Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
14.05.2022
Mayın 14-də saat 14 radələrində Yevlax rayonu ərazisində "VAZ-2101" markalı avtomobil manevr qaydasını pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları tərəfindən sürücü, rayon sakini Qalib Hüseynovun avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən edilmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Yevlax rayon Məhkəməsinin qərarı ilə Q.Hüseynov inzibati qaydada həbs olunmuşdur.Bu istiqamətdə tədbirlər davam etdirilir.
Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində “VAZ-21064” və “Opel” markalı avtomobillər toqquşmuşdur
Mayın 14-də saat 20 radələrində Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində rayon sakinləri Afiq Mahmudovun idarə etdiyi “VAZ-21064” və K.Xasıyevin idarə etdiyi “Opel” markalı avtomobillər toqquşmuşdur. Nəticədə A.Mahmudov və sərnişini Cumar Mirzəyev hadisə yerində ölmüş, digər sürücü və 4 sərnişini xəstəxanaya yerləşdirilmişlər.Qəbələ RPŞ-də araşdırma aparılır.
Göygöl rayonunun Quşqara kəndi ərazisində “VAZ-21011” markalı avtomobillə Gəncə şəhər sakini A.Allahverdiyev vurulmuşdur
Mayın 14-də saat 22 radələrində Göygöl rayonunun Quşqara kəndi ərazisində Şəmkir rayon sakini E.Novruzov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakini Azər Allahverdiyevi vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.Göygöl RPŞ-də araşdırma aparılır.
Bakı İstintaq Təcridxanasında saxlanılan C.Cəfərzadənin Lökbatan qəsəbəsi ərazisində gizlətdiyi 19 kiloqram 100 qram marixuana aşkar edilərək götürülmüşdür
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası və Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə Bakı İstintaq Təcridxanasında saxlanılan C.Cəfərzadənin ətrafında apardıqları əməliyyat tədbirləri ilə onun Lökbatan qəsəbəsi ərazisində gizlətdiyi 19 kiloqram 100 qram marixuana aşkar edilərək götürülmüşdür.
Binəqədi rayonu ərazisindəki evlərin birindən pul, qızıl-zinət əşyaları və bank kartı oğurlamaqda şübhəli bilinən R.Talıbzadə saxlanılmışdır
Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 7-də rayon ərazisindəki evlərin birindən 620 manat pul, 500 manat dəyərində qızıl-zinət əşyaları və bank kartı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Talıbzadə saxlanılmışdır.
Sumqayıt şəhər sakini D.Məmmədəliyevdən 420 qram marixuana aşkar edilərək götürülmüşdür
Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş D.Məmmədəliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 420 qram marixuana aşkar edilərək götürülmüşdür.
Abşeron rayonunun Masazır qəsəbə sakini R.Mirzəquliyevdən 300 qram marixuana götürülmüşdür
Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Masazır qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Mirzəquliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 300 qram marixuana aşkar edilərək götürülmüşdür.
Sabirabad şəhər sakini R.Fərzəliyevin evindən marixuana, həyətyanı sahəsindən isə çətənə kolları aşkar edilərək götürülmüşdür
Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş R.Fərzəliyevin evinə baxış zamanı oradan 360 qram marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.
Goranboy rayonunun Şıxlar kənd sakini S.Qasımovdan qanunsuz saxladığı ov tüfəngi götürülmüşdür
Goranboy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Şıxlar kənd sakini S.Qasımovdan qanunsuz saxladığı “İJ-16” markalı ov tüfəngi götürülmüşdür.
Suraxanı rayonunda son 1 ayda keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan və silsilə oğurluqlar edən ümumilikdə 109 nəfər saxlanılıb
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 1 ayda keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 95 nəfər saxlanılıb. Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. Saxlanılan şəxslərdən 80-i barəsində məhkəmə tərəfindən həbs, 15-i haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Onlardan ümumilikdə 21 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib. Saxlanılardan 11-i birbaşa olaraq Suraxanı və paytaxtın digər ərazilərində narkotik maddələrin satışına nəzarət edən şəxslər olublar.