Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb
16.02.2022
Fevralın 16-da polis əməkdaşları tərəfindən respublika ərazisində 21 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 1 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Bakı şəhərində və respublika ərazisində 78 toy şənliyinin monitorinqi həyata keçirilib
Fevralın 16-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 78 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinq 75 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:- 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; - 146 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Quldurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini N.Vəliyev, Xaçmaz rayon sakini N.Həmrayev, Ucar rayon sakinləri Ə.Babayev və İ.Salahov müəyyən edilərək saxlanılmışlar
Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə fevralın 15-də M.Sübhi küçəsində 4 nəfərin Bakı şəhər sakini S.Hacıyevi döyüb pulunu, 450 manat dəyərində qol saatını və 2 ədəd mobil telefonunu almaları barədə məlumat daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini N.Vəliyev, Xaçmaz rayon sakini N.Həmrayev, Ucar rayon sakinləri Ə.Babayev və İ.Salahov müəyyən edilərək saxlanılmışlar.Araşdırma aparılır.
Yevlax rayonunun Salahlı kəndi ərazisində baş vermiş yanğınla əlaqədar aparılan araşdırmalarla hadisənin ev sahibəsinin qardaşı Aqil tərəfindən qəsdən törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir
Fevralın 14-də saat 22 radələrində Yevlax rayonunun Salahlı kəndi ərazisində Bakı şəhər sakini A.Nəsibovaya məxsus evdə baş vermiş yanğınla əlaqədar Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla hadisənin ev sahibəsinin qardaşı Aqil tərəfindən qəsdən törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş A.Nəsibov saxlanılmışdır. Araşdırma aparılır.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri Z.Heybətov və M.İbrahimov avtomobillə birlikdə saxlanılmışlar
Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə fevralın 16-da Lökbatan qəsəbə sakini N.Abbasova məxsus “Daewoo” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri Z.Heybətov və M.İbrahimov Şamaxı rayonu ərazisində avtomobillə birlikdə saxlanılmışlar. Araşdırma aparılır.
Yevlax şəhər sakinləri Q.Əmiraslanov, P.İsmayılov və X.İsmayılovdan narkotik vasitələr götürülmüşdür
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yevlax şəhər sakinləri Q.Əmiraslanov, P.İsmayılov və X.İsmayılov saxlanılmışlar. Şəxsi axtarış zamanı onlardan metamfetamin aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə X.İsmayılova məxsus “Tofaş” markalı avtomobilə baxış zamanı oradan əlavə 520 qram metamfetamin və 2 ədəd elektron tərəzi götürülmüşdür.
Ağdam rayon sakini F.Şahməmmədovanın pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Əliyev müəyyən edilərək saxlanılmışdır
Metropolitendə Polis Şöbəsinə metronun Nizami stansiyasında qatarda Ağdam rayon sakini F.Şahməmmədovanın cibindən içərisində pulu, bank kartı və sənədləri olan pulqabısının oğurlanması barədə məlumat daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Əliyev müəyyən edilərək saxlanılmışdır.Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri N.Hüseynzadə və M.Novruzov saxlanılmışlar
Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 31-də rayon ərazisində bir avtomobildən pul, maqnitofon və səsgücləndiricilər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - N.Hüseynzadə və M.Novruzov saxlanılmışlar.
Yol qəzası törədərək hadisə yerindən yayınmış moped sürücüsü, paytaxt sakini R.Əsgərov müəyyən edilərək saxlanılmışdır
Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 10-da A.Nemətulla küçəsində Bakı şəhər sakini T.Kazakın xəsarət alması ilə nəticələnən yol qəzasını törədərək hadisə yerindən yayınmış moped sürücüsü, paytaxt sakini R.Əsgərov müəyyən edilərək saxlanılmışdır.Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Yevlax rayon sakini E.Zeynalov saxlanılmışdır
Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 20-də rayon ərazisindəki mağazaların birindən 3900 manat dəyərində noutbuk oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş E.Zeynalov saxlanılmışdır.