Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində “Land-Rover” və “KamAZ” markalı avtomobillər toqquşmuşdur
06.06.2022
İyunun 6-da sat 18 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Bakı şəhər sakini Vahid Eyvazovun idarə etdiyi “Land-Rover” və Qəbələ rayon sakini V.Rəşidovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş V.Eyvazov ölmüşdür.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində “Mercedes” markalı avtomobillə yolu keçən Daşkəsən rayon sakini A.Abbasov vurulmuşdur
İyunun 6-da saat 21 radələrində Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində Gəncə şəhər sakini Z.Sadıqov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Daşkəsən rayon sakini Arif Abbasovu vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Gün ərzində törədilmiş 56 cinayətin üstü “isti izlər”lə açılmışdır
05.06.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 56 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Beyləqan rayonunun Mayak kənd sakini A.Mamedovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə B.Tağıyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir
Beyləqan Rayon Polis Şöbəsinə iyunun 5-də saat 7 radələrində Mayak kəndi ərazisində 35 yaşlı Bəhruz Tağıyevin öldürülməsi barədə məlumat daxil olmuşdur. Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Aparılmış araşdırmalarla kənd sakini A.Mamedovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə B.Tağıyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir. Ondan cinayəti törədərkən istifadə etdiyi “İJ-16” markalı ov tüfəngi götürülmüşdür.Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülmüşdür
Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Göyəm kənd sakini Ş.Qədirovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 9 ədəd çətənə kolu və 452 qramdan artıq marixuana aşkar edilərək götürülmüşdür. Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Barlıbağ kənd sakini, əvvəllər məhkum olunmuş Ə.Hüseynovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 59 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür. Qaradağ RPİ 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qobustan qəsəbə sakini E.Güləliyevin həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.
Soyğunçuluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Mailov müəyyən edilərək saxlanılmışdır
Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə iyunun 4-də Bakıxanov qəsəbəsində bir nəfərin Bakı şəhər sakini İ.Bəşirzadəyə zor tətbiq edərək içərisində pulu və sənədləri olan çantasını talaması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş E.Mailov müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən paytaxt sakini R.Talıbov saxlanılmışdır
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 4-də Bakı şəhər sakini M.İsmayılovun içərisində pulu və mobil telefonu olan çantasını oğurlamaqda şübhəli bilinən paytaxt sakini R.Talıbov saxlanılmışdır. Polis əməkdaşları tərəfindən onun idarə etdiyi “Ravon” markalı avtomobilə baxış zamanı oradan heroin və metamfetamin də aşkar edilərək götürülmüşdür.
Sərxoş vəziyyətdə tüfəngdən atəş açması müəyyən edilmiş Bərdə şəhər sakini V.Abdullayev saxlanılmışdır
Bərdə Rayon Polis Şöbəsinə Mirzəxan kəndi ərazisində keçirilmiş şənlik zamanı havaya 2 dəfə atəş açılması barədə məlumat daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini V.Abdullayevin sərxoş vəziyyətdə tüfəngdən atəş açması müəyyən edilərək saxlanılmışdır. Ondan “Sayqa” markalı ov tüfəngi götürülmüşdür.
İsmayıllı rayonunun Hacıhətəmli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
İyunun 5-də saat 13 radələrində İsmayıllı rayonunun Hacıhətəmli kəndi ərazisində kənd sakini Ata Əliyev idarə etdiyi “MTZ-80” markalı traktoru dərəyə aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüş, sərnişini isə xəstəxanaya yerləşdirilmişdir. Faktla əlaqədar cinayət işi başlanmışdır. İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Lənkəran şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
İyunun 5-də saat 23 radələrində Lənkəran şəhəri ərazisində Sütəmurdov kənd sakini M.Babayevin idarə etdiyi “Mercedes” və Liman şəhər sakini Cahad Ələkbərovun idarə etdiyi “KİA” markalı avtomobillər toqquşmuşdur. Nəticədə C.Ələkbərov və M.Babayevin sərnişini xəstəxanaya yerləşdirilmiş, C.Ələkbərov orada ölmüşdür. Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.