Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində “BYD” markalı avtomobillə qəsəbə sakini A.Əzizov vurulmuşdur
15.05.2022
Mayın 15-də saat 14 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində Şabran rayon sakini K.İsgəndərov idarə etdiyi “BYD” markalı avtomobillə yolu keçən qəsəbə sakini Azad Əzizovu vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür. Abşeron RPİ-də araşdırma aparılır.
Gəncə şəhəri ərazisində “Ford” markalı avtomobillə şəhər sakini İ.Vəliyev vurulmuşdur
Mayın 15-də saat 21 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini C.Hüseynov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən həmyerlisi İlyas Vəliyevi vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür. Gəncə ŞBPİ 2-ci PŞ-də araşdırma aparılır.
Sabirabad şəhəri ərazisində “VAZ-2107” markalı avtomobillə şəhər sakini A.Hüseynova vurulmuşdur
Mayın 15-də saat 23 radələrində Sabirabad şəhəri ərazisində Saatlı şəhər sakini A.Atabəyli idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən şəhər sakini Aidə Hüseynovanı vurmuşdur. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür.Sabirabad RPŞ-də araşdırma aparılır.
Bakı şəhər sakini İ.Nəsibovun həyətindən 5 ədəd qapı və 5 ədəd pəncərə oğurlamaqda şübhəli bilinən K.Qarayev saxlanılmışdır
Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 13-də Bakı şəhər sakini İ.Nəsibovun həyətindən 5 ədəd qapı və 5 ədəd pəncərə oğurlamaqda şübhəli bilinən paytaxt sakini K.Qarayev saxlanılmışdır.
Bakı şəhər sakini S.Müsüzadənin cüzdanını oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini Y.İsazadə saxlanılmışdır
Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 14-də Bakı şəhər sakini S.Müsüzadənin içərisində 4200 manat olan cüzdanını oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini Y.İsazadə saxlanılmışdır.
Nizami rayonu ərazisində A.Abışovun mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Yevlax rayon sakini N.Bəkirov saxlanılmışdır
Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 7-də A.Abışovun mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Yevlax rayon sakini N.Bəkirov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar edilərək götürülmüşdür.
Gəncə şəhəri ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən E.Quliyev saxlanılmışdır
Gəncə ŞBPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 13-də şəhər ərazisindəki evlərin birindən 3500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini E.Quliyev saxlanılmışdır.
Xaçmaz rayonu ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən T.Həsənov saxlanılmışdır
Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 13-də rayon ərazisindəki evlərin birindən 150 manat pul və 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Nərəcan kənd sakini, əvvəllər məhkum olunmuş T.Həsənov saxlanılmışdır.
Cəlilabad rayonunun Ocaqlı kəndi ərazisində nəzarət qaydasında saxlanılan “VAZ-2121” markalı avtomobildən 4 kiloqrama yaxın heroin, 2 kiloqramdan artıq marixuana və silah-sursat aşkar edilərək götürülmüşdür
Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Ocaqlı kəndi ərazisində Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş R.Rzayevin idarə etdiyi “VAZ-2121” markalı avtomobil nəzarət qaydasında saxlanılmışdır. Avtomobilə baxış zamanı oradan 4 kiloqrama yaxın heroin, 2 kiloqram 610 qram marixuana və “AKS” markalı avtomat silah, 1 ədəd avtomat qundağı, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar edilərək götürülmüşdür.
Gün ərzində törədilmiş 49 cinayətin üstü “isti izlər”lə açılmışdır
14.05.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 49 cinayətin üstü “isti izlər”lə açılmışdır.