Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Biləsuvar rayonu ərazisindəki mağazaların birindən pul, transformator və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Y.Abbasov saxlanılmışdır
08.06.2022
Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mağazaların birindən 1627 manat pul, 1 ədəd transformator və 700 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Cəbrayıl rayon sakini Y.Abbasov saxlanılmışdır.
Balakən rayonunun Qazbinə kəndində “VAZ-2101” markalı avtomobil ağaca çırpılaraq aşmışdır
İyunun 8-də saat 15 radələrində Balakən rayonunun Qazbinə kəndində rayon sakini Kərim Qaracayev idarə etdiyi “VAZ-2101” markalı avtomobili ağaca vurub aşırmışdır. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölmüşdür.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Gəncə şəhəri ərazisində “KİA” markalı avtomobillə Məhsəti qəsəbə sakini Ş.Namazov vurulmuşdur
İyunun 8-də saat 22 radələrində Gəncə şəhəri ərazisində Gülüstan qəsəbə sakini R.İsmayılov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Məhsəti qəsəbə sakini Şöhrət Namazovu vurmuşdur. Nəticədə piyada xəstəxanaya aparılarkən ölmüşdür.Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Gün ərzində törədilmiş 61 cinayətin üstü “isti izlər”lə açılmışdır
07.06.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 61 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Soyğunçuluq etməkdə şübhəli bilinən Şamaxı rayon sakini A.Qədirov saxlanılmışdır
Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə Sulutəpə qəsəbəsi ərazisində bir nəfərin Abşeron rayon sakini F.Əbilovun 85 manatını soyğunçuluq yolu ilə talaması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş A.Qədirov saxlanılmışdır. Araşdırmalarla onun Bakı şəhər sakini R.Eminovun 170 manatını dələduzluq yolu ilə alması da müəyyən edilmişdir. Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Soyğunçuluq etməkdə şübhəli bilinən paytaxt sakini Ə.Ağayev müəyyən edilərək saxlanılmışdır
Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə iyunun 2-də M.Rüstəmov küçəsində Bakı şəhər sakini S.Qəhrəmanovun 8330 manat pulunun soyğunçuluq yolu ilə əlindən alınması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Ə.Ağayev müəyyən edilərək saxlanılmışdır.Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Quba sakinləri X.Abbasov və sərnişini N.Səlimov avtomobillə birgə saxlanılmışlar
Quba Rayon Polis Şöbəsinə iyunun 7-də şəhər ərazisindən R.Ağayarova məxsus “BMW” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Quba sakinləri, əvvəllər məhkum olunmuş X.Abbasov və sərnişini N.Səlimov avtomobillə birgə Abşeron rayonu ərazisində saxlanılmışlar.Araşdırma aparılır.
Salyan rayon sakini H.Mikayılovdan marixuana, Bakı şəhər sakini E.Ağayevdən isə 1 kiloqram 510 qram heroin aşkar edilərək götürülmüşdür
Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Salyan rayon sakini H.Mikayılovdan marixuana, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Ağayevdən isə 1 kiloqram 510 qram heroin aşkar edilərək götürülmüşdür.
Kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülmüşdür
İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Ruşan kəndi ərazisində Şirvan şəhər sakinləri A.Cəbiyevin və A.Ərəbovun kultivasiya yolu ilə yetişdirdikləri 984 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Hövsan qəsəbə sakini E.Məmmədovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 299 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.
Özünü dənizə atmış Yevlax rayon sakini, şizofreniya xəstəliyindən əziyyət çəkən N.Əliyev sudan çıxarılmışdır
İyunun 7-də saat 17 radələrində Səbail rayonu ərazisindəki Dənizkənarı Milli parkda bir nəfər özünü dənizə atmışdır. Ərazidə xidmət aparan polis əməkdaşlarının çevikliyi sayəsində həmin şəxs sudan çıxarılmışdır. Polis əməkdaşları tərəfindən onun Yevlax rayon sakini, şizofreniya xəstəliyindən əziyyət çəkən N.Əliyev olması müəyyən edilmişdir. Araşdırma aparılır.