Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Soyğunçuluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri İ.Əliyev, K.Nəsirov və əvvəllər məhkum olunmuş C.Nəhmədov saxlanılıb
23.08.2022
Bakı şəhər BPİ və Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində vətəndaşa zor tətbiq edib mobil telefonunu və qol saatını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri İ.Əliyev, K.Nəsirov və əvvəllər məhkum olunmuş C.Nəhmədov saxlanılıb.
Sulutəpə qəsəbəsində yerləşən evlərin birindən inşaat materialları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sulutəpə qəsəbəsində yerləşən evlərin birindən 2000 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Ş.Bayramov və P.Səlimov saxlanılıb.
Salyan şossesində yerləşən evlərin birində yaşayan A.Əhmədova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini V.Popov saxlanılıb
Avqustun 23-ü saat 15 radələrində Salyan şossesində yerləşən evlərin birində naməlum şəxsin xuliqanlıq zəminində orada yaşayan A.Əhmədova bıçaqla xəsarət yetirməsi barədə məlumat daxil olub. Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini V.Popov saxlanılıb.
Moped oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini Y.Rzayev saxlanılıb
Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində vətəndaşa məxsus 1500 manat dəyərində mopedi oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini Y.Rzayev saxlanılıb.
Salyan rayonu ərazisində müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə məxsus 4 evdən və bir avtomobildən oğurluq etməkdə şübhəli bilinən Salyan şəhər sakini T.Babayev saxlanılıb
Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə məxsus 4 evdən və bir avtomobildən qaz sobası, məişət əşyaları, su mühərriki, 2 ədəd dəmir qapı və akkumulyator oğurlamaqda şübhəli bilinən Salyan şəhər sakini əvvəllər məhkum olunmuş T.Babayev saxlanılıb.
Qusar rayonunun Samur qəsəbəsinin ərazisində “KamAZ” markalı avtomobillə Türkiyə vətəndaşı İ.Şahin vurulub
Avqustun 23-də saat 16 radələrində Qusar rayonunun Samur qəsəbəsinin ərazisində Salyan rayon sakini E.Salahov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən Türkiyə vətəndaşı İsmayıl Şahini vurub.Nəticədə piyada hadisə yerində ölmüşdür.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Sabunçu rayonunda evə basqın edən şəxslər saxlanılıblar
Avqustun 20-də Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə Bakıxanov qəsəbə sakini Ə.Kərimovun evinin qapısını biri qadın olmaqla naməlum 3 nəfərin qonşu adı ilə açdırmaları, mənzilə daxil olarkən həmin şəxslərdən birinin əlindəki bıçaqla Ə.Kərimovu hədələyərək üz nahiyəsinə yumruq vurması, digərlərinin isə evi axtardıqdan sonra oradan qaçmaları barədə məlumat daxil olub.Bakı şəhər Baş Polis İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Əhmədov, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Emin Babayev, Emilya Əliyeva və Jalə Mahmudova saxlanılıblar.Faktla bağlı İdarənin İstintaq Şöbəsində Cinayət İşi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Sumqayıt şəhəri ərazisində "Təmiz Hava" aylığı çərçivəsində keçirilən tədbir zamanı 78 sürücü barəsində protokol tərtib edilib
Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən "Təmiz hava" aylığı çərçivəsində şəhər ərazisində maarifləndirici-profilaktik tədbir keçirilib. Tədbir zamanı atmosferi normadan artıq çirkləndirən, yəni ixrac etdiyi zəhərli qazın miqdarı normadan artıq olan avtomobillərin sürücüləri inzibati qaydada məsuliyyətə cəlb olunublar. Avtomobillərin ixrac etdiyi dəm qazı xüsusi qurğu ilə yoxlandıqdan sonra sahibləri haqqında müvafiq qaydada qərar qəbul edilib. "Təmiz hava" aylığı çərçivəsində keçirilən tədbir zamanı şəhər ərazisində 78 avtomobilin sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilib. Bundan başqa digər yol hərəkəti qaydalarını pozan sürücülər barəsində müvafiq qaydada tədbir görülüb.Qeyd edək ki, “Təmiz hava” aylığı çərçivəsində yol polisləri tərəfindən profilaktik tədbirlər paytaxt Bakı ilə yanaşı, Respublikanın hər bir bölgəsində keçirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 49 cinayətin açılması təmin olunub
22.08.2022
Avqustun 22-də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində “Toyota” markalı avtomobillə qəsəbə sakini S.Ömərova vurulub
Avqustun 22-də saat 18 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Lənkəran rayon sakini A.Baxşiyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən qəsəbə sakini Sara Ömərovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.