Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində törədilmiş 43 cinayətin üstü “isti izlər”lə açılmışdır
13.03.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 43 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Binə qəsəbəsində Ülviyyə Həsənovanı qətlə yetirməkdə şübhəli bilinən Saməddin Həsənov tutularaq istintaqa təhvil verilmişdir
Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə martın 13-də Binə qəsəbəsində 27 yaşlı Ülviyyə Həsənovanın öldürülməsi barədə məlumat daxil olmuşdur.Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.Araşdırmalarla Saməddin Həsənovun aralarında yaranmış münaqişə zəminində həyat yoldaşı Ü.Həsənovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir.
Orxan Seyidovu qətlə yetirməkdə şübhəli bilinən Abşeron rayon sakini Pərviz Həsənov saxlanılmışdır
Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə martın 12-də saat 23 radələrində 34 yaşlı Orxan Seyidovun üzərində zorakılıq əlamətləri olan meyitinin rayon ərazisində yaşadığı evdə aşkar edilməsi barədə məlumat daxil olmuşdur. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.Araşdırmalarla Abşeron rayon sakini Pərviz Həsənovun aralarında yaranmış münaqişə zəminində O.Seyidova çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində P.Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir.
Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
Martın 13-də saat 4 radələrində Sumqayıt şəhəri ərazisində Ə.Nəcəfov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Martın 13-də saat 22 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində R.Qəhrəmanov idarə etdiyi “London Taxi” markalı avtomobillə yolun kənarında piyada paytaxt sakinləri Nurlan Hümbətovu vurmuş, sonra orada dayanmış “Mitsubishi” markalı avtomobillə çırpılmışdır. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Sabunçu RPİ-də araşdırma aparılır.
Lənkəran rayonunun Zövlə kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Martın 13-də saat 19 radələrində Lənkəran rayonunun Zövlə kəndi ərazisində C.Salahlı idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə avtomobildəki sərnişin - Elvin Qurbanov xəstəxanaya aparılarkən yolda ölmüş, sürücü isə xəstəxanaya yerləşdirilmişdir.Lənkəran ŞRPŞ-də araşdırma aparılır.
Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi
Martın 13-də saat 18 radələrində Binəqədi rayonu ərazisində X.Davıdov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən Mətləb Səfərovu vurmuşdur. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür.Binəqədi RPİ-də araşdırma aparılır.
Martın 13-də saat 20 radələrində Sumqayıt şəhəri ərazisində E.Bəkirov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 30-35 yaşlı qadını vurmuşdur. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür.Sumqayıt ŞPİ-də araşdırma aparılır.
Bakı şəhər sakini H.Hüseynova məxsus avtomobilə baxış zamanı oradan 370 qram marixuana, lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 16 ədəd patron aşkar edilərək götürülmüşdür
Sabunçu RPİ 14-cü PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçiridikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini H.Hüseynova məxsus “Chevrolet” markalı avtomobilə baxış zamanı oradan 370 qram marixuana, lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 16 ədəd patron aşkar edilərək götürülmüşdür.Araşdırma aparılır.
Su mühərrikləri və su sayğacları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Q.Kərimov saxlanılmışdır
Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçiridikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda 10 evin həyətindən su mühərrikləri və su sayğaclarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Q.Kərimov saxlanılmışdır.