Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
İmişli rayonunun Xubyarlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
22.05.2022
Mayın 22-də saat 19 radələrində İmişli rayonunun Xubyarlı kəndi ərazisində kənd sakini Elvin Əsədzadə idarə etdiyi “Mercedes” markalı avtomobili aşırmışdır. Xəsarət almış sürücü xəstəxanaya aparılarkən yolda ölmüşdür.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Ucar rayonunun Müsüslü kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Mayın 22-də saat 18 radələrində Ucar rayonunun Müsüslü kəndi ərazisində Mingəçevir şəhər sakini N.Əzizov idarə etdiyi “Ford” markalı avtomobillə Göyçay rayon sakini Nicat Tağıyevi vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülmüşdür
Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakinləri M.Hüseynovdan marixuana, həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 60 ədəd çətənə kolu, əvvəllər məhkum olunmuş İ.Hüseynovun həyətindən isə kultivasiya yolu ilə yetişdirilmiş 36 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ləkçıplaq kənd sakini U.Osmanovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 166 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.
Beyləqan rayonunun 2-ci Aşıqlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Mayın 22-də saat 20 radələrində Beyləqan rayonunun 2-ci Aşıqlı kəndi ərazisində rayon sakinləri R.Allahverdiyevin idarə etdiyi “VAZ-21061” markalı avtomobillə İ.İmanovun idarə etdiyi “T-28” markalı traktor toqquşmuşdur. Nəticədə R.Allahverdiyev və 2 sərnişini xəsarətlə xəstəxanaya yerləşdirilmiş, onlardan Rasim Fərzəliyev orada ölmüşdür. Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Beyləqan rayon sakini N.İsmayılov saxlanılmışdır
Füzuli Rayon Polis Şöbəsinə mayın 21-də Əhmədbəyli kəndi ərazisindən kənd sakini Ə.Nəsirova məxsus “VAZ-21099” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Beyləqan rayon sakini N.İsmayılov saxlanılmışdır. Onun İmişli rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətməsi də müəyyən olunmuşdur.Araşdırma aparılır.
Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Hacıəlibəyli kənd sakini M.Mehdiyevin həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 131 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür. Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Mirzəxan kənd sakini Q.Aslanovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 124 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.
Oğurluq etməkdə şübhəli bilinən Babək rayon sakini R.Əhmədov və Bakı şəhər sakini C.Sultan müəyyən edilərək saxlanılmışlar
Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə M.Hadi küçəsindəki mənzillərin birindən seyfdən 62.000 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş R.Əhmədov və Bakı şəhər sakini C.Sultan müəyyən edilərək saxlanılmışlar. Araşdırma aparılır.
Beyləqan şəhər sakini K.Mirzəlidən heroin və beşbarmaq aşkar edilərək götürülmüşdür
Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitə və soyuq silah saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş K.Mirzəli saxlanılarkən o, tabesizlik göstərərək qaçmağa cəhd etmişdir. Bu zaman polis əməkdaşı tabel silahından havaya 1 dəfə atəş açmış və görülmüş tədbirlərlə o, saxlanılmışdır. Şəxsi axtarış zamanı K.Mirzəlidən heroin və beşbarmaq aşkar edilərək götürülmüşdür.Araşdırma aparılır.
Gün ərzində törədilmiş 56 cinayətin üstü “isti izlər”lə açılmışdır
21.05.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 56 cinayətin üstü “isti izlər”lə açılmışdır.
15 baş qoyunu oğurlamaqda şübhəli bilinən Zirə qəsəbə sakini N.Babayev müəyyən edilərək saxlanılmışdır
Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə Qala qəsəbəsində yaşayan F.Qurbanovun həyətindən 15 baş qoyunun oğurlanması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Zirə qəsəbə sakini, əvvəllər məhkum olunmuş N.Babayev müəyyən edilərək saxlanılmışdır.Araşdırma aparılır.