Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Oğurluqda şübhəli bilinən Masallı rayonunun Musaküçə kənd sakini Ş.Hüseynli saxlanılmışdır
21.05.2022
Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 100 manat pul, 1300 manat dəyərində qol saatı, 1200 manat dəyərində eşitmə cihazı və 250 manat dəyərində təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Musaküçə kənd sakini Ş.Hüseynli saxlanılmışdır.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şamaxı şəhər sakini M.Babayev saxlanılmışdır
Şamaxı Rayon Polis Şöbəsinə mayın 20-də şəhər ərazisindən R.Zabitova məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil M.Hüseynzadə küçəsindən tapılmış, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini M.Babayev müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
Paytaxt sakini E.Gülməmmədovdan 460 qram metamfetamin aşkar edilərək götürülmüşdür
Binəqədi rayonunda 5 evdən oğurluq edən şəxs saxlanılıb
Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilib. Zərərçəkən Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət edərək mənzildən təmir-tikinti əşyaları, eləcə də elektrik naqillərinin oğurlandığını bildirib. Eyni məzmunlu müraciətlərlə Polis Bölməsinə ətraf ərazilərdə yaşayan daha bir neçə sakinin şikayət ərizəsi daxil olub. Aparılan araşdırmalar zamanı oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib. 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Tahir Qasımov saxlanılıb. Polis Bölməsində araşdırma aparılan zaman onun paytaxtın bir neçə rayonunda yerləşən ümumilikdə 5 evdən müxtəlif vaxtlarda təmir-tikinti alətləri, məişət və digər əşyalar oğurladığı məlum olub. O, izahatında etdiyi oğurluqları etiraf edib.Faktlarla əlaqədar 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, əməliyyat- istintaq tədbirləri davam etdirilir.
Xaçmaz rayonunun Çinartala kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Mayın 21-də saat 2 radələrində Xaçmaz rayonunun Çinartala kəndi ərazisində Bərdə rayon sakini P.Şərifov idarə etdiyi “DAF” markalı yük avtomobili ilə yolu keçən rayon sakini Şəmsəddin Muradovu vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Gün ərzində törədilmiş 68 cinayətin üstü “isti izlər”lə açılmışdır
20.05.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 68 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Oğurluq etməkdə şübhəli bilinən Göyçay rayon sakini M.Əliyev müəyyən edilərək saxlanılmışdır
Oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Z.Ərzimanov, N.Məmmədov, Lənkəran rayon sakini M.Nəzərli və Abşeron rayon sakini Ə.Məmmədov müəyyən edilərək saxlanılmışlar
Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə S.Məmmədova küçəsindəki evlərin birindən 400 manat, 400 ABŞ dolları, 1620 manat dəyərində 4 ədəd qol saatı, çanta və 2 ədəd kassa aparatının oğurlanması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Z.Ərzimanov, N.Məmmədov, Lənkəran rayon sakini M.Nəzərli və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Məmmədov müəyyən edilərək saxlanılmışlar. Araşdırma aparılır.
Dələduzluq etməkdə şübhəli bilinən Şirvan şəhər sakini A.Qanbayev saxlanılmışdır
Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş bir nəfərin onu aldadaraq 100 manatını almasını bildirmişdir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini A.Qanbayev müəyyən edilərək saxlanılmışdır. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun müxtəlif vaxtlarda “TIR” sürücüləri olan daha iki əcnəbi vətəndaşın ümumilikdə 440 ABŞ dolları və mobil telefonunu və Bakı şəhər sakini C.Şərifovun mobil telefonunu dələduzluq yolu ilə alması da müəyyən edilmişdir. Araşdırma aparılır.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Beyləqan rayon sakini N.İsmayılov avtomobillə birgə saxlanılmışdır
Goranboy Rayon Polis Şöbəsinə mayın 20-də şəhər ərazisindən A.Abdullayevə məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Beyləqan rayon sakini N.İsmayılov avtomobillə birgə saxlanılmışdır.Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.