Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Füzuli rayonunun Böyük Bəhmənli kəndində yol-nəqliyyat hadisəsi
07.06.2022
İyunun 7-də saat 4 radələrində Füzuli rayonunun Böyük Bəhmənli kəndində yolun kənarında dayanmış Aşağı Yağlıvənd kənd sakini T.Ağammədov müəyyən edilməmiş avtomobillə vurulmuş və nəticədə o, hadisə yerində ölmüşdür.Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.
Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Naxçıvan şəhər sakini N.Məmmədova yerləşdirildiyi xəstəxanada ölmüşdür
İyunun 6-da saat 17 radələrində Naxçıvan şəhərində şəhər sakini G.Şirinova idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən həmyerlisi N.Məmmədovanı vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.Naxçıvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.
Füzuli rayonunun Böyük Bəhmənli kəndində müəyyən edilməmiş avtomobillə rayon sakini T.Ağammədov vurulmuşdur
Naxçıvan şəhərində “Hyundai” markalı avtomobillə şəhər sakini N.Məmmədova vurulmuşdur
Gün ərzində törədilmiş 40 cinayətin üstü “isti izlər”lə açılmışdır
06.06.2022
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 40 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satılması aşkar edilib
Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər nəticəsində 3 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib. Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Suraxanı rayonunun Suraxanı qəsəbəsi ərazisindən “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəxs avtomobillə birgə saxlanılmışdır
Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə iyunun 5-də Suraxanı qəsəbəsi ərazisindən qəsəbə sakini Q.Mənsimova məxsus “Mercedes” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən oğlu R.Mənsimov avtomobillə birgə saxlanılmışdır.Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Saatlı rayonunun Əliabad kənd sakini Ə.Ağayevdən qanunsuz saxladığı ov tüfəngi götürülmüşdür
Saatlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Əliabad kənd sakini Ə.Ağayevdən qanunsuz saxladığı “TOZ-18” markalı ov tüfəngi götürülmüşdür.
Neftçala rayonunun 2-ci Mayak kəndi ərazisində 1 hektar sahədən yabanı halda bitmiş 10 ton 890 kiloqram çəkidə çətənə kolları məhv edilmişdir
Neftçala RPŞ-nin əməkdaşları tərəfindən 2-ci Mayak kəndi ərazisində 1 hektar sahədən yabanı halda bitmiş 10 ton 890 kiloqram çəkidə 2750 ədəd çətənə kolu aşkar edilərək məhv edilmişdir.
Qax rayonunun Qıpçaq kəndi ərazisində yabanı halda bitmiş 2 ton 35 kiloqram çəkidə çətənə kolları məhv edilmişdir
Qax RPŞ-nin əməkdaşları tərəfindən Qıpçaq kəndi ərazisində 100 kvm. sahədən yabanı halda bitmiş 2 ton 35 kiloqram çəkidə 2452 ədəd çətənə kolu aşkar edilərək məhv edilmişdir.