Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində törədilmiş 69 cinayətin üstü “isti izlər”lə açılmışdır
18.03.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 69 cinayətin üstü “isti izlər”lə açılmışdır.
2017-ci il yanvar ayının 28-də Ağsu şəhər sakini Ayşən Qəhrəmanovanın öldürülməsi ilə əlaqədar üç nəfər şübhəli şəxs qismində saxlanılmışlar
Daxili İşlər Nazirliyi və Baş Prokurorluq tərəfindən əvvəlki illərdə törədilərək bağlı qalmış cinayətlərin açılması istiqamətində tədbirlər davam etdirilir. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci il yanvar ayının 28-də Ağsu şəhər sakini Ayşən Qəhrəmanovanın naməlum şəxs tərəfindən öldürülməsi ilə əlaqədar Ağsu şəhər sakinləri Bilal Vəliyev, Asif Manafov və atası Arif şübhəli şəxs qismində saxlanılmışlar. İstintaqla müəyyən edilmişdir ki, Asif Manafov münaqişə zəminində A.Qəhrəmanovanı şəhər ərazisindəki qəbristanlıqda bıçaqla öldürmüş, sonradan atası Arif və B.Vəliyevin köməyi ilə meyiti Kürdəmir rayonunun Kəngərli kəndi ərazisində basdırmışlar. Qeyd olunan əraziyə baxış zamanı A.Qəhrəmanovanın cəsədinin qalıqları və geyim əşyaları aşkar edilərək götürülmüşdür.
Qadın sürücülərə qarşı quldurluğu törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini R.Quliyev müəyyən edilərək saxlanılmışdır
DİN-in “102 Zəng Mərkəzi”nə martın 17-də Xırdalan şəhəri ərazisində Masazır qəsəbə sakini olan qadının idarə etdiyi “Toyota” markalı avtomobilə oturmuş bir nəfərin onu boğaraq mobil telefonunu almağa cəhd göstərməsi, lakin müqavimətlə rastlaşdığından hadisə yerini tərk etməsi barədə müraciət daxil olmuşdur. Dərhal Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər də quldurluğa və narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş R.Quliyev müəyyən edilərək saxlanılmışdır. Ətrafında aparılan tədbirlərlə onun martın 11-də Yasamal rayonu ərazisində Sumqayıt şəhər sakini olan digər bir qadının idarə etdiyi “Hyundai” markalı avtomobilə oturub bıçaqla hədələyərək quldurluq yolu ilə avtomobilini ələ keçirməsi də müəyyən olunmuşdur.Polis əməkdaşları tərəfindən həmin avtomobil martın 12-də M.Xiyabani küçəsində qapısı əzilmiş və yan güzgüsü sınmış vəziyyətdə tapılmışdır.Araşdırma aparılır.
Bakı şəhər sakini R.Əhmədxanovu döyərək pulunu almaqda şübhəli bilinən Sumqayıt şəhər sakini E.Şahverənov müəyyən edilərək saxlanılmışdır
Səbail RPİ-nin 39-cu Polis Bölməsinə martın 14-də saat 6 radələrində bir nəfərin Bakı şəhər sakini R.Əhmədxanovu döyərək 100 manatını və 300 ABŞ dollarını alması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş E.Şahverənov müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
Şəmkir rayonu ərazisində Xuluf kənd sakini A.Orucludan lüləsi və qundağı kəsilmiş silah götürülmüşdür
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Şəmkir rayonu ərazisində Xuluf kənd sakini, əvvəllər məhkum olunmuş A.Orucludan lüləsi və qundağı kəsilmiş “İJ-5” modelli silah götürülmüşdür.
F.Teymurovdan tapança və ləvazimatları götürülmüşdür
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan F.Teymurovdan “CZ-27” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron götürülmüşdür.
Bakı şəhər sakini Y.Abdullayev nömrəsi silinmiş silah və ləvazimatlarını könüllü olaraq polisə təhvil vermişdir
Polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər nəticəsində Bakı şəhər sakini Y.Abdullayev nömrəsi silinmiş “Makarov” markalı tapançanı, 8 ədəd patronu və 1 ədəd patron darağını könüllü olaraq Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə təhvil vermişdir.
Oğurluq etdiklərinə görə tutulmuş S.Əhmədovun və R.Səfərovun daha 10 evdən qaz sobalarını oğurlamaları müəyyən edilmişdir
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən oğurluq etdiklərinə görə tutulmuş S.Əhmədovun və R.Səfərovun ətrafında aparılan tədbirlərlə onların Ramana qəsəbəsində daha 10 evdən hər birinin qiyməti 280 manat olan qaz sobalarını oğurlamaları müəyyən edilmişdir.
Paytaxtın Yeni Günəşli qəsəbəsi ərazisində Bakı şəhər sakini M.Orucova qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən R.Məmmədov müəyyən edilərək saxlanılmışdır
Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinə martın 18-də Yeni Günəşli qəsəbəsi ərazisində bir nəfərin Bakı şəhər sakini M.Orucova zor tətbiq edərək ondan qızıl-zinət əşyaları alması barədə müraciət daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini R.Məmmədov müəyyən edilərək saxlanılmışdır.Suraxanı RPİ-də araşdırma aparılır.
Nizami rayonu ərazisində iki evdən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində iki evdən 600 manat pul və 3000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri M.Həmidov, əvvəllər məhkum olunmuş Z.Əliyev və Astara rayon sakini Q.Məhərrəmov saxlanılmışlar. Araşdırma aparılır.