Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 52 cinayətin açılması təmin olunub
26.10.2022
Oktyabrın 26-da ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Bakı-Qazax yolunda nəzarət qaydasında saxlanılan “Hyundai” markalı avtomobildən marixuana aşkar olunaraq götürülüb
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən oktyabrın 25-də saat 18 radələrində Bakı-Qazax yolunda “Hyundai” markalı avtomobil nəzarət qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücü, Bakı şəhər sakini Kənan Məmmədzadənin və sərnişini, paytaxt sakini, əvvəllər məhkum olunmuş Azər Murğuzovun narkotik vasitənin təsiri altında olması şübhə doğurduğundan avtomobilə baxış keçirilib və oradan marixuana aşkar olunaraq götürülüb. K.Məmmədzadə və A.Murğuzov saxlanılaraq Hacıqabul Rayon Polis Şöbəsinə təhvil veriliblər. Araşdırma aparılır.
Sumqayıt şəhəri ərazisində saxlanılan iki şəxsdən heroin aşkar olunaraq götürülüb
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Qusar rayon sakini R.Cabbarovdan 1 kiloqramdan artıq heroin, Bakı şəhər sakini E.Kərimovdan isə 590 qramdan artıq heroin aşkar olunaraq götürülüb.
Ağcabədi rayonu ərazisində 3 həyətdən oğurluq etməkdə şübhəli bilinən P.Əhmədli saxlanılıb
Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində 3 həyətdən 1 baş qoyun, 3 ədəd rels və inşaat materialları oğurlamaqda şübhəli bilinən rayon sakini P.Əhmədli saxlanılıb. Araşdırma aparılır.
Qobustan rayonunun Cəngi kəndi ərazisində “Nissan” markalı avtomobil aşıb
Oktyabrın 26-da saat 3 radələrində Qobustan rayonunun Cəngi kəndi ərazisində Abşeron rayon sakini X.Məmmədov idarə etdiyi “Nissan” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişin Amil Mayılov hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Sumqayıtda yol hərəkəti qaydalarını pozan sürücü və piyadalar cərimələnib
Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlər həyata keçirilib.Reyd zamanı mövcud keçidlərdən istifadə etməyərək öz həyatları ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb. Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib. Polis əməkdaşlarının etdikləri xəbərdarlıqlara baxmayaq yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən istifadə edən şəxslər barəsində inzibati protokollar tərtib edilib.Həmçinin, keçidlərdə piyadalara yol verməyən sürücülər də polislər tərəfindən müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.Sumqayıt şəhəri ərazisində piyadaların və digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədi ilə bu cür profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.Qeyd edək ki, sonuncu reyd zamanı 20-ə yaxın piyada, 30-dan çox sürücü cərimələnib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 65 cinayətin açılması təmin olunub
25.10.2022
Oktyabrın 25-də ölkə ərazisində qeydə alınan 65, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Şəmkir rayonu ərazisində idarə etdiyi avtomobildə yoxlama nəzarət qaydasında saxlanılan sürücü E.Fərzəliyevin narkotik vasitə qəbul etməsi müəyyən edilib
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən oktyabrın 21-də saat 19 radələrində Şəmkir rayonu ərazisində “Opel” markalı avtomobil yoxlama nəzarət qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücü, Gəncə şəhər sakini E.Fərzəliyevin narkotik vasitə qəbul etməsi müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə protokol tərtib olunaraq Şəmkir rayon məhkəməsinə göndərilib.Məhkəmənin qərarı ilə E.Fərzəliyev nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 5 gün müddətinə inzibati qaydada həbs olunub.
Xətai rayonunun İ.Abbasov küçəsindəki xüsusi texniki vasitələrlə qorunan evlərin birindən oğurluğa cəhd göstərən paytaxt sakini E.Hüseynzadə saxlanılıb
Xətai Rayon Mühafizə İdarəsinə oktyabrın 24-də saat 23 radələrində İ.Abbasov küçəsindəki xüsusi texniki vasitələrlə qorunan evlərin birindən həyəcan siqnalı daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gəlib və oradan oğurluğa cəhd göstərən paytaxt sakini E.Hüseynzadə saxlanılıb. O, araşdırma aparılması üçün Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə təhvil verilib.
Sabunçu rayonunun M.Gəncəvi küçəsindəki xüsusi texniki vasitələrlə qorunan evlərin birindən oğurluğa cəhd göstərən paytaxt sakini F.Abdulov saxlanılıb
Sabunçu Rayon Mühafizə İdarəsinə oktyabrın 25-də saat 19 radələrində M.Gəncəvi küçəsindəki xüsusi texniki vasitələrlə qorunan evlərin birindən həyəcan siqnalı daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gəlib və oradan oğurluğa cəhd göstərən paytaxt sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş F.Abdulov saxlanılıb. O, araşdırma aparılması üçün Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə təhvil verilib.