Cəlil Hacağayev və Ələddin İsrafilov saxlanılaraq istintaqa təhvil veriliblər. Faktla bağlı 26-cı Polis Bölməsində toplanan materiallar Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Cəlil Hacağayev və Ələddin İsrafilov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.