Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Şabran rayonunun Dəvəçikənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi
08.10.2022
Oktyabrın 8-də saat 1 radələrində Şabran rayonunun Dəvəçikənd kəndi ərazisində rayon sakini O.Əlicanov idarə etdiyi “Mercedes” markalı avtomoibllə yolu keçən 40-45 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 62 cinayətin açılması təmin olunub
07.10.2022
Oktyabrın 7-də ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Maştağa qəsəbəsində münaqişə zəminində qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən şəxs saxlanılıb
Oktyabrın 7-də saat 9 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsində X.Xalıqova ilə kürəkəni Ə.Hacıyev və onun qardaşı E.Hacıyev arasında münaqişə baş verib. Bu zaman Ə.Hacıyev benzinlə özünü yandırıb, E.Hacıyev isə X.Xalıqovaya və onun qardaşı R.Babayevə bıçaqla xəsarət yetirib.X.Xalıqova və R.Babayev xəstəxanaya yerləşdiriliblər. Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının kerçirdikləri əməliyyat tədbiri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən E.Hacıyev saxlanılıb.Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
İçərisində 5405 manat olan “Milli Ön” ödəmə terminalını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Abbasov və S.Nağızadə müəyyən olunaraq saxlanılıblar
Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M.Ə.Sabir küçəsində yerləşən, içərisində 5405 manat olan “Milli Ön” ödəmə terminalını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Abbasov və S.Nağızadə müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Balakən rayon sakini N.Gəncəliyeva saxlanılıb
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən 500 manat pul və içərisində 890 manat dəyərində geyim əşyaları və telefon aksesuarları olan çantanı oğurlamaqda şübhəli bilinən Balakən rayon sakini N.Gəncəliyeva saxlanılıb. Araşdırma aparılır.
Pul və 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini F.Nəbiyev müəyyən olunaraq saxlanılıb
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində A.Kunanbayev küçəsindəki mənzillərin birindən 10.000 manat, 15.000 ABŞ dolları və 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini F.Nəbiyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
28.000 manat dəyərində qızıl-zinət əşyalar oğurlamaqda şübhəli bilinən həmin mənzildə xadimə işləyən Salyan rayon sakini İ.Həsənova saxlanılıb
Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə M.Ə.Rəsulzadə qəsəbəsindəki mənzillərin birindən cari il avqust ayının 20-dən oktyabr ayının 6-dək olan müddətdə 28.000 manat dəyərində qızıl-zinət əşyaların oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin mənzildə xadimə işləyən Salyan rayon sakini İ.Həsənova saxlanılıb. Araşdırma aparılır.
Avtomobildən 31.500 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakini F.Həsənov müəyyən olunaraq saxlanılıb
Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 3-nə keçən gecə Ş.Mehdiyev küçəsində “Hyundai” markalı bir avtomobildən 31.500 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakini F.Həsənov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Füzuli rauonunun Böyük Bəhmənli kənd sakini E.Səfərovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Füzuli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Böyük Bəhmənli kənd sakini E.Səfərovdan qanunsuz saxladığı “İJ-16” markalı ov tüfəngi götürülüb.
Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
Oktyabrın 7-də saat 20 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini Y.Salmanov idarə etdiyi “VAZ-21214” markalı avtomobillə yolu keçən həmyerlisi Nəhayət Bayramovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.