Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Əvvəllər məhkum olunmuş T.Nağıyevdən marixuana aşkar edilmişdir
20.05.2022
Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan əvvəllər məhkum olunmuş T.Nağıyevdən marixuana aşkar edilmişdir. Onun Qovlar şəhərində yaşadığı evə baxış zamanı oradan əlavə 490 qrama yaxın marixuana götürülmüşdür.
Sabirabad rayonunun Əsədli kəndində yaşayan E.Məmmədovun evinə baxış zamanı oradan 2 kiloqram 624 qram marixuana aşkar edilərək götürülmüşdür
Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Əsədli kəndində yaşayan əvvəllər məhkum olunmuş E.Məmmədovun evinə baxış zamanı oradan 2 kiloqram 624 qram marixuana aşkar edilərək götürülmüşdür.
Şabran şəhər sakini E.Nurullayevdən narkotik vasitələr aşkar edilərək götürülmüşdür
Şabran RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini E.Nurullayevdən marixuana aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan marixuana, heroin, həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.
İşğaldan azad edilmiş ərazilərindən silah-sursat tapılmışdır
Xocavənd Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun işğaldan azad edilmiş ərazilərindən 5 ədəd qubaraatan, 3 ədəd pulemyot, 8 ədəd avtomat, 18 ədəd top mərmisinin partladıcısı, 18 ədəd “ZU-2” markalı zenit qurğusunun patronu və 1632 ədəd müxtəlif çaplı avtomat patronu tapılmışdır. Şuşa Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin rayon İdarəsi əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində şəhər ərazisindən 1 ədəd qumbaraatan, 1 ədəd top, 90 ədəd mərmi, 10 ədəd raket, 12 ədəd qumbara, 11 ədəd partladıcı, 1 ədəd istifadəyə yararsız “AK-74” markalı avtomat silahı, 13 ədəd avtomat darağı, 1220 ədəd müxtəlif çaplı avtomat patronu, 8 ədəd pər və atım barıtı tapılmış və Minatəmizləmə Agentliyinə təhvil verilmişdir.
Gün ərzində törədilmiş 61 cinayətin üstü “isti izlər”lə açılmışdır
19.05.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 61 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakini Səmayə İsrafilova vurulmuşdur
Mayın 19-da saat 10 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində Bakı şəhər sakini P.Babayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakini Səmayə İsrafilovanı vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Xızı rayonu ərazisində “VAZ-2121” və “Daewoo” markalı avtomobillərin toqquşması nəticəsində yolun kənarında dayanmış Bakı şəhər sakini Tofiq Məmmədov vurulmuşdur
Mayın 19-da saat 9 radələrində Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində qəsəbə sakinləri S.Eyvazovun idarə etdiyi “VAZ-2121” və R.Hüseynovun idarə etdiyi “Daewoo” markalı avtomobillər toqquşmuş, nəticədə S.Eyvazov idarəetməni itirdiyindən yolun kənarında dayanmış Bakı şəhər sakini Tofiq Məmmədovu vurmuşdur. T.Məmmədov hadisə yerində ölmüş, hər iki sürücü xəstəxanaya yerləşdirilmişdir. Xızı Rayon Polis Şöbəsində araşdırma aparılır.
İmişli rayon sakini N.Şükürəmlinin 2 ədəd mobil telefonunu oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini E.Eminov saxlanılmışdır
Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə İmişli rayon sakini N.Şükürəmlinin 2 ədəd mobil telefonunun oğurlanması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş E.Eminov müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən Gədəbəy rayon sakini A.Hüseynov saxlanılmışdır
Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə M.Ə.Rəsulzadə qəsəbəsindəki mağazaların birindən 420 manat pul və 3 ədəd mobil telefonun oğurlanması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gədəbəy rayon sakini, əvvəllər məhkum olunmuş A.Hüseynov müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
Nəsimi rayonunun H.Seyidzadə və H.B.Əliyev küçəsində yerləşən mağazalardan oğurluq törətməkdə şübhəli bilinən H.Əmirov və R.Məmmədov saxlanılmışlar
Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə H.Seyidzadə küçəsində yerləşən mağazadan 95 manat pul və 3500 manat dəyərində tütün məmulatı, H.B.Əliyev küçəsindəki digər mağazadan isə 10.000 manat dəyərində 22 ədəd mobil telefonun oğurlanması barədə müraciətlər daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Naftalan şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş H.Əmirov və Sabirabad rayon sakini R.Məmmədov müəyyən edilərək saxlanılmışlar. Araşdırma aparılır.