Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri S.Abdullayev və M.Abdullayev saxlanılmışlar
17.05.2022
Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Maştağa qəsəbəsi Albalılıq yaşayış sahəsində iki evdən 1100 manat dəyərində radiator, kombi və televizor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri S.Abdullayev və M.Abdullayev saxlanılmışlar.
Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Sultanov müəyyən edilərək saxlanılmışdır
Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə Pirşağı qəsəbəsi ərazisindəki mağazaların birindən 11.641 manat pulun oğurlanması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Sultanov müəyyən edilərək saxlanılmışdır.Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Mingəçevir şəhər sakini F.Çıraqov saxlanılmışdır
Mayın 16-da Mingəçevir şəhəri ərazisindəki mağazaların birindən 1023 manat pul və 1066 manat dəyərində 5 ədəd saat oğurlamaqda şübhəli bilinən şəhər sakini F.Çıraqov Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır.
Dələduzluqda şübhəli bilinən Şəki şəhər sakini R.Məmmədov saxlanılmışdır
Şəki ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 12-də rayon sakinləri Ə.Məmmədovun 10.000 manat, X.Qasımlının 8.000 manat və A.Babayevin 4.100 manat pulunu dələduzluq yolu ilə talamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov saxlanılmışdır. Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanmışdır.
Qusar rayonunun Şirvanlı kənd sakini M.Novruzovun evinə baxış zamanı oradan ov tüfəngi, 8 ədəd giliz, 8 ədəd patron, 250 qram barıt aşkar edilərək götürülmüşdür
Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvanlı kənd sakini M.Novruzovun evinə baxış zamanı oradan “TOZ-16” markalı ov tüfəngi, 8 ədəd giliz, 8 ədəd patron, 250 qram barıt aşkar edilərək götürülmüşdür.
Gün ərzində törədilmiş 31 cinayətin üstü “isti izlər”lə açılmışdır
16.05.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 31 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Quldurluq etməkdə şübhəli bilinən Astara rayon sakini H.Teymurov müəyyən edilərək saxlanılmışdır
Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə H.Seyidzadə küçəsində yerləşən çay evlərinin birində Bakı şəhər sakini A.Məmmədovun 420 manat pulunun quldurluq yolu ilə talanması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Astara rayon sakini H.Teymurov müəyyən edilərək saxlanılmışdır.Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
3 avtomobildən oğurluq etməkdə şübhəli bilinən Cəlilabad rayon sakini V.Sadıqov saxlanılmışdır
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində “Mercedes”, “Kia” və “Toyota” markalı 3 avtomobildən maqnitofon, gödəkçə və 1350 manat pul oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş V.Sadıqov saxlanılmışdır. Araşdırma aparılır.
Bərdə rayonunun Əmirli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Mayın 16-da saat 11 radələrində Bərdə rayonunun Əmirli kəndi ərazisində kənd sakini N.Əmirovun idarə etdiyi “Mercedes” və Ağdam rayon sakini Ələmdar Qarayevin idarə etdiyi “VAZ-21063” markalı avtomobillər toqquşmuşdur. Nəticədə xəsarət almış Ə.Qarayev xəstəxanaya aparılarkən yolda ölmüş, sərnişini isə xəstəxanaya yerləşdirilmişdir. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Gün ərzində törədilmiş 55 cinayətin üstü “isti izlər”lə açılmışdır
15.05.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 55 cinayətin üstü “isti izlər”lə açılmışdır.