Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində törədilmiş 52 cinayətin üstü “isti izlər”lə açılmışdır
11.03.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 52 cinayətin üstü “isti izlər”lə açılmışdır.
R.Veyisovu döyərək 40 manat pulunu və mobil telefonunu almaqda şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılmışlar
Nizami RPİ 23-cü Polis Bölməsinə martın 11-də 4 nəfərin rayon ərazisində yaşayan R.Veyisovu döyərək 40 manat pulunu və mobil telefonunu almaları barədə məlumat daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri B.Kərimov, N.Novruzov, Ə.Kazımov və R.İbrahimzadə müəyyən edilərək saxlanılmışlar.Nizami RPİ tərəfindən araşdırma aparılır.
Mingəçevir şəhər sakini F.Bayramovun evindən heroin, tiryək və qumbara götürülmüşdür
Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində nartotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş F.Bayramov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanmışdır. Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı 156 qramdan artıq heroin, 440 qram tiryək və 1 ədəd qumbara götürülmüşdür.
Nartotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sabirabad rayonunun Suqovuşan kənd sakini Z.Yadigarovdan narkotik vasitələr, 1 ədəd “Vinçester” markalı ov tüfəngi və 11 ədəd patron aşkar edilərək götürülmüşdür
Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində nartotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Suqovuşan kənd sakini, əvvəllər məhkum olunmuş Z.Yadigarov saxlanılmışdır. Onun həyətinə baxış zamanı oradan 1045 ədəd çətənə kolu, evindən isə 3 kiloqramdan artıq marixuana, 1 ədəd “Vinçester” markalı ov tüfəngi və 11 ədəd patron aşkar edilərək götürülmüşdür.
Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cari il yanvar ayının 25-də Salyan rayonu ərazisində rayon sakini Bəhruz Əmirovun idarə etdiyi “VAZ-21214” markalı avtomobil saxlanılmışdır. Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur.Salyan rayon Məhkəməsinin qərarı ilə B.Əmirov 5 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir
Polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbirləri nəticəsində martın 11-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 2 ədəd ov tüfəngi götürülüb. Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 1 silah könüllü olaraq polisə təhvil verilib.Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Biləsuvar rayonunun Səmədabad kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Martın 11-də saat 14 radələrində Biləsuvar rayonunun Səmədabad kəndi ərazisində Abşeron rayon sakini S.Məmmədov idarə etdiyi “Mercedes” markalı yük avtomobilini geriyə idarə edərkən Şamaxı rayon sakini Cabir Nuriyevi vurmuşdur. Nəticədə C.Nuriyev aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.Biləsuvar RPŞ tərəfindən araşdırma aparılır.
Oğurluqda şübhəli Abşeron rayon sakinləri C.Qafarov və qardaşı C.Qafarov saxlanılmışlar
Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki 4 mağazadan ümumilikdə 100 manat pul, 1900 manat dəyərində müşahidə kamerası, 4200 manat dəyərində ətir, tütün məmulatı, danışıq kartı və spirtli içki oğurlamaqda şübhəli Abşeron rayon sakinləri C.Qafarov və qardaşı C.Qafarov saxlanılmışlar.
Ov tüfəngi oğurlamaqda şübhəli bilinən B.Vəliyev saxlanılmışdır.
Nizami (Gəncə) RPİ və Goranboy RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Goranboy rayonu ərazisindəki evlərin birindən müvafiq sənədləri olan “Hatsan” markalı ov tüfəngi oğurlamaqda şübhəli bilinən B.Vəliyev saxlanılmışdır. Ətrafında aparılan araşdırmalarla onun Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə axtarışda olması da müəyyən edilmişdir.
Bakıda tapança satmaq istəyən şəxs saxlanılıb
Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində qanunsuz olaraq əldə etdiyi odlu silah-sursatı satmaq istəyən şəxs saxlanılıb. Bölməyə paytaxt sakini əvvəllər məhkum edilmiş Aleksandr Qorbunovda silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs əməliyyat nəticəsində tutularaq Polis Bölməsinə gətirilib. Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Beretta” markalı atəş üçün yararlı tapança, həmin silaha məxsus daraq və 4 ədəd patron aşkar edilərək götürülüb. 21-ci Polis Böməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Aleksandr Qorbunov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.