Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sabirabad rayonunun Zəngənə kəndi ərazisində yol-nəqliyyat hadisəsi
24.05.2022
Mayın 24-də saat 23 radələrində Sabirabad rayonunun Zəngənə kəndi ərazisində kənd sakini Emin Abbasov idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarındakı beton işıq dirəyinə vurmuşdur. Nəticədə xəsarət almış sürücü xəstəxanaya aparılarkən yolda ölmüşdür.Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Şirvan şəhər sakinləri K.Qurbanov, M.Əmirov və Tovuz rayon sakini V.Hüseynov saxlanılmışlar
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində M.Ə.Rəsulzadə qəsəbəsindəki bir yarımtikilidən 500 manat dəyərində elektrik naqili oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakinləri K.Qurbanov, M.Əmirov və Tovuz rayon sakini V.Hüseynov saxlanılmışlar. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən paytaxt sakini M.Ağayeva müəyyən olunaraq saxlanılmışdır
Səbail RPİ-nin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakinləri S.Məmmədovanın və R.Aslanovanın mobil telefonlarını oğurlamaqda şübhəli bilinən paytaxt sakini M.Ağayeva müəyyən olunaraq saxlanılmışdır.Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən paytaxt sakini F.Məmmədov saxlanılmışdır
Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə Bakı şəhər sakini N.Zəkizadənin mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini F.Məmmədov müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Nadirov və S.Məmmədova müəyyən edilərək saxlanılmışlar
Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Müşfiqabad qəsəbəsindəki evlərin birindən 5500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Nadirov və S.Məmmədova müəyyən edilərək saxlanılmışlar. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Ələkbərov saxlanılmışdır
Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Maştağa qəsəbəsindəki evlərin birindən 3500 manat dəyərində qapı, məişət əşyaları, elektrik naqilləri, 2 ədəd pəncərə və dəmir barmaqlıq oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Ələkbərov saxlanılmışdır. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Salyan rayon sakini Ə.Almuradov saxlanılmışdır
Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində İ.İsmayılov küçəsindəki evlərin birindən 7.000 manat, 300 ABŞ dolları, 1000 manat dəyərində qızıl-zinət əşyaları və televizor oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini Ə.Almuradov müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
Kultivasiya yolu ilə yetişdirilmiş 28 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür
Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Çöldəllək kənd sakini E.Səmədovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 28 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ş.İsmayılov saxlanılmışdır
Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində İ.İsmayılov küçəsindəki evlərin birindən 150 manat pul və 9.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.İsmayılov saxlanılmışdır. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Qusar rayon sakini E.Bəkirov saxlanılmışdır
Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Çubuqlu kəndindəki evlərin birindən 3500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini E.Bəkirov saxlanılmışdır. Araşdırma aparılır.