Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Oğurluq etdiyinə görə tutulmuş Q.Məhərrəmovun müxtəlif vaxtlarda Abşeron rayonu ərazisində 4 evdən oğurluq etməsi də müəyyən olunmuşdur
19.05.2022
Abşeron RPİ-nin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş Q.Məhərrəmovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun müxtəlif vaxtlarda rayon ərazisində 4 evdən ümumilikdə 7295 manat pul, 7000 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurlaması da müəyyən olunmuşdur.
Astara rayonunun Suparibağ kənd sakini M.Həsənovun həyətindən 21 ədəd çətənə kolu, evindən isə çətənə toxumları və marixuana götürülmüşdür
Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Suparibağ kənd sakini, əvvəllər məhkum olunmuş M.Həsənovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 21 ədəd çətənə kolu, evinə baxış zamanı isə çətənə toxumları və 35 qrama yaxın marixuana aşkar edilərək götürülmüşdür.
Şəmkir rayonunun Dəllər-Cəyir kənd sakini E.Tağıyevdən marixuana, yaşadığı evdən isə əlavə olaraq heroin və elektron tərəzi götürülmüşdür
Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Dəllər-Cəyir kənd sakini, əvvəllər məhkum olunmuş E.Tağıyevdən 41 qrama yaxın marixuana, yaşadığı evə baxış zamanı isə 11 qram marixuana, 206 qramdan artıq heroin və elektron tərəzi aşkar edilərək götürülmüşdür.
Mingəçevir şəhər sakini N.İbrahimovanın çantasını oğurlamaqda şübhəli bilinən Ağdaş şəhər sakini H.Şəfiyev və oğlu saxlanılmışlar
Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Mingəçevir şəhər sakini N.İbrahimovanın içərisində 3000 manat pul, geyim əşyaları və pensiya kartı olan çantasını oğurlamaqda şübhəli bilinən Ağdaş şəhər sakini H.Şəfiyev və oğlu müəyyən edilərək saxlanılmışlar. Araşdırma aparılır.
Gün ərzində törədilmiş 58 cinayətin üstü “isti izlər”lə açılmışdır
18.05.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 58 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Salyan şossesində yol-nəqliyyat hadisəsi
Səbail RPİ-nin 41-ci Polis Bölməsinə mayın 17-də saat 23 radələrində Salyan şossesində yolu keçən Hacıqabul rayon sakini F.Cavadovun avtomobillə vurulması barədə məlumat daxil olmuşdur. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Ford” markalı avtomobillə törədilməsi müəyyən edilmiş və həmin nəqliyyat vasitəsini idarə edən Kəlbəcər rayon sakini M.Məmmədov saxlanılmışdır. Səbail RPİ-də araşdırma aparılır.
Oğurluq etdiklərinə görə tutulmuş V.Mustafayevin və O.Hacıyevin müxtəlif vaxtlarda rayon ərazisində 3 avtomobildən akkumulyator və mobil telefon oğurlamaları da müəyyən olunmuşdur
Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən oğurluq etdiklərinə görə tutulmuş V.Mustafayevin və O.Hacıyevin ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların müxtəlif vaxtlarda rayon ərazisində 3 avtomobildən akkumulyator və mobil telefon oğurlamaları da müəyyən olunmuşdur.
Syğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Əliyev saxlanılmışdır
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 9-da paytaxt sakini Ü.Paşayevanın qızıl boyunbağısını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əliyev saxlanılmışdır.Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki evlərin birindən 465 manat, 500 avro və 100 ABŞ dolları oğurlaması da müəyyən olunmuşdur.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Z.Şahverdizadə saxlanılmışdır
Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 16-dan 20-dək olan müddətdə rayon ərazisindəki 1 evdən 1600 ABŞ dolları, 10000 manat dəyərində qızıl-zinət əşyaları, digər evdən isə 800 manat pul və 233 manat dəyərində qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Şahverdizadə saxlanılmışdır.
Bakı şəhər sakini A.Məhərrəmovun torpağa basdırdığı nömrəsi silinmiş avtomat silahı aşkar olunaraq götürülmüş və o, saxlanılmışdır
Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məhərrəmovun Yeni Günəşli qəsəbəsi ərazisində torpağa basdırdığı nömrəsi silinmiş “AK-74” markalı avtomat silahı aşkar olunaraq götürülmüş və o, saxlanılmışdır.