Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində törədilmiş 41 cinayətin üstü “isti izlər”lə açılmışdır
20.02.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 41 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir
Polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbirləri nəticəsində fevralın 19-da və 20-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 2 ədəd ov tüfəngi götürülüb. Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 3 silah könüllü olaraq polisə təhvil verilib.Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb
Fevralın 19-da və 20-də polis əməkdaşları tərəfindən respublika ərazisində 24 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 4 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Bakı şəhərində və respublika ərazisində 763 toy şənliyinin monitorinqi həyata keçirilib
19-20 fevral tarixlərində Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 763 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinq 758 şadlıq sarayında, 5 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:- 6 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; - 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib; - 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;- 1191 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Paytaxtın Nizami rayonu ərazisində Sabirabad rayon sakinləri G.Qaraxanovanı və onun iki azyaşlı uşağını tamah məqsədi ilə qəsdən öldürməkdə şübhəli bilinən Ə.Əliyev tutularaq istintaqa təhvil verilmişdir
Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə fevralın 20-də saat 14 radələrində rayon ərazisində kirayədə yaşadıqları evdə Sabirabad rayon sakinləri Gülnar Qaraxanovanın və azyaşlı övladları - qızı Lamiyənin və oğlu Ataxanın kəsici-deşici alətlə aldıqları xəsarətlərdən ölmələri barədə məlumat daxil olmuşdur. Dərhal polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilmişdir.Polis əməkdaşlarının keçirdikləri intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində tamah məqsədi ilə bu cinayət əməlini törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Əhəd Əliyev tutularaq istintaqa təhvil verilmişdir. Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Binəqədi rayonu ərazisindəki evlərin birində Bakı şəhər sakini E.Qasımovu hədəyərək pulunu almaqda şübhəli bilinən M.Tarverdiyev saxlanılmışdır
Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə fevralın 20-də rayon ərazisindəki evlərin birində Bakı şəhər sakini E.Qasımovun sözlə hədələnərək 100 manatının alınması barədə məlumat daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini M.Tarverdiyev müəyyən edilərək saxlanılmışdır. Binəqədi RPİ-də araşdırma aparılır.
Biləsuvar rayonunun Nəsimikənd kəndi ərazisindən “VAZ-21074” markalı avtomobili qaçırmaqda şübhəli bilinən kənd sakini N.Aşurov avtomobillə birgə saxlanılmışdır
Biləsuvar Rayon Polis Şöbəsinə fevralın 20-də Nəsimikənd kəndi ərazisindən kənd sakini V.Şəbizadəyə məxsus “VAZ-21074” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən kənd sakini N.Aşurov müəyyən edilərək avtomobillə birgə saxlanılmışdır. Biləsuvar RPŞ-də araşdırma aparılır.
Nizami rayonunun B.Çobanzadə küçəsində “Toyota” markalı avtomobillə Qəbələ rayon sakini Q.Səlimov vurulmuşdur
Fevralın 20-də saat 22 radələrində Nizami rayonunun B.Çobanzadə küçəsində Bakı şəhər sakini S.Qarayev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Qəbələ rayon sakini Qəzənfər Səlimovu vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Nizami RPİ-də araşdırma aparılır.
Zaqatala rayonunun Bəhmədli kəndi ərazisində “Nissan” markalı avtomobillə kənd sakini İ.Muradov vurulmuşdur
Fevralın 20-də saat 20 radələrində Zaqatala rayonunun Bəhmədli kəndi ərazisində Yuxarı Tala kənd sakini İ.Muradov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən kənd sakini İsmayıl Muradovu vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.Zaqatala RPŞ-də araşdırma aparılır.
Bakı şəhər sakinləri N.Babayev və V.Fərmanovdan heroin aşkar edilərək götürülmüşdür
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri N.Babayev və əvvəllər məhkum olunmuş V.Fərmanov saxlanılmışlar. Şəxsi axtarış zamanı N.Babayevdən 98 qram, V.Fərmanovdan isə 3 qram heroin aşkar edilərək götürülmüşdür.