Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində törədilmiş 94 cinayətin üstü “isti izlər”lə açılmışdır
27.01.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 94 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 27-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 5 ədəd ov tüfəngi götürülüb. Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 3 silah könüllü olaraq polisə təhvil verilib.Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb
Yanvarın 27-də polis əməkdaşları tərəfindən respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 1 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Bakı şəhərində və respublika ərazisində 81 toy şənliyinin monitorinqi həyata keçirilib
Yanvarın 27-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 81 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinq 79 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:- 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; - 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib; - 20 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Xətai rayonunun Sarayevo küçəsində “Ford” markalı avtomobillə Bakı şəhər sakini V.Quliyeva vurulmuşdur
Yanvarın 27-də saat 12 radələrində Xətai rayonunun Sarayevo küçəsində Sumqayıt şəhər sakini S.Məhərrəmova idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Validə Quliyevanı vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.Xətai RPİ-də araşdırma aparılır.
Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki evlərin birindən 2 ədəd xalçanı oğurlamaqda şübhəli bilinən şəxslərdən ikisi saxlanılmış, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilmişdir
Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə Şüvəlan qəsəbəsindəki evlərin birindən yanvarın 19-dan 26-dək olan müddətdə 3000 manat dəyərində 2 ədəd xalçanın oğurlanması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Nəcəfov və K.Aşurbəyov saxlanılmış, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilmişdir.
Binəqədi rayonu ərazisindəki klinikaların birində orada işləyən qadının pulqabısını oğurlamaqda şübhəli bilinən B.Rüstəmov saxlanılmışdır
Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə rayon ərazisindəki klinikaların birində orada işləyən qadının içərisində 750 manat olan pulqabısının oğurlanması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər saklini B.Rüstəmov müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
Sabunçu rayonu ərazisindəki 10 evdən oğurluq etməkdə şübhəli bilinən Salyan rayon sakinləri R.Abdullayev və S.Abdullayev saxlanılmışlar
Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki 10 evdən təmir-tikinti alətləri, inşaat materialları, qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Salyan rayon sakinləri, əvvəllər məhkum olunmuşlar – R.Abdullayev və S.Abdullayev saxlanılmışlar.
Nəsimi rayonu ərazisindəki evlərin birindən pul və noutbuk oğurlamaqda şübhəli bilinən E.Mirzəyev saxlanılmışdır
Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 24-də rayon ərazisindəki evlərin birindən 630 manat pul və noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mirzəyev saxlanılmışdır.
Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbə sakini O.Xudaverdiyevdən və onun yaşadığı evdən marixuana, tiryək, metodon həbləri, həmçinin qanunsuz saxladığı silah-sursat götürülmüşdür
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş O.Xudaverdiyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan 3 kiloqram 55 qram marixuana, 46 qramdan artıq tiryək, 2 ədəd metodon həbi, həmçinin qanunsuz saxladığı 1 ədəd ov tüfəngi və qundağı, lüləsi kəsilmiş daha bir tüfəng, 2 ədəd bıçaq və 1 ədəd qaz balonu götürülmüşdür.