Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Vətəndaşı aldadıb mopedini almaqda şübhəli bilinən Bakı şəhər sakini N.Stepanov saxlanılıb
31.08.2022
Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 8-də R.Quliyevi aldadıb mopedini almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Stepanov saxlanılıb. Araşdırmalarla onun Cinayət Məcəlləsinin 185-ci maddəsi ilə axtarışda olması da müəyyən edilib.
Moped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Məmmədov saxlanılıb
Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da İ.Xudiyevin 2200 manat dəyərində mopedini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Məmmədov saxlanılıb.
Sabunçu rayonu ərazisindəki mağazaların birindən pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da rayon ərazisindəki mağazaların birindən 1100 manat pul və 50 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Bəkirov və Xırdalan şəhər sakini Ə.Quliyev saxlanılıblar.
Ağsu rayon sakini Z.Xaliq oğlunu öldürəcəyi ilə hədələyərək pul tələb etməkdə şübhəli bilinən S.Yarıyev saxlanılıb
Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 28-də Ağsu rayon sakini Z.Xaliq oğlunu öldürəcəyi ilə hədələyərək 3000 manat pul tələb etməkdə şübhəli bilinən S.Yarıyev saxlanılıb.Araşdırma aparılır.
Nizami rayonu ərazisindəki 3 evdən oğurluq etməkdə şübhəli bilinən Ağdam rayon sakini N.İsmayılov saxlanılıb
Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 13-də rayon ərazisindəki 3 evdən ümumilikdə 445 manat pul, 1 ədəd mobil telefon və 1655 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini N.İsmayılov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.
“Niva” markalı avtomobildən fotoaparat oğurlamaqda şübhəli bilinən Ə.Kazımov saxlanılıb
Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 25-də N.Babayevə məxsus “Niva” markalı avtomobildən 800 manat dəyərində fotoaparat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Kazımov saxlanılıb.
Pirallahı rayonu ərazisindəki evlərin birindən kombi və 8 ədəd radiator oğurlamaqda şübhəli bilinən İ.İdiatulov saxlanılıb
Pirallahı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 8-də rayon ərazisindəki evlərin birindən 2000 manat dəyərində kombi və 8 ədəd radiator oğurlamaqda şübhəli bilinən İ.İdiatulov saxlanılıb.
Abşeron rayonu ərazisindəki evlərin birindən 5440 manat pul oğurlamaqda şübhəli bilinən A.Qafarova saxlanılıb
Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 1-də rayon ərazisindəki evlərin birindən 5440 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Qafarova saxlanılıb.
Şəmkir şəhər sakini V.Cəfərov saxlanılıb, ondan 6 qramdan artıq marixuana aşkar edilib
Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər 6 dəfə məhkum olunmuş V.Cəfərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 6 qramdan artıq marixuana aşkar edilib. Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan 2 kiloqram 45 qram marixuana götürülüb.
Yasamal rayonunda “Sovetski” və Qədirli küçələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 nəfər saxlanılıb
Polis əməkdaşları tərəfindən Yasamal rayonunda narkotik vasitə, eləcə də psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir. Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun müxtəlif ərazilərində, xüsusən Nəriman Nərimanov prospekti (“Sovetski”) və Qədirli küçəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 nəfər tutulub. Saxlanılan şəxslərin üzərinə və evlərinə baxış zamanı külli miqdarda heroin, psixotrop maddə olan metamfetamin və elektron tərəzilər aşkar edilərək götürülüb. Saxlanılan şəxslər izahatlarında metamfetamin və heroindən istifadə etməklə yanaşı satışı ilə də məşğul olduqlarını etiraf ediblər.Faktlarla bağlı 26-cı Polis Bölməsində araşdırmalar davam etdirilir. Yasamal rayonu ərazisində narkotik vasitələrin qanusuz dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.