Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bakı şəhər sakini F.Həsənova məxsus avtomobili qaçırmaqda şübhəli bilinən Tərtər rayon sakini C.Hüseynov Nəsimi rayon ərazisində avtomobillə birgə saxlanılmışdır
20.02.2022
Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə fevralın 19-da Ə.Vəliyev küçəsindən Bakı şəhər sakini F.Həsənova məxsus “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Tərtər rayon sakini C.Hüseynov Nəsimi rayon ərazisində avtomobillə birgə saxlanılmışdır.Araşdırma aparılır.
Başqasına məxsus bank kartından pulu çıxararaq mənimsəməkdə şübhəli bilinən Bakı şəhər sakini M.Hümbətov saxlanılmışdır
Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 6-da A.Çobanovun bank kartından 1083 manat çıxararaq mənimsəməkdə şübhəli bilinən Bakı şəhər sakini M.Hümbətov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülmüşdür.
Yasamal rayonu ərazisində E.Veysəlova məxsus avtomobildən cüzdan oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Dadaşov saxlanılmışdır
Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 17-də rayon ərazisində E.Veysəlova məxsus avtomobildən içərisində 4370 manat, 1000 ABŞ dolları, sənədlər olan cüzdanı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Dadaşov saxlanılmışdır.
Masallı rayonunda 4 baş inəyi oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 12-də və 18-də T.Qurbanzadəyə məxsus 1 baş və T.Xamiyevə məxsus 3 baş inəyi oğurlamaqda şübhəli bilinən Alışanlı kənd sakini E.Məmmədov və Səmidxan kənd sakini, əvvəllər məhkum olunmuş S.Həsənov saxlanılmışdır.
Şabran rayonunda 16 baş qoyunu oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
Şabran RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 18-dən cari il fevralın 19-dək olan müddətdə T.Babayevə məxsus 10 baş və S.Xəlilova məxsus 6 baş qoyunu oğurlamaqda şübhəli bilinən Şahnəzərli kənd sakinləri S.Hüseynov və M.Hüseynov saxlanılmışlar.
Zərdab rayonu ərazisindəki 2 mağazadan pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Zərdab şəhər sakini Ə.Əkbərov saxlanılmışdır
Zərdab RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 2-dən 31-dək olan müddətdə rayon ərazisindəki 2 mağazadan ümumilikdə 493 manat pul və 3 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Zərdab şəhər sakini Ə.Əkbərov saxlanılmışdır.
Gün ərzində törədilmiş 53 cinayətin üstü “isti izlər”lə açılmışdır
19.02.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 53 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Salyan rayon sakini F.Bünyatova qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini M.Qəhrəmanov saxlanılmışdır
Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə fevralın 19-da bir nəfərin Salyan rayon sakini F.Bünyatova zor tətbiq edib mobil telefonunu talaması barədə məlumat daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş M.Qəhrəmanov müəyyən edilərək saxlanılmışdır. Nəsimi RPİ-də araşdırma aparılır.
Gəncə şəhəri ərazisində 2 avtomobildən akkumulyator və 1 avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 29-da və 31-də Gəncə şəhəri ərazisində 2 avtomobildən akkumulyator və 1 avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlamaqda şübhəli bilinən şəhər sakinləri M.Hacıyev və E.İslamov saxlanılmışlar. Ətraflarında aparılan tədbirlərlə onların yanvarın 31-də H.Məmmədova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaları və “VAZ-2106” markalı digər avtomobilin isə şüşəsini sındırmaları da müəyyən edilmişdir.
Gəncə şəhəri ərazisində 7 ədəd kanalizasiya quyusunun qapaqlarını oğurlamaqda şübhəli bilinən A.Cəfərov saxlanılmışdır
Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 18-də Gəncə şəhəri ərazisində Su-kanal Təmir Tikinti Cəmiyyətinə məxsus 7 ədəd kanalizasiya quyusunun qapaqlarını oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A.Cəfərov saxlanılmışdır.