Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs azadlığa çıxdıqdan sonra yenidən eyni əməli törətdiyi üçün saxlanılıb
10.03.2022
Paytaxtın Nizami rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. Əməliyyat zamanı əvvəllər də narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Reza Dolatabadi tutularaq istintaqa təqdim edilib. Onun üzərinə baxış zamanı külli miqdarda - 13 qram narkotik vasitə tiryək və 10 qram psixotrop maddə metamfetamin aşkar edilib. Həmçinin saxlanılan şəxsin mənzilindən metamfetamin qəbul etrmək üçün nəzərdə tutulan kustar üsulla hazırlanan avadanlıqlar da aşkar olunub. Araşdırma nəticəsində müəyyən edilib ki, Reza Dolatabadi narkotik vasitələrin paytaxt ərazisində satışı ilə məşğul olub.Faktla bağlı saxlanılan şəxs barəsində toplanan materiallar Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Reza Dolatabadinin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.
Xəzər rayonu Qala qəsəbəsində 220 metr telefon-rabitə xəttini kəsərək oğurlayan şəxs saxlanılıb
Xəzər rayonu Qala qəsəbəsi ərazisində telefon-rabitə xətti naməlum şəxs tərəfindən kəsilərək oğurlanıb. Müvafiq qurumdan Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edilərək ümumilikdə 220 metr naqilin oğurlandığı barədə məlumat verilib. Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı telefon-rabitə xəttini oğurlanmaqda şübhəli bilinən Şəki şəhər sakini Fərahim Əliyev saxlanılıb. Onun idarə etdiyi avtomobildən oğurladığı naqilin bir hissəsi aşkar edilib. Naqilin qalan hissəsini isə o, əlvan metal qəbulu məntəqələrindən birinə satdığını bildirib. Faktla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər Rayon Polis İdarəsinə göndərilib. Fərahim Əliyevin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına və ya Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə məlumat verə bilərlər.
Pirallahı rayonu Dübəndi bağlarında yeni tikilməkdə olan 10 evdən oğurluq edən şəxslər saxlanılıblar
Pirallahı rayonu Dübəndi bağları yaşayış massivində yerləşən yeni tikilməkdə olan evlərdən birindən oğurluq edilib. Zərərçəkən Pirallahı Rayon Polis Şöbəsinə müraciət edərək evdən məişət əşyalarının oğurlandığını bildirib. Eyni məzmunlu şikayətlərlə müraciət edən həmin ərazidə yaşayan daha 9 sakinin ərizəsi Polis Şöbəsində qeydə alınıb. Onlar da evlərdən tikinti materialları, təmir-tikinti alətləri və digər əşyaların oğurlandığını bildiriblər. Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən zaman oğurluqların eyni şəxs və ya şəxslər tərəfindən törədildiyi müəyyən edilib.Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən paytaxt sakinləri Xəyal Şirinov və Elman Əzizov saxlanılıblar. Onlar izahatında etdikləri oğurluqları etiraf ediblər. Faktlarla bağlı Pirallahı Rayon Polis Şöbəsində Cinayət İşi başlanılıb. Saxlanılan şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Gün ərzində törədilmiş 56 cinayətin üstü “isti izlər”lə açılmışdır
09.03.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 56 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Nuriyyə Nəzirovanı Şabran rayonunun Ağalıq kəndindəki yaşadığı evdə bədəninin müxtəlif nahiyyələrinə çoxsaylı zərbələr yetirərək qəsdən öldürməkdə şübhəli bilinən oğlu M.Nəzirov tutularaq istintaqa təhvil verilmişdir
Şabran Rayon Polis Şöbəsinə martın 9-da saat 19 radələrində 69 yaşlı Nuriyyə Nəzirovanın Ağalıq kəndindəki yaşadığı evdə aldığı xəsarətlərdən ölməsi barədə məlumat daxil olmuşdur.Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Aparılmış ilkin araşdırmalarla oğlu M.Nəzirovun münaqişə zəminində anası N.Nəzirovanın bədəninin müxtəlif nahiyyələrinə çoxsaylı zərbələr yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M.Nəzirov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir.
Bakı şəhər sakini R.Ağamalıyevə məxsus evə baxış zamanı oradan qundağı və lüləsi kəsilmiş tüfəng və 3 ədəd patron aşkar edilərək götürülmüşdür
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini R.Ağamalıyevə məxsus Sumqayıt şəhəri Corat bağlar sahəsindəki evə baxış zamanı oradan qundağı və lüləsi kəsilmiş “Toz-B” markalı tüfəng və 3 ədəd patron aşkar edilərək götürülmüşdür.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Masallı rayon sakini R.İbrahimovun yol-nəqliyyat hadisəsi törətməsi müəyyən olunmuşdur
Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə martın 8-də rayon ərazisindəki avtoyuma məntəqələrinin birindən Bakı şəhər sakini G.Novruzovaya məxsus “Chevrolet” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş R.İbrahimovun həmin gün saat 23 radələrində Zabrat yolunda yol-nəqliyyat hadisəsi törətməsi müəyyən olunmuşdur. R.İbrahimov saxlanmışdır. Xətai RPİ-də araşdırma aparılır.
Gəncə şəhər sakini R.Məmmədovdan 420 qram marixuana, Lənkəran rayon sakini R.Kələntərovdan isə 489 qram marixuana aşkar edilərək götürülmüşdür
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə dəmir yolu stansiyası ərazisində saxlanılan Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş R.Məmmədovdan 420 qram marixuana, Qala-Dübəndi dəmir yolu ərazisində saxlanılan Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş R.Kələntərovdan isə 489 qram marixuana aşkar edilərək götürülmüşdür.
Hövsan qəsəbə sakini R.Musayev tapdığı avtomat silahını və 11 ədəd patronu könüllü olaraq təhvil vermişdir
Polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər nəticəsində Hövsan qəsəbə sakini R.Musayev qəsəbə ərazisində dəniz kənarından tapdığı “AK-74” markalı avtomat silahını və 11 ədəd patronu könüllü olaraq Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə təhvil vermişdir.
Ümumilikdə 23 baş qoyunu və 1 baş inəyi oğurlamaqda şübhəli bilinən H.Quliyev saxlanılmışdır
Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində 7 nəfərə məxsus ümumilikdə 23 baş qoyunu və 1 baş inəyi oğurlamaqda şübhəli bilinən H.Quliyev saxlanılmışdır. Araşdırma aparılır.