Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb
28.01.2022
Yanvarın 28-də polis əməkdaşları tərəfindən respublika ərazisində 14 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 1 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Bakı şəhərində və respublika ərazisində 173 toy şənliyinin monitorinqini həyata keçirib
Yanvarın 28-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 173 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinq 171 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:- 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; - 61 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış Şəki rayon sakini Natiq Cəlilov hadisə yerində ölmüşdür
Yanvarın 27-də saat 23 radələrində Bərdə rayonunun Əyricə kəndi ərazisində rayon sakini F.Nəbiyev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırmış və nəticədə sərnişini, Şəki rayon sakini Natiq Cəlilov hadisə yerində ölmüşdür. Bərdə RPŞ-də araşdırma aparılır.
Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 28-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 4 ədəd ov tüfəngi götürülüb. Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 2 silah könüllü olaraq polisə təhvil verilib.Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Bakı şəhərində və respublika ərazisində 173 toy şənliyinin monitorinqi həyata keçirilib
Sabunçu rayonunda 7000 manata “Kalaşnikov” markalı avtomat satmaq istəyən şəxs saxlanılıb
Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb. Belə ki, Şöbəyə paytaxt sakini, əvvəllər məhkum edilmiş Abuzər Abuzərovda silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs odlu silahı 7000 manata satmaq istəyən zaman saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 60 ədəd patron və həmin silaha məxsus daraq aşkar edilərək götürülüb. Abuzər Abuzərov “Kalaşnikov” markalı odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində isə Balaxanı qəsəbəsində evlərdən silsilə oğurluqlar edən şəxs saxlanılıb. Əməliyyat zamanı paytaxt sakini Əli Əliyev tutularaq istintaqa təqdim edilib. Araşdırma nəticəsində onun Sabunçu rayonunun kənd və qəsəbələrində ümumilikdə 20-yə yaxın evdən oğurluq etdiyi müəyyən edilib. Həmçinin Əli Əliyev saxlanılan zaman ondan narkotik vasitə olan heroin də aşkar edilib. Hər iki faktla bağlı 12-cici Polis Şöbəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin ətraflarında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Abşeron rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan daha 6 nəfər saxlanılıb
Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Xırdalan şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər saxlanılıb. Əməliyyat zamanı Xırdalan şəhərində yaşayan əvvəllər məhkum olunmuş Sehranə İsgəndərova, Cəmilə Musayeva, Heydər Abbasov, Rəşad Əliyev və Cavid Qurbanov saxlanılıblar. Araşdırma nəticəsində müəyyən edilib ki, Sehranə İsgəndərova Xırdalan şəhərində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs olub. O, xaricdə yaşayan narkotacirlərdən biri ilə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq onun ölkə ərazisinə göndərdiyi külli miqdarda heroini Abşeron rayonu ərazisində qəbul edib. Daha sonra Sehranə İsgəndərova adları çəkilən şəxslərdən ibarət narkoşəbəkə quraraq Abşeron rayonunda narkotik vasitələrin satışını təşkil edib. Onun Xırdalan şəhərində yerləşən evinə və üzərinə baxış zamanı 2 kiloqram 700 qram heroin və psixotrop maddə metamfetamin aşkar edilib. Qeyd edək ki, Sehranə İsgəndərovanın yaşadığı evdə narkotik vasitə aludəçiləri üçün tiryəkxana təşkil etdiyi də müəyyən edilib. Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri digər tədbir nəticəsində isə Novxanı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Vüqar Həsənov saxlanılıb. Onun üzərinə baxış zamanı 9 büküm ümumi çəkisi 50 qram olan heroin və narkotik vasitələrin satışında istifadə etdiyi elektron tərəzi aşkar olunub. Vüqar Həsənovun ətrafında aparılan arşdırmalar zamanı onun Novxanı qəsəbəsində əsasən gənclər və yeniyetmələr arasında narkotik vasitlərin təbliği ilə məşğul olduğu müəyyən edilib. Faktla bağlı Vüqar Həsənov barəsində Saray Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Sonuncu əməliyyatlar zamanı saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir. Narkotik vasitələrin Abşeron rayonu ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması və bu şəxslərin daxil olduğu şəbəkənin digər üzvlərinin aşkar olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bakıda ahıl yaşlı kişinin başına daş paçası ilə vuraraq ona qarşı quldurluq edən şəxs saxlanılıb
Yanvarın 17-də paytaxtın Binəqədi rayonu, Biləcəri dəmiryolu stansiyasının ərazisində şəxsiyyəti istintaqa məlum olmayan bir nəfər vətəndaş Həmid Ağayevə yaxınlaşıb onun baş nahiyyəsinə daş parçası ilə vuraraq yerə yıxıb. Daha sonra həmin şəxs zərərçəkənin üzərində olan 540 manat pulu quldurluq yolu ilə ələ keçirib. Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və zərərçəkənin izahatı alınıb. Şöbə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq hadisəsini törətməkdə şübhəli bilinən paytaxt sakini əvvəllər dəfələrlə quldurluq və soyğunçuluq cinayətləri etdiyi üçün məhkum edilmiş Samir Xudaverdiyev saxlanılaraq Polis Şöbəsinə gətirilib və istintaqa təhvil verilib. Samir Xudaverdiyev ifadəsində hadisə günü zərərçəkəni metronun “28 May” stansiyasının yaxınlığında gördüyünü və onu Biləcəri qəsəbəsinə qədər təqib edərək orada həmin şəxsə qarşı quldurluq etdiyini bildirib. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə cinayət işi başlanılıb. Samir Xudaverdiyev barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onun digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.Samir Xudaverdiyevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Bakıda uşaq bağçalarından silsilə oğurluqlar edən şəxslər saxlanılıblar
Yanvarın 22-də Binəqədi rayonunda yerləşən uşaq bağçalarından birindən oğurluq edilib. Naməlum şəxslər bağçaya ümümilikdə 5 min manata yaxın maddi ziyan vurublar. Bağçanın müdriyyəti tərəfindən ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə ərizə ilə müraciət ediləndən sonra hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Bölmə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş şəxslər Xaçmaz rayon sakini Elturan Vəlibəyov və Sumqayıt şəhər sakini Vaqif Səfərov saxlanılıblar. Araşdırma zamanı müəyyən edilib ki, Elturan Vəlibəyov və Vaqif Səfərov cəzaçəkmə müəssisəsində tanış olublar. Onlar hadisə günü qeyd edilən bağçaya daxil olaraq otaqlardan birində olan seyfi sındıraraq oradan 1000 manat nağd pul,1 ədəd televizor, uşaq bağçası üçün nəzərdə tutulan müxtəlif növ məişət avadanlıqlarını və yeyinti məhsullarını oğurlayıblar. Daha sonra həmin şəxslər oğurladıqları əşyaları Vaqif Səfərovun Sumqayıt şəhərində yerləşən mənzilinə aparıblar. Oğurlanan əşyaların bir qismi həmin mənzildən aşkar olunaraq maddi sübut kimi götürülübQeyd edək ki, Elturan Vəlibəyov və Vaqif Səfərovun bağçadan oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb. Saxlanılan şəxslər ifadələrində paytaxtın Xətai və Nəsimi rayonlarında da uşaq bağçalarından oğurluqlar etdiklərini etiraf ediblər.Elturan Vəlibəyov və Vaqif Səfərov 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onların digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.