Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən paytaxt sakinləri F.Tağıyev, S.Tağıyev və M.Məmmədov müəyyən edilərək saxlanılmışlar
16.03.2022
Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə martın 9-da 3 nəfərin Bakı şəhər sakini Ə.Cəlilovu döyəcəkləri ilə hədələyib 1200 manat borcunu ödəmək üçün mobil telefonunu 1500 manata satdırıb pulunu götürmələri barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən paytaxt sakinləri F.Tağıyev, S.Tağıyev və M.Məmmədov müəyyən edilərək saxlanılmışlar.Araşdırma aparılır.
Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Z.Əzimli müəyyən edilərək saxlanılmışdır
Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini X.Nuriyeva 2021-ci ilin dekabr ayında bir nəfərin onu aldadaraq bank hesabından 500 manat pulunu çıxararaq oğurlamasını bildirmişdir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Z.Əzimli müəyyən edilərək saxlanılmışdır.
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 16-da saat 10 radələrində Bakı şəhər sakini Elnur Əliyevin idarə etdiyi “Opel” markalı avtomobil Salyan rayonu ərazisində saxlanılmışdır. Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Onun borclu qismində axtarışda olması da müəyyən olunduğundan Salyan Rayon Polis Şöbəsinə təhvil verilmişdir.
Xızı rayonunun Şorabad qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Martın 16-da saat 1 radələrində Xızı rayonunun Şorabad qəsəbəsi ərazisində Goranboy rayon sakini Şamil Gülmalıyevin idarə etdiyi “Dacia Logan” və Abşeron rayon sakini U.Abbasovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur. Nəticədə Ş.Gülmalıyev hadisə yerində ölmüşdür.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Şüvəlan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Martın 17-də saat 1 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri M.Əhmədovun idarə etdiyi “Range Rover” və İsmayıl Ağayevin idarə etdiyi “Opel” markalı avtomobillər toqquşmuşdur. Nəticədə İ.Ağayev xəstəxanaya aparılarkən yolda ölmüş, digər sürücü və sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinərək saxlanılan Bakı şəhər sakinləri S.Əhmədov və R.Səfərovun əvvəllər törətdikləri digər cinayət əməlləri də müəyyən edilmişdir
Sabunçu RPİ 12-ci PŞ-nin əməkdaşları tərəfindən oğurluqda şübhəli bilinərək saxlanılan Bakı şəhər sakinləri S.Əhmədov və R.Səfərovun ətraflarında aparılan əməliyyat-istintaq tədbirləri ilə onların 2021-ci il iyunun 4-dən 24-dək olan müddətdə Ramana qəsəbəsindəki 10 mənzildən hər birinin qiyməti 280 manat olan qaz sobalarını oğurlamaları da müəyyən edilmişdir. Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə cinayət işi başlanmışdır.
Oğurluqda şübhəli bilinən Abşeron rayon sakini M.İsgəndərov saxlanılmışdır
Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 7-də rayon ərazisindəki evlərin birindən 300 manat pul, 4000 ABŞ dolları və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini M.İsgəndərov saxlanılmışdır.
3 nəfərə məxsus velosipedləri oğurlamaqda şübhəli bilinənlər V.Cəfərov və Astara rayon sakini R.Əliyev saxlanılmışlar
Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 15-də rayon ərazisində 3 nəfərə məxsus velosipedləri oğurlamaqda şübhəli bilinənlər, əvvəllər məhkum olunmuşlar V.Cəfərov və Astara rayon sakini R.Əliyev saxlanılmışlar.
3000 manat dəyərində metal boru və dayaqlar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri C.Rüstəmov və A.Əliyev saxlanılmışlar
Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2021-ci il dekabrın 25-dən cari il fevralın 24-dək olan müddətdə rayon ərazisində bir avtomobildən akkumulyator, avtomobil qaldırıcısı və açar, Azərqaz İB-nə məxsus Qaz Tənzimləyici məntəqədən 3000 manat dəyərində metal boru və dayaqlar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri C.Rüstəmov və A.Əliyev saxlanılmışlar.
Quldurluq etməkdə şübhəli bilinən Salyan rayonunun Həsənli kənd sakini T.Mehdiyev müəyyən edilərək saxlanılmışdır
Salyan Rayon Polis Şöbəsinə martın 15-də saat 23 radələrində Bakı şəhəri ərazisində bir nəfərin Salyan şəhər sakini T.Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində oturaraq Salyan rayonuna gedəcəyini bildirməsi və Yenikənd kəndi ərazisində həmin şəxsin sürücünü kəsici alətlə hədələyərək 167 manat pulunu alması barədə müraciət daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Həsənli kənd sakini T.Mehdiyev müəyyən edilərək saxlanılmışdır.Araşdırma aparılır.