Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gəncə şəhərinin Atatürk prospektində “İveco” markalı avtobusla yolu keçən 50-55 yaşlı kişi vurulmuşdur
26.05.2022
Mayın 26-da saat 15 radələrində Gəncə şəhərinin Atatürk prospektində Göygöl rayon sakini B.Bağırov idarə etdiyi “İveco” markalı avtobusla yolu keçən 50-55 yaşlı kişini vurmuşdur. Nəticədə xəsarət almış piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür.Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Xaçmaz rayonunun Ləcət kəndi ərazisində “VAZ-2107” markalı avtomobillə kənd sakini E.Qədiyev vurulmuşdur
Mayın 27-də saat 4 radələrində Xaçmaz rayonunun Ləcət kəndi ərazisində rayon sakini A.Dadaşov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakini Elçin Qədiyevi vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.Araşdırma aparılır.
Vətəndaş Ş.Həsənovanın çantasını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Kipçatov saxlanılmışdır
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Ş.Həsənovanın içərisində pulu və mobil telefonu olan çantasını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Kipçatov saxlanılmışdır. Araşdırma aparılır.
Binəqədi rayonunun Ə.Ağayev küçəsində bir avtomobildən oğurluq etməkdə şübhəli bilinən Cəlilabad rayon sakini O.Soltanov müəyyən edilərək saxlanılmışdır
Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Ə.Ağayev küçəsində “VAZ-2104” markalı bir avtomobildən pul, qızıl boyunbağı, maqnitofon, 2 ədəd səsgücləndirici və içərisində geyim əşyaları olan çanta oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş O.Soltanov müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
Bakı şəhər sakini E.Məmmədovu döyərək 2000 manatını almaqda şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılmışlar
Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə mayın 25-də saat 3 radələrində üç nəfərin Bakı şəhər sakini E.Məmmədovu döyərək 2000 manatını almaları barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ü.Hacıyev, Lənkəran rayon sakini R.Əhmədzadə və Cəlilabad rayon sakini S.Əsgərov müəyyən edilərək saxlanılmışlar.Araşdırma aparılır.
Gün ərzində törədilmiş 52 cinayətin üstü “isti izlər”lə açılmışdır
25.05.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 52 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Bərdə rayonunun Hacallı kənd sakini X.Orucovanı ailə münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə qəsdən öldürməkdə şübhəli bilinən həyat yoldaşı T.Orucov tutularaq istintaqa təhvil verilmişdir
Bərdə Rayon Polis Şöbəsinə mayın 25-də saat 9 radələrində Hacallı kənd sakini 27 yaşlı Xasa Orucovanın öldürülməsi barədə məlumat daxil olmuşdur.Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Aparılmış araşdırmalarla kənd ərazisində yerləşən fermada çoban işləyən Kəlbəcər rayon sakini T.Orucovun ailə münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə həyat yoldaşını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində T.Orucov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir. Ondan cinayəti törədərkən istifadə etdiyi “İJ-16” markalı ov tüfəngi götürülmüşdür. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Gəncə şəhər sakini M.Daşdəmirovdan marixuana və çətənə kolları götürülmüşdür
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Gəncə şəhər sakini M.Daşdəmirovdan 1 qramdan artıq, evinə baxış zamanı 30 qrama yaxın marixuana, habelə həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 9 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.
Binəqədi rayonu ərazisində 3 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini K.Məmmədov saxlanılmışdır
Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində 3 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş K.Məmmədov saxlanılmışdır. Araşdırma aparılır.
Suraxanı rayonunun Hövsan qəsəbəsində Bakı şəhər sakini G.Salıyevaya qarşı soyğunçuluq etməkdə şübhəli bilinən paytaxt sakini R.Heydərov saxlanılmışdır
Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 23-də Hövsan qəsəbəsində Bakı şəhər sakini G.Salıyevanın içərisində pulu və mobil telefonu olan cüzdanını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Heydərov saxlanılmışdır. Araşdırma aparılır.