Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Oğurluqda şübhəli bilinən Cəlilabad rayon sakini N.Ağayev saxlanılmışdır
18.05.2022
Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 15-də rayon ərazisindəki anbarların birindən 30000 manat dəyərində avtomobil ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş N.Ağayev saxlanılmışdır.
Kultivasiya yolu ilə yetişdirilmiş 63 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür
Qazax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağköynək kənd sakini, əvvəllər məhkum olunmuş A.Osmanovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 63 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.
Quldurluq etməkdə şübhəli bilinənlər - Abşeron rayon sakini F.Axundov və Xaçmaz rayon sakini Ə.İsgəndərov müəyyən edilərək saxlanılmışlar
Xətai RPİ-nin 36-cı Polis Bölməsinə mayın 17-də saat 22 radələrində R.Məmmədov küçəsindəki marketlərin birində satıcı qadını bıçaqla hədələyən şəxsin kassadakı 700 manat pulu talaması barədə məlumat daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlər - Abşeron rayon sakini F.Axundov və Xaçmaz rayon sakini Ə.İsgəndərov müəyyən edilərək saxlanılmışlar.Araşdırma aparılır.
Oğurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini F.Heydərov müəyyən edilərək saxlanılmışdır
Gəncə ŞBPİ-nin 1-ci Polis Şöbəsinə mayın 18-də saat 1 radələrində şəhər sakini V.Abbullayevin “Tufan” markalı mopedinin oğurlanması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini F.Heydərov müəyyən edilərək saxlanılmışdır.Araşdırma aparılır.
Kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür
Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini S.Ağayevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.
Gəncə şəhər sakini N.Musayevin idarə etdiyi avtomobilə baxış zamanı oradan 3 kiloqram 95 qram marixuana aşkar edilərək götürülmüşdür
Samux RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş N.Musayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobilə baxış zamanı oradan 3 kiloqram 95 qram marixuana aşkar edilərək götürülmüşdür.
Gün ərzində törədilmiş 48 cinayətin üstü “isti izlər”lə açılmışdır
17.05.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 48 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Sumqayıt şəhər sakini Y.Əliyevə məxsus qaçırılmış avtomobil idarə edilərkən saxlanılmışdır
Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə mayın 17-nə keçən gecə Biləcəri qəsəbəsi ərazisindəki avtomobil təmiri sexlərinin birinin həyətindən Sumqayıt şəhər sakini Y.Əliyevə məxsus “Hyundai” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Gəncə şəhər sakini S.Qafarov tərəfindən Yeni Gəncə qəsəbəsi ərazisində idarə edilərkən saxlanılmışdır. Araşdırmalarla nəqliyyat vasitəsinin onun qardaşı, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş N.Bayramov tərəfindən qaçırılması müəyyən olunmuşdur. Əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bərdə rayonunun Qarayusifli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Mayın 17-də saat 18 radələrində Bərdə rayonunun Qarayusifli kəndi ərazisində Hacallı kənd sakini Cəlil Hacıyev idarə etdiyi “Toyota” markalı avtomobili aşırmışdır. Nəticədə sürücü Qarabağ kanalına düşərək ölmüşdür.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini E.Zeynalov saxlanılmışdır
Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində “BMW” markalı bir avtomobildən 180 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Zeynalov saxlanılmışdır. Araşdırmalarla onun Bakı şəhər sakini B.Məmmədovun 100 manatını dələduzluq yolu ilə alması da müəyyən olunmuşdur.