Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində törədilmiş 68 cinayətin üstü “isti izlər”lə açılmışdır
10.03.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 68 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Sumqayıt şəhər sakini E.Səfərovdan hədə-qorxu ilə pul tələb etməkdə və mobil telefonunu almaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə bir neçə nəfərin şəhər sakini E.Səfərovu hədələyərək borclu olduğu 2245 manat pulu tələb etmələri və mobil telefonunu almaları barədə müraciət daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən şəhər sakinləri R.Əkbərov, qardaşı F.Əkbərov, N.Mustafayev və Şabran rayon sakini E.Nadirov müəyyən edilərək saxlanılmışlar.Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir
Polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbirləri nəticəsində martın 10-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 2 ədəd ov tüfəngi götürülüb. Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb
Martın 10-da polis əməkdaşları tərəfindən 2 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evi tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 10-da İmişli rayon sakini Əlihüseyn Rzayevin idarə etdiyi "Toyota" markalı avtomobil Cəlilabad rayonu ərazisində saxlanılmışdır. Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur.Cəlilabad rayon Məhkəməsinin qərarı ilə Ə.Rzayev 8 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Sumqayıt sakinləri K.Kərimov, F.Rzayev və Z.Dadaşov saxlanılmışlar
Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə martın 5-də 6-cı mikrorayon ərazisində 2 nəfərin şəhər sakini R.Əhmədovu yazışmalarını yayacağı ilə hədələyərək 150 manatını almaları, martın 9-da isə qızıl əşyalar tələb etmələri barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Sumqayıt sakinləri K.Kərimov, F.Rzayev və Z.Dadaşov müəyyən edilərək saxlanılmışlar. Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
Moped oğurlayanlar saxlanılıb
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində X.Mustafayevə və İ.Məmmədliyə məxsus mopedləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri M.Atayev və əvvəllər məhkum olunmuş F.Hacıyev saxlanılmışlar.Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Sumqayıt şəhər sakini E.Nurəddinova məxsus həyətyanı sahədən mopedini oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini O.Quliyev saxlanılmışdır.Araşdırmalar aparılır.
Şamaxı şəhəri ərazisindən “Changan” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəhər sakini A.Abuzərov və Bakı şəhər sakini R.Rüstəmli saxlanılmışlar
Şamaxı RPŞ-yə martın 9-da şəhər ərazisindən şəhər sakini S.Mikayılova məxsus “Changan” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şamaxı şəhər sakini A.Abuzərov və Bakı şəhər sakini R.Rüstəmli müəyyən edilərək saxlanılmışlar. Avtomobil sahibinə təhvil verilmişdir.Şamaxı RPŞ-də araşdırma aparılır.
Nərimanov rayonu ərazisində “MAN” markalı avtomobillə Bakı şəhər sakini Z.Ağalarova vurulmuşdur
Martın 10-da saat 17 radələrində Nərimanov rayonu ərazisində Zərdab rayon sakini İ.Həsənov idarə etdiyi “MAN” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Zinyət Ağalarovanı vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.Nərimanov RPİ-də araşdırma aparılır.
Balakəndə saxlanılan “Toyota” markalı avtomobildən 1 kiloqramdan artıq heroin, 7 kiloqramdan artıq marixuana və 312 qramdan artıq metamfetamin götürülmüşdür.
Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Sumqayıt şəhər sakini Z.Rzayev idarə etdiyi “Toyota” markalı avtomobildə sərnişinləri - əvvəllər məhkum olunmuşlar N.Rzayev və E.Kərəkməzli ilə birgə saxlanılmışdır.Şəxsi axtarış zamanı N.Rzayevdən heroin, avtomobilə baxış zamanı isə 1 kiloqram 505 qram heroin, 7 kiloqram 400 qram marixuana və 312 qramdan artıq metamfetamin aşkar edilərək götürülmüşdür.