Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Vüsal Məmmədov yerləşdirildiyi xəstəxanada V.Məmmədov ölmüşdür
28.05.2022
Mayın 27-də saat 22 radələrində Ucar rayonunun Qazıqumlaq kəndi ərazisində rayon sakini X.Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun kənarında dayanmış Vüsal Məmmədovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş V.Məmmədov mayın 28-də ölmüşdür.Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində törədilmiş 59 cinayətin üstü “isti izlər”lə açılmışdır
27.05.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 59 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
Mayın 27-də saat 1 radələrində Binəqədi rayonu Xocəsən yolunda "VAZ-2121" markalı avtomobil manevr qaydalarını kobud şəkildə pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitədən istifadə etməsi şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunmuşdur. Lakin o, avtomobilə əyləşib hərəkətini davam etdirərək tabesizlik göstərmiş və avtomobili yüksək sürətlə hərəkət etdirərək qarşı zolağa çıxmaqla qarşıdan gələn nəqliyyat vasitələrinə və piyadalara təhlükə yaratmışdır. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə avtomobil süni tıxac yaradılmaqla saxlanılmışdır. Araşdırmalarla sürücünün Bakı şəhər sakini Emin Əmirəliyev olması və avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunmuşdur. Onun əməllərində avtoxuliqanlıq hərəkətləri olduğu üçün Binəqədi Rayon Polis İdarəsinə təhvil verilmişdir.
Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobillə qəsəbə sakini S.Veysəlov vurulmuşdur
Mayın 27-də saat 23 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində qəsəbə sakini E.Gəncəliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Seyfəl Veysəlovu vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.
Bakı şəhər sakini T.Əliyevdən heroin və metamfetamin aşkar edilərək götürülmüşdür
Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Əliyevdən 56 qrama yaxın heroin və 43 qrama yaxın metamfetamin aşkar edilərək götürülmüşdür.
Suraxanı rayon sakini P.Hüseynlidən 19 qramdan artıq marixuana aşkar edilmişdir
Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan P.Hüseynlidən 19 qramdan artıq marixuana aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə onun Zığ qəsəbəsində yaşadığı evə baxış zamanı oradan əlavə 4 kiloqram 200 qram marixuana götürülmüşdür.
Saatlı rayonunun Sarcalar kənd sakini N.Cəfərzadənin həyətindən 29 ədəd çətənə kolu götürülmüşdür
Saatlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Sarcalar kənd sakini N.Cəfərzadənin həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 29 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.
Nəsimi rayonunda obyektlərdən birindən oğurluq edən şəxs mühafizə polisləri tərəfindən saxlanılıb
Paytaxtın Nəsimi rayonunda yerləşən obyektlərdən birinin mis naqillərini kəsərək oğurlayan şəxs mühafizə polisləri tərəfindən saxlanılıb.Belə ki, rayon ərazisində yerləşən xüsusi texniki vasitələrlə qorunan həmin obyektdən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə dərhal operativ reaksiya göstərilib. Əraziyə gələn polislər obyektə baxış keçirən zaman bir nəfərin elektrik naqillərini kəsərək oğurlayıb qaçmasının şahidi olublar. Polislərin çevikliyi sayəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Asif Əbdürrəhmanov saxlanılaraq ərazi üzrə 19-cu Polis Şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir. Həmin şəxsin paytaxt ərazisində digr analoji cinayətlər törədib-törətmədiyi araşdırmaların yekunundan sonra məlum olacaq. Qeyd edək ki, bu ilin 5 ayı ərzində Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində mühafizə olunan müxtəlif obyektlərdən ümumilikdə 8 oğurluğa cəhd edilib. Bu cəhdlərin qarşısı idarənin əməkdaşları tərəfindən vaxtında alınıb. Həmin hadisələr üzrə və ümumən ictimai asayışı pozan 12 nəfər saxlanılaraq ərazi üzrə polis şöbə və bölmələrinə təhvil verilib. Bundan başqa hesabat dövründə Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində 1 nəfərin intihar etmək cəhdinin qarşısı alınıb.
Gün ərzində törədilmiş 50 cinayətin üstü “isti izlər”lə açılmışdır
26.05.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 50 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Xəzər rayonunun Qala qəsəbəsi ərazisindən “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən qəsəbə sakini H.İsmayılov saxlanılmışdır
Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə mayın 25-də Qala qəsəbəsi ərazisində yerləşən avtomobil təmiri sexlərinin birindən qəsəbə sakini A.Rəhimova məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən qəsəbə sakini H.İsmayılov müəyyən edilərək saxlanılmışdır.Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.