Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ağcabədi rayonunun Şahsevən kəndi ərazisində “Chevrolet Niva” markalı avtomobili qarşıda gedən “QAZel” markalı avtomobilə çırpılıb
22.08.2022
Avqustun 22-də saat 15 radələrində Ağcabədi rayonunun Şahsevən kəndi ərazisində Şahsevən Təzəkənd sakini Araz Qədirov idarə etdiyi “Chevrolet Niva” markalı avtomobili qarşıda gedən kənd sakini M.Əliyevin idarə etdiyi “QAZel” markalı avtomobilə vurub. Nəticədə A.Qədirov hadisə yerində ölüb.Ağcabədi RPŞ-də araşdırma aparılır.
Sabunçu rayonunun Bakıxanov qəsəbə sakini Ə.Kərimovun evinə soxularaq ona qarşı quldurluq əməlini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Avqustun 20-də Sabunçu RPİ 13-cü Polis Bölməsinə Bakıxanov qəsəbə sakini Ə.Kərimovun evinin qapısını biri qadın olmaqla naməlum 3 nəfərin qonşu adı ilə açdırmaları, mənzilə daxil olarkən həmin şəxslərdən birinin əlindəki bıçaqla Ə.Kərimovu hədələyərək üz nahiyəsinə yumruq vurması, digərlərinin isə evi axtardıqdan sonra oradan qaçmaları barədə məlumat daxil olub.Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş E.Əhmədov, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş E.Babayev, E.Əliyeva və J.Mahmudova saxlanılıblar.
Səbail rayonu ərazisində bir avtomobildən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini Q.Qulamov saxlanılıb
Səbail RPİ 9-cu və 41-ci Polis Bölmələri əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində bir avtomobildən 140 manat pul və 300 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Q.Qulamov saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun müxtəlif vaxtlarda daha 3 avtomobildən ümumilikdə 195 manat pul, bank kartı və 3 ədəd mobil telefon oğurlaması da müəyyən edilib.
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini T.Məmmədov saxlanılıb
Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş T.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 775 qramdan artıq heroin aşkar edilərək götürülüb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 51 cinayətin açılması təmin olunub
21.08.2022
Avqustun 21-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Sumqayıt şəhəri ərazisində “KİA” markalı avtomobillə şəhər sakini X.Aslanova vurulub
Avqustun 21-də saat 17 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinin ərazisində Sumqayıt şəhər sakini C.Mehdiyev idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən şəhər sakini Xanımana Aslanovanı vurub.Nəticədə piyada hadisə yerində ölüb. Sumqayıt ŞPİ-də araşdırma aparılır.
Xəzər rayonu ərazisində bir evdən pul və qol saatı oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini Z.Ordiyev saxlanılıb
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində bir evdən 240 manat pul və 500 manat dəyərində qol saatı oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini əvvəllər məhkum olunmuş Z.Ordiyev saxlanılıb.
Xəzər rayonu ərazisində yerləşən ayrı-ayrı şəxslərə məxsus 8 evdən müxtəlif vaxtlarda oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Ağstafa rayon sakini M.Alıyev saxlanılıb
Xəzər RPİ 3-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində yerləşən ayrı-ayrı şəxslərə məxsus 8 evdən müxtəlif vaxtlarda 1207 manat, 900 ABŞ dolları, 6770 manat dəyərində qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Ağstafa rayon sakini əvvəllər məhkum olunmuş M.Alıyev saxlanılıb.
“Range Rover” markalı avtomobili qaçırmaqda şübhəli bilinən E.Məmmədov saxlanılıb
Cari il avqustun 20-də bir qadına məxsus “Range Rover” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən E.Məmmədov saxlanılıb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri E.İsmayılov və N.Hüseynov saxlanılıb
Siyəzən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş E.İsmayılov və N.Hüseynov saxlanılıb. Üzərilərinə baxış küçirilən zaman onlardan 558 qramdan artıq heroin, 500 qram metamfetamin və 3 kiloqrama yaxın marixuana aşkar olunaraq götürülüb.