Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobil aşmışdır
17.02.2022
Fevralın 17-də saat 17 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində Bakı şəhər sakini Seymur Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırmışdır. Nəticədə sürücü və sərnişinləri – həyat yoldaşı Fidan Ələkbərova və oğlu Həmzə hadisə yerində ölmüşlər.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Şəmkir rayonunun Düyərli kəndi ərazisində “Nissan” markalı avtomobil daş hasara çırpılmışdır
Fevralın 17-də saat 13 radələrində Şəmkir rayonunun Düyərli kəndi ərazisində Tovuz rayon sakini Mahir Nağıyev idarə etdiyi “Nissan” markalı avtomobili daş hasara vurmuşdur. Nəticədə sürücü hadisə yerində ölmüş, sərnişini olan həyat yoldaşı xəstəxanaya yerləşdirilmişdir. Şəmkir RPŞ-də araşdırma aparılır.
Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində “VAZ-2102” markalı avtomobillə qəsəbə sakini M.Mustafayeva vurulmuşdur
Fevralın 17-də saat 21 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində qəsəbə sakini A.Səfərov idarə etdiyi “VAZ-2102” markalı avtomobillə yolu keçən həmyerlisi Mahirə Mustafayevanı vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.Suraxanı RPİ-də araşdırma aparılır.
İsmayıllı rayonunun Diyarlı kəndi ərazisində “KamAZ” və “QAZ-3110” markalı avtomobillər toqquşmuşdur
Fevralın 17-də saat 16 radələrində İsmayıllı rayonunun Diyarlı kəndi ərazisində Bakı şəhər sakini H.Şabanovun idarə etdiyi “KamAZ” və İsmayıllı kənd sakini Eynulla Daşdiyevin idarə etdiyi “QAZ-3110” markalı avtomobillər toqquşmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş E.Daşdiyev orada ölmüşdür.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Yevlax şəhəri ərazisindəki dəmir yolu xəttinin 100 metrlik hissəsini kəsərək oğurlamağa cəhd göstərmiş 5 nəfər NBPİ-nin əməkdaşları tərəfindən saxlanılmışdır
Fevralın 15-də Yevlax şəhəri ərazisində yerləşən Taxıl Məhsulları Kombinatına gedən dəmir yolu xəttinin 100 metrlik hissəsini kəsərək oğurlamağa cəhd göstərmiş “Baku Steel Company” şirkətinin 5 nəfər işçisi Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır.Araşdırma aparılır.
Xəzər rayonu ərazisindəki bir torpaq sahəsindən 6 tonluq su çəni və bir evdən məişət əşyaları oğurlamaqda şübhəli bilinən A.Quliyev saxlanılmışdır
Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 16-da rayon ərazisindəki bir torpaq sahəsindən 1500 manat dəyərində 6 tonluq su çəni və bir evdən 600 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Quliyev saxlanılmışdır.Ətrafında aparılan tədbirlərlə onun fevralın 12-dən 16-dək olan müddətdə bir evin həyətindən 580 manat dəyərində su nasosu, avtomobil ehtiyat hissələri və dəmir boruları oğurlaması da müəyyən edilmişdir.
Səbail rayonu ərazisində 3 avtomobildən, bir evdən və bir həyətdən oğurluq törətməkdə şübhəli bilinən R.Yuzayev saxlanılmışdır
Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində 3 avtomobildən pul, videoregistrator və 780 manat dəyərində məişət əşyaları, bir evdən müşahidə kamerası, bir həyətdən isə su nasosu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Yuzayev saxlanılmışdır.
Sumqayıt şəhər sakini F.Fətəliyevdən narkotik vasitələr və elektron tərəzi aşkar edilərək götürülmüşdür
Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində F.Fətəliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilmişdir.Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan əlavə 78 qramdan artıq, 85 qrama yaxın tiryək, 280 qram marixuana və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.
Abşeron rayonu Saray qəsəbəsində narkotik vasitlərin təbliği ilə məşğul olan şəxs saxlanılıb
Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Saray qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində qəsəbə ərazisində narkotik vasitələrin satışını həyata keçirən Pərviz Həşimli tutulub. Onun üzərinə baxış zamanı 300 qrama yaxın heroin, metamfetamin və narkotik vasitələrin satışında istifadə etdiyi elektron tərəzi aşkar olunub. Pərviz Həşimlinin ətrafında aparılan arşdırmalar zamanı onun Abşeron rayonunda əsasən gənclər arasında narkotik vasitlərin təbliği ilə məşğul olduğu müəyyən edilib.Faktlarla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Pərviz Həşimli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Narkotik vasitələrin Abşeron rayonu ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bakıda yollarda 26 su ötürücü qurğusunun dəmir barmaqlığını oğurlayan şəxslər saxlanılıblar
Paytaxtın Binəqədi və Bakı şəhərinin müxtəlif rayonlarında avtomobil yollarında quraşdırılan su ötürücü avadanlıqların dəmir barmaqlıqları naməlum şəraitdə oğurlanıb. Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisələri törətməkdə şübhəli bilinən Təvəkkül Nuriyev və Seymur Əhmədov saxlanılıblar. Araşdırmalar zamanı həmin şəxslərin paytaxt ərazisindəki yollarda 26 su ötürücü qurğusunun dəmir barmaqlığını oğurladıqları müəyyən edilib. Saxlanılan zaman onlardan şəxsi istifadələri üçün əldə etdikləri narkotik vasitələr də aşkar edilib.Faktlarla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət İşi başlanılıb. Təvəkkül Nuriyev və Seymur Əhmədov barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.