Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb
15.02.2022
Fevralın 15-də polis əməkdaşları tərəfindən respublika ərazisində 15 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Bakı şəhərində və respublika ərazisində 105 toy şənliyinin monitorinqi həyata keçirilib
Fevralın 15-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 105 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinq şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:- 29 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Bakı şəhər sakini B.Zeynalova qarşı quldurluq əməlini törətməkdə şübhəli bilinən şəxslər saxlanılmışlar
Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə fevralın 15-də Bakı şəhər sakini, Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum edilmiş B.Zeynalovun 2 nəfər tərəfindən döyülməsi və Ədliyyə Nazirliyi tərəfindən ayağına taxılmış bilərziyin alınaraq qaytarması müqabilində pul tələb edilməsi barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Şamaxı rayon sakinləri İ.Qaçayev və əvvəllər də soyğunçuluq və quldurluğa görə məhkum olunmuş S.Məmmədov müəyyən edilərək saxlanılmışlar.Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Sabunçu rayonu ərazisində Bakı şəhər sakini O.Əliyevin idarə etdiyi avtomobildə onu bıçaqla hədələyərək 30 manatını quldurluq yolu ilə almaqda şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılmışdır
Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə fevralın 14-də Maştağa qəsəbəsi ərazisində Bakı şəhər sakini O.Əliyevin idarə etdiyi "Fiat" markalı avtomobildə sərnişin qismində olan 2 nəfərin onu bıçaqla hədələyərək 30 manatını quldurluq yolu ilə talamaları barədə məlumat daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ə.Əliyev müəyyən edilərək saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülmüşdür.Araşdırma aparılır.
Sumqayıt şəhər sakini Z.Cəfərovanı münaqişə zəminində boğaraq qəsdən öldürməkdə şübhəli bilinən atası S.Cəfərov tutularaq istintaqa cəlb edilmişdir
Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinə fevralın 15-də Stansiya Sumqayıt qəsəbəsində yaşayan Zəminə Cəfərovanın öldürülməsi barədə məlumat daxil olmuşdur.Şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. İstintaq-əməliyyat tədbirləri ilə həmin gün Z.Cəfərovanın evinə gəlmiş atası, Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş S.Cəfərovun münaqişə zəminində onu boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir. S.Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Göygöl şəhəri ərazisindəki çay evlərinin birində şəhər sakini C.Məmmədovu qəsdən öldürməkdə şübhəli bilinən C.Apiyev tutularaq istintaqa təhvil verilmişdir
Göygöl Rayon Polis Şöbəsinə fevralın 15-də rayon sakini Cavidan Məmmədovun öldürülməsi barədə məlumat daxil olmuşdur. Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. İstintaq-əməliyyat tədbirləri ilə həmin gün şəhər ərazisindəki çay evlərinin birində şəhər sakini C.Apiyevin münaqişə zəminində C.Məmmədova bıçaq xəsarətləri yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində C.Apiyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Xətai rayonunun Babək prospektində “Mercedes” markalı avtomobillə paytaxt sakini A.Heydərov vurulmuşdur
Fevralın 15-də saat 23 radələrində Xətai rayonunun Babək prospektində Bakı şəhər sakini M.Əsgərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Anar Heydərovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.Xətai RPİ-də araşdırma aparılır.
Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində “Toyota” markalı avtomobillə Xırdalan şəhər sakini Y.İsmayılov vurulmuşdur
Fevralın 15-də saat 19 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Müşfiq qəsəbə sakini V.Məmmədəliyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Xırdalan şəhər sakini Yaqub İsmayılovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.Abşeron RPİ-də araşdırma aparılır.
Bakı şəhər sakini S.Sultanovanın mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən İ.Vahabov saxlanılmışdır
Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində fevralın 8-də Bakı şəhər sakini S.Sultanovanın mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən İ.Vahabov müəyyən edilərək saxlanılmışdır.Araşdırma aparılır.
Binəqədi rayonu ərazisindəki 4 evdən oğurluq etməkdə şübhəli bilinən Abşeron rayon sakini A.Ağayev saxlanılmışdır
Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki 4 evdən televizor, geyim əşyası, musiqi aləti, 1500 manat dəyərində məişət əşyaları və spirtli içki oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş A.Ağayev saxlanılmışdır.