Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sabirabad rayonu ərazisində bir sıra oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayon sakini M.Nəsirov saxlanılmışdır
23.05.2022
Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Mürsəlli-Sarıcalar dəmir yolu xəttindən 35 metr elektrik naqili, “Aztelekom” MMC-yə məxsus 120 metr optik kabel, rayon ərazisindəki 3 həyətdən 10 ev quşu, təmir-tikinti alətləri, su mühərriki, bir avtomobildən akkumulyator, səs gücləndirici və təkər oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş M.Nəsirov saxlanılmışdır. Araşdırma aparılır.
Mingəçevir şəhər sakini Z.Qarayevdən heroin və marixuana aşkar edilmişdir
Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Qarayevdən heroin və marixuana aşkar edilmişdir. Onun yaşadığı evə baxış zamanı isə əlavə olaraq 420 qram marixuana götürülmüşdür.
Ağcabədi şəhər sakini E.Abdullayevin yaşadığı evdən 9 kiloqram marixuana götürülmüşdür
Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini E.Abdullayevdən marixuana aşkar edilmişdir. Onun yaşadığı evə baxış zamanı isə əlavə olaraq 9 kiloqram marixuana götürülmüşdür.
Cəlilabad rayonunun Şıxlar kəndində azyaşlıya hədə-qorxu gələrək 69.000 rubl, 300 ABŞ dolları və 909 manat pul almaqda şübhəli bilinən E.Abbasov və Ə.Quliyev müəyyən edilərək saxlanılmışlar
Cəlilabad Rayon Polis Şöbəsinə mayın 15-dən 22-dək olan müddətdə Şıxlar kəndində 2 nəfərin azyaşlıya hədə-qorxu gələrək 69.000 rubl, 300 ABŞ dolları və 909 manat pul almaları barədə müraciət daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən kənd sakinləri E.Abbasov və Ə.Quliyev müəyyən edilərək saxlanılmışlar. Faktla əlaqədar cinayət işi başlanmışdır.
DİN-in “102 - Zəng Mərkəzi”nə mobil telefondan zəng edərək yalan məlumat verən Ağsu rayonunun Ərəbuşağı kənd sakini F.Nizamlı saxlanılıb
Mayın 4-də saat 4.50-də DİN-in “102 - Zəng Mərkəzi”nə mobil telefondan zəng edən şəxs “Ağsu rayonunun Ərəbuşağı kəndindəki orta məktəbdə bomba var” deyərək telefonu söndürüb. Dərhal Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və məlumat təsdiqini tapmayıb.Araşdırmalarla telefon zənginin Ərəbuşağı kənd sakini, ruhi xəstə, 23 yaşlı F.Nizamlı tərəfindən edilməsi müəyyən olunub. Əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılıb.Ağsu Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 216-cı maddəsi (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) ilə cinayət işi başlanılıb.
Oğurluq etdiyinə görə tutulmuş E.Fərzəliyevin Sabunçu rayonu ərazisində daha 8 evdən və 2 mağazadan oğurluq hadisələrini törətməsi də müəyyən olunmuşdur
Sabunçu RPİ 15-ci PB-nin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş E.Fərzəliyevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisində daha 8 evdən və 2 mağazalardan 2670 manat pul, 4000 manat dəyərində tütün məmulatı, 630 manat dəyərində spirtli içki, 12.720 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlaması da müəyyən olunmuşdur.
Şərur rayonunun Xanlıqlar kəndi ərazisində “QAZ-33021” markalı avtomobillə kənd sakini Adil Cəlilov vurulmuşdur
Mayın 23-də saat 9 radələrində Şərur rayonunun Xanlıqlar kəndi ərazisində kənd sakini K.Həsənov idarə etdiyi “QAZ-33021” markalı avtomobillə yolun kənarı ilə gedən həmkəndlisi Adil Cəlilovu vurmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.Şərur Rayon Polis İdarəsində araşdırma aparılır.
Biləsuvar rayonunun Əliabad kəndi ərazisində “BMW” markalı avtomobillə kənd sakini Səccad Bəgəliyev vurulmuşdur
Mayın 23-də saat 14 radələrində Biləsuvar rayonunun Əliabad kəndi ərazisində Göygöl rayon sakini S.Tanrıverdiyev idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən kənd sakini Səccad Bəgəliyevi vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bakıda xarici ölkə vətəndaşları olan TIR sürücülərini dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində xarici ölkə vətəndaşlarının etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onları aldadan əvvəllər məhkum olunmuş Aydın Qambayev saxlanılıb.Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs özünü xaricə müxtəlif təyinatlı məhsullar ixrac edən iş adamı kimi təqdim edib. Aydın Qambayev Bakı şəhərində olan və beynəlxalq yükdaşıma ilə məşğul olan müxtəlif xarici ölkə vətəndaşları olan TIR sürücülərini guya onların avtomobilləri ilə yük göndərəcəyi adı altında aldadaraq zərərçəkənlərin pullarını ələ keçirib. Bu müddət ərzində Aydın Qambayev 20-ə yaxın TIR sürücüsünü dələduzluq yolu ilə aldadıb.Faktlarla bağlı saxlanılan şəxs barəsində 29-cu Polis Şöbəsində toplanan materiallar Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Aydın Qambayevin digər cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Gün ərzində törədilmiş 37 cinayətin üstü “isti izlər”lə açılmışdır
22.05.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 37 cinayətin üstü “isti izlər”lə açılmışdır.