Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bakı şəhər sakini Y.Həbibovdan 14 qramdan artıq heroin, 14 qrama yaxın metamfetamin və 1 ədəd elekrton tərəzi aşkar edilərək götürülmüşdür
20.04.2022
Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini Y.Həbibovdan 14 qramdan artıq heroin, 14 qrama yaxın metamfetamin və 1 ədəd elekrton tərəzi aşkar edilərək götürülmüşdür.
Quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Ş.Bayramov və H.Abbaszadə müəyyən edilərək saxlanılmışlar
Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini T.Məmmədovu döyüb quldurluq yolu ilə 124 manat pulunu, mobil telefonunu, gümüş boyunbağısını və bank kartını talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ş.Bayramov və H.Abbaszadə müəyyən edilərək saxlanılmışlar. Araşdırma aparılır.
Abşeron rayon sakini M.İbrahimov və Bakı şəhər sakini R.Allaverdiyevdən 1 kiloqramdan artıq metamfetamin, 1 kiloqramdan artıq marixuana və 970 ədəd metadon həbi aşkar edilərək götürülmüşdür
Yardımlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Abşeron rayon sakini M.İbrahimov və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Allaverdiyevdən 1 kiloqramdan artıq metamfetamin, 1 kiloqramdan artıq marixuana və 970 ədəd metadon həbi aşkar edilərək götürülmüşdür.
Narkotik vasitələrin satışında şübhəli olan Ağcabədi rayon sakinləri Elçin və Elnur Məmmədovlar və Qubadlı rayon sakini P.Məhərrəmov saxlanılmışlar
Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin satışında şübhəli olan Ağcabədi rayon sakinləri Elçin və Elnur Məmmədovlar və Qubadlı rayon sakini P.Məhərrəmov saxlanılmışlar. P.Məhərrəmovun idarə etdiyi “Ford-Transit” markalı avtomobilə baxış zamanı oradan ümumilikdə 34 kiloqram 715 qram narkotik vasitə və 600 ədəd təsiredici həb (17 kiloqram 650 qram heroin, 6 kiloqram 315 qram metamfetamin, 10 kiloqram 750 qram marixuana və 600 ədəd metadon həbi) aşkar edilərək götürülmüşdür.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini R.Xıdırov saxlanılmışdır
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1200 manat pul və qəlyan aparatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Xıdırov saxlanılmışdır. Araşdırma aparılır.
Siyəzən şəhər sakini N.Qurbanovdan kustar üsulla hazırlanmış qələm-tapança və 27 ədəd patron götürülmüşdür
Siyəzən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş N.Qurbanovdan kustar üsulla hazırlanmış qələm-tapança və 27 ədəd patron götürülmüşdür.
Metronun “İçəri şəhər” stansiyasının yaxınlığında Bakı şəhər sakinləri E.Bağırova və V.Xanlarova qarşı quldurluq törətməkdə şübhəli bilinən şəxslər saxlanılmışlar
Səbail Rayon Polis İdarəsinə aprelin 19-da saat 20 radələrində metronun “İçəri şəhər” stansiyasının yaxınlığında bir qrup gəncin Bakı şəhər sakinləri E.Bağırovu və V.Xanlarovu döymələri və E.Bağırovun mobil telefonunu almaları barədə məlumat daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri N.Hüseynli, A.Abbasov, Sabirabad rayon sakinləri A.Şirinov, C.Qasımov, Şəki rayon sakini F.Hüseynli müəyyən edilərək saxlanılmışlar. Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Gün ərzində törədilmiş 72 cinayətin üstü “isti izlər”lə açılmışdır
19.04.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 72 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Şəmkir rayon sakini Ə.İsmayılova qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən rayon sakini İ.Rzayev müəyyən edilərək saxlanılmışdır
Şəmkir Rayon Polis Şöbəsinə aprelin 19-da Dəllər qəsəbəsi ərazisində bir nəfərin qəsəbə sakini Ə.İsmayılova zor tətbiq edərək 190 manat pulunu, bank kartını və şəxsiyyət vəsiqəsini alması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş İ.Rzayev müəyyən edilərək saxlanılmışdır.Şəmkir RPŞ-də araşdırma aparılır.
Binəqədi rayonunun İ.Dadaşov küçəsindəki iki köşkdən tütün məmulatı oğurlamaqda şübhəli bilinən A.Zeynalov saxlanılmışdır
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İ.Dadaşov küçəsindəki iki köşkdən ümumilikdə 2063 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Zeynalov müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.