Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Suraxanı rayonu ərazisində bir evdən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ş.Rəsulov saxlanılmışdır
18.03.2022
Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində bir evdən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ş.Rəsulov saxlanılmışdır. Araşdırma aparılır.
Şəmkir rayonu ərazisindəki mağazaların birindən pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 1400 manat və 100 ABŞ dolları oğurlamaqda şübhəli bilinən rayon sakinləri Z.Məmmədov və E.Əhmədov saxlanılmışlar.
Qusar rayonu ərazisindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini M.Zeynalov saxlanılmışdır
Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 150 manat pul, 708 manat dəyərində tütün məmulatı və alışqanlar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Zeynalov saxlanılmışdır.
Şəki şəhər sakini R.İsmayılovun evindən narkotik vasitələr aşkar edilərək götürülmüşdür
Şəki ŞRPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında şəhər sakini R.İsmayılovun evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 47 qrama yaxın tiryək, heroin, metamfetamin, həyətindəki yardımçı təsərrüfatdan isə 470 qram marixuana aşkar edilərək götürülmüşdür.
Sabunçu rayonunda sanitar-karantin qaydalarına əməl etməyən şəxslərə qarşı reyd keçirilib, 36 nəfər cərimələnib
Son dövrlər koronavirus infeksiyasının yayılmasının qarşının alınması istiqamətində dövlətimiz tərəfindən aparılan mübarizə tədbirlərinin nəticəsi olaraq yoluxma sayında ciddi azalmalar müşahidə olunur. Buna baxmayaraq əldə olunan müsbət dinamikanın qorunub saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən qapalı məkanlar və ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı nəzarət-profilaktik tədbirlər davam etdirilir. Növbəti belə tədbir Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilib. Tədbir zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb. Yol polisləri onları ictimai nəqliyyatda olan zaman maskalardan istifadə etməyin zəruriliyi barədə bir daha məlumatlandırıblar. Profilaktik tədbir zamanı tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbirləri görülüb. Yoxlamalar nəticəsində taksi fəaliyyəti ilə məşğul olan buna baxmayaraq tibbi maskadan istifadə etməyən sürücü və sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb. Tərbir zamanı sanitar-karantin qaydalarına əməl etməyən 36 şəxs barəsində inzibati protokol tərtib edilib. Qeyd edək ki, Sabunçu rayonu ərazisində sanitar-karantin qaydalarına əməl olunmasına nəzarətin təmin olunması məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq polis əməkdaşları tərəfindən həyata keçiriləcək.
Hökməli qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar
Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Hökməli qəsəbəsində həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan bir nəfər saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana aşkar olunub. Həmin şəxs ifadəsində narkotik vasitəni qeyd edilən qəsəbədə yaşayan Mehman adlı şəxsdən aldığını bildirib. Əməliyyat tədbirinin davamı olaraq Hökməlidə narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Mehman Səfərov da tutularaq Polis Bölməsinə gətirilib. Onun üzərinə və yaşadığı evə baxış zamanı külli miqdarda narkotik vasitə olan satış üçün qablaşdırılan marixuana aşkar edilib. Mehman Səfərov ifadəsində bir müddətdir ki, Hökməli qəsəbəsində narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edib.Qobu Polis Bölməsinin əməkdaşlarının Hökməlidə həyata keçirdikləri digər bir tədbir zamanı qeyd edilən qəsəbə ərazisində narkotiklərin satışı ilə məşğul olan daha bir nəfər Abşeron rayon sakini əvvəllər məhkum olunmuş Şahin Mədətov saxlanılıb. Onun üzərinə baxış zamanı külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilib.Qeyd edək ki, Şahin Mədətov narkotik maddələrin satışını Hökməli qəsəbəsində yerləşən qəbirstanlığın ərazisində həyata keçirib. Faktlarla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir. Narkotiklərin satışını təşkil edən Mehman Səfərov və Şahin Mədətov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Gün ərzində törədilmiş 61 cinayətin üstü “isti izlər”lə açılmışdır
17.03.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 61 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Quldurluq etməkdə şübhəli bilinən Xaçmaz rayonunun Müşkür kənd sakini F.Cəfərov müəyyən edilərək saxlanılmışdır
Xaçmaz Rayon Polis Şöbəsinə martın 11-də Çaxçaxlı kəndi ərazisində bir nəfərin əcnəbi vətəndaşı bıçaqla hədələyib pul tələb etməsi, quldurluq yolu ilə cibində 820 manatı olan gödəkcəsini alması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Müşkür kənd sakini F.Cəfərov müəyyən edilərək saxlanılmışdır.Araşdırma aparılır.
Maştağa qəsəbə sakini A.Hüseynovdan lüləsi və qundağı kəsilmiş ov tüfəngi götürülmüşdür
Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Hüseynovdan lüləsi və qundağı kəsilmiş “İJ” markalı ov tüfəngi götürülmüşdür.
N.Nərimanov prospektindəki məişət tullantıları qutusundan nömrəsi silinmiş avtomat silahı və 4 ədəd 7,62 çaplı patron tapılmışdır
Daxil olmuş məlumat əsasında Yasamal RPİ 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən N.Nərimanov prospektindəki məişət tullantıları qutusundan nömrəsi silinmiş “AK-74” markalı avtomat silahı və 4 ədəd 7,62 çaplı patron tapılmışdır.