Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Kultivasiya yolu ilə yetişdirilmiş 9 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür
13.03.2022
Sabirabad RPŞ əməkdaşlarının keçiridikləri əməliyyat tədbiri nəticəsində Suqovuşan kənd sakini R.Qubadova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 9 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.
Füzuli şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
Martın 13-də saat 14 radələrində Füzuli şəhəri ərazisində Novruz Orucovun idarə etdiyi “Mercedes” və İ.Hümbətovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur. Nəticədə N.Orucov və sərnişini Təvəkkül Əliyev hadisə yerində ölmüş, digər sürücü və 3 sərnişini xəstəxanasına yerləşdirilmişlər.Füzuli RPŞ-də araşdırma aparılır.
Şəmkir rayonunun Şiştəpə kənd sakinləri E.Nağıyev və N.Bağıyev saxlanılmışlar
Şəmkir Rayon Polis Şöbəsinə martın 13-də saat 1 radələrində Şiştəpə kəndi ərazisindəki çay evlərinin birində kənd sakinləri N.Bağıyevin və əvvəllər məhkum olunmuşlar - E.Nağıyev və qardaşının xuliqanlıq zəminində biri-birilərini döymələri, E.Nağıyevin ov tüfəngindən açdığı atəşin kənd sakini H.Həsənova məxsus “Mercedes” markalı avtomobilə dəyməsi barədə məlumat daxil olmuşdur.Polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbiri nəticəsində E.Nağıyev və N.Bağıyev saxlanılmışlar. E.Nağıyevdən qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülmüşdür.Araşdırma aparılır.
Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir
Polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbirləri nəticəsində martın 12-də və 13-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 5 ədəd ov tüfəngi götürülüb. Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 1 silah könüllü olaraq polisə təhvil verilib.Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Gün ərzində törədilmiş 40 cinayətin üstü “isti izlər”lə açılmışdır
12.03.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 40 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Cəlilabad rayonunun Sərhədabad kəndi ərazisində “VAZ-2107” və “Mitsubishi” markalı avtomobillər toqquşmuşdur
Martın 12-də saat 12 radələrində Cəlilabad rayonunun Sərhədabad kəndi ərazisində Saleh Məlikovun idarə etdiyi “VAZ-2107” və X.Rəhimovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşmuşdur. Nəticədə S.Məlikov və sərnişinləri Elçin Kərimov, onun həyat yoldaşı Gülnarə, Şura İmanova, onun qızı Gültəkin hadisə yerində ölmüş, digər sürücü və 2 sərnişini xəsarət almış, vəziyyətləri orta-ağırdır.Cəlilabad RPŞ-də araşdırma aparılır.
Samux rayonunun Qarayeri qəsəbəsi ərazisində “VAZ-21011” markalı avtomobillə qəsəbə sakini M.Məmmədov vurulmuşdur
Martın 12-də saat 21 radələrində Samux rayonunun Qarayeri qəsəbəsi ərazisində qəsəbə sakini E.Abbasov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolun kənarı ilə gedən həmyerlisi Mübariz Məmmədovu vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.Samux RPŞ-də araşdırma aparılır.
Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində yol qəzası törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücüsü Y.Yusifov saxlanılmışdır
Martın 11-də saat 21 radələrində Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini S.Hacızadə vurulmuşdur. Ona xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-21063” markalı avtomobilin sürücüsü, qəsəbə sakini Y.Yusifov müəyyən edilərək saxlanılmışdır. Astara RPŞ-də araşdırma aparılır.
Bakı şəhər sakini Ş.Həsənzadədən heroin, metamfetamin və 1 kiloqramdan artıq marixuana götürülmüşdür
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Ş.Həsənzadə Biləcəri qəsəbəsi ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 10 qramdan artıq heroin, metamfetamin və 1 kiloqram 100 qram marixuana aşkar edilərək götürülmüşdür.
Saxlanılarkən narkotik vasitənin təsiri altında olan Sumqayıt şəhər sakinləri Ə.Ağazadə və R.Cəfərovanın barələrində inzibati protokol tərtib edilmişdir
DİN-in “102-Zəng Mərkəzinə” müraciət edən Sumqayıt şəhər sakini S.Seyidova martın 12-də ögey bacısı R.Cəfərovanın Əmrah adlı şəxslə birlikdə Quba şəhərində olmalarını, Əmrahın özünü və qızı öldürmək istəməsini bildirmişdir. Dərhal Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş, Sumqayıt şəhər sakinləri Ə.Ağazadə və R.Cəfərovanın olduqları yer müəyyən edilmiş, saxlanılaraq Polis Şöbəsinə gətirilmişlər. Polis əməkdaşları tərəfindən onların narkotik vasitənin təsiri altında olmaları müəyyən olunmuş və barələrində İnzibat Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati protokol tərtib edilmişdir.Quba rayon məhkəməsinin qərarı ilə Ə.Ağazadə 20 gün müddətində inzibati qaydada həbs olunmuş, R.Cəfərova isə 400 manat məbləğdə cərimələnmişdir.