Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Xızı rayonunun Məşədihəsən kəndində yol-nəqliyyat hadisəsi
30.05.2022
Mayın 30-da saat 18 radələrində Xızı rayonunun Məşədihəsən kəndində Altıağac qəsəbə sakini İbrahim Həsənovun idarə etdiyi “Tufan” markalı motosikletlə Bakı şəhər sakini A.Saydullayevin idarə etdiyi “Mitsubishi” və Xaçmaz rayon sakini T.Zülfüqarovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşmuşdur. Nəticədə motosikletçi hadisə yerində ölmüşdür.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
Mayın 30-da saat 20 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini N.Abdullayev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Kəlbəcər rayon sakini Roman Abdullayevi vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Gün ərzində törədilmiş 43 cinayətin üstü “isti izlər”lə açılmışdır
29.05.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 43 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Bərdə rayonunun Mirzəcəfərli kəndində Bulud Fərzəliyevi qətlə yetirməkdə şübhəli bilinən oğlu Kənan Fərzəliyev tutularaq istintaqa təhvil verilmişdir
Bərdə Rayon Polis Şöbəsinə mayın 29-da saat 23 radələrində Mirzəcəfərli kəndində Bulud Fərzəliyevin öldürülməsi barədə məlumat daxil olmuşdur. Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Araşdırmalarla B.Fərzəliyevi oğlu, əvvəllər məhkum olunmuş Kənan Fərzəliyevin sərxoş vəziyyətdə münaqişə zəminində yaşadığı evin həyətində tüfəngdən açdığı atəşlə öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Əməliyyat-axtarış tədbirləri nəticəsində K.Fərzəliyev tutularaq istintaqa təhvil verilmişdir. Ondan cinayəti törədərkən istifadə etdiyi “İJ-16” markalı ov tüfəngi götürülmüşdür.Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini A.Rəhimov saxlanılmışdır
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində “Tofaş” markalı bir avtomobildən maqnitofon, videoqeydiyyat qurğusu, “Volvo” markalı bir traktordan 500 manat dəyərində qaldırıcı, bir evdən 430 manat dəyərində su boruları, digər evin saxlanc yerindən 90 manat dəyərində avtomobil ehtiyat hissəsi, naqil və toyuq oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Rəhimov saxlanılmışdır. Araşdırma aparılır.
Bakı şəhər sakini R.Acalovun idarə etdiyi avtomobilə baxış zamanı 5 kiloqramdan artıq marixuana və 1 kiloqram 27 qram heroin aşkar edilərək götürülmüşdür
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini R.Acalovdan 5 qrama yaxın marixuana, 1 ədəd elektron tərəzi, idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı isə 5 kiloqramdan artıq marixuana və 1 kiloqram 27 qram heroin aşkar edilərək götürülmüşdür.
Saatlı rayon sakini P.Əzizovun idarə etdiyi avtomobildən 1 kiloqram 535 qram heroin aşkar edilərək götürülmüşdür
Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Saatlı rayon sakini P.Əzizovun idarə etdiyi “Chevrolet” markalı avtomobil saxlanılmışdır. Sürücü və sərnişinləri R.Əkbərov, S.Əzizov və Y.Qurbanlı Rayon Polis Şöbəsinə gətirilmişlər. Avtomobilə baxış zamanı oradan sürücüyə məxsus 1 kiloqram 535 qram heroin aşkar edilərək götürülmüşdür.
Gün ərzində törədilmiş 56 cinayətin üstü “isti izlər”lə açılmışdır
28.05.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 56 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Quldurluqda şübhəli bilinən R.Almazov saxlanılmışdır
Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini E.Məmmədova qarşı quldurluq etməkdə şübhəli bilinən R.Almazov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan nömrəsi silinmiş “Makarov” markalı tapança, 3 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülmüşdür.
Goranboy rayonunun Xanqərvənd kənd sakini İ.Verdiyevdən qanunsuz saxladığı ov tüfəngi götürülmüşdür
Goranboy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Xanqərvənd kənd sakini İ.Verdiyevdən qanunsuz saxladığı “TOZ” markalı ov tüfəngi götürülmüşdür.