Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində törədilmiş 50 cinayətin üstü “isti izlər”lə açılmışdır
15.03.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 50 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Paytaxtın Nizami rayonu ərazisində “Range Rover” markalı avtomobillə paytaxt sakini G.Mirzəyev vurulmuşdur
Martın 16-da saat 1 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini R.Qəniyev idarə etdiyi “Range Rover” markalı avtomobillə yolu keçən paytaxt sakini Güloğlan Mirzəyevi vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.Nizami RPŞ-də araşdırma aparılır.
Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində yük avtomobili ilə mikroavtobusun toqquşması nəticəsində üç nəfər ölmüş, bir nəfər xəstəxanaya yerləşdirilmişdir
Martın 15-də saat 19 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində İran vətəndaşı Pormehrali İsmialinin idarə etdiyi “Howo” markalı yük avtomobili ilə Bakı şəhər sakini E.Əliyevin idarə etdiyi “QAZel” markalı mikroavtobus toqquşmuşdur. Nəticədə E.Əliyevin sərnişinləri Babaşah Qəribov, Qayıb Zeynalov və Məhəmməd Qaraşov hadisə yerində ölmüş, sürücü xəstəxanaya yerləşdirilmişdir.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Martın 1-dən 15-dək olan müddətdə Buzovna qəsəbəsi ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən S.Mirzəyev saxlanılmışdır
Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 1-dən 15-dək olan müddətdə Buzovna qəsəbəsi ərazisindəki evlərin birindən məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş S.Mirzəyev saxlanılmışdır. Ətrafında aparılan tədbirlərlə onun müxtəlif vaxtlarda 6 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlaması da müəyyən olunmuşdur.
Binəqədi rayonu ərazisindəki kafelərin birindən pul, 2 ədəd televizor və samovar oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 1-də rayon ərazisindəki kafelərin birindən 450 manat pul və 1860 manat dəyərində 2 ədəd televizor və samovar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - E.Səmədov və M.Mikayılov saxlanılmışlar.
Martın 5-də vətəndaş S.İsmayıllının bank hesabından pul oğurlamaqda şübhəli bilinən Şəki rayon sakini N.Cəbrayılzadə saxlanılmışdır
Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-də S.İsmayıllının bank hesabından 483 manat pul oğurlamaqda şübhəli bilinən Şəki rayon sakini, əvvəllər məhkum olunmuş N.Cəbrayılzadə saxlanılmışdır.
Cəlilabad şəhər sakini İ.Mehdizadədən 3 kiloqramdan artıq heroin aşkar edilmişdir
Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Cəlilabad şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Mehdizadədən 3 kiloqram 150 qram heroin aşkar edilmişdir.Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan 2 kiloqram 880 qram heroin və 1 kiloqram 730 qram tiryək götürülmüşdür.
Gün ərzində törədilmiş 60 cinayətin üstü “isti izlər”lə açılmışdır
14.03.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 60 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Soyğunçuluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Ə.Qurbanov müəyyən edilərək saxlanılmışdır
Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə martın 13-də saat 21 radələrində Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini Z.Həsənovun taksi kimi idarə etdiyi “Toyota” markalı avtomobilin sərnişininin saxlanc yerindən 150 manat pulu soyğunçuluq yolu ilə talaması barədə məlumat daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ə.Qurbanov müəyyən edilərək saxlanılmışdır.Araşdırma aparılır.
Soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən paytaxt sakini V.Bağırov saxlanılmışdır
Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 11-də Bakı şəhər sakini C.Abdullayevaya zor tətbiq edib içərisində bank kartları, bijuteriya, geyim və kosmetik əşyalar olan çantasınını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən paytaxt sakini V.Bağırov saxlanılmışdır.